www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Oktyabr » 24 » Bu yenə həmin “Xəzər Lənkəran”dır!
00:58
Bu yenə həmin “Xəzər Lənkəran”dır!
Bu yenə həmin “Xəzər Lənkəran”dır!
…Və ya Elçin Məmmədovla Azad Mütəllimovun fərqi.

“Simurq”la səkkizinci tur oyunundan üç gün əvvəl “Xəzər Lənkəran” “Olimpik-Şüvəlan”la qarşılaşdı. Bu oyun haqqında bir əvvəlki yazımızda öz fikirlərimizi bildirmişik. Oradakı hakim səriştəsizliyi haqqında öz fikirlərimizi göstərməklə “Xəzər Lənkəran”ın oyunu sönük keçirmədiyini, bunun yalnız hakimin yarıtmaz idarəçiliyində gördüyümüzü bildirmişik. Bu gün “Xəzər Lənkəran” özünün necə bir komanda olduğunu göstərə bildi. “Xəzər Lənkəran” həmişə meydana qələbə üçün çıxır, bunu öz oyunu ilə sübut etməyə çalışır. Bu gün baş hakim Azad Mütəllimov, Elçin Məmmədovdan fərqli olaraq hər xırda şeyə görə oyunu saxlamır, boşuna fit çalıb, kart göstərib matçın vaxtını almır və nəhayət, azarkeşlər tərəfindən söyülmürdü. Bunu “Xəzər Lənkəran”ın bu günkü oyunda qələbə çaldığına görə demirik.
Həqiqətən də bu gün meydanda oyun var idi. Komandaların hər ikisi kombinasiyalara başlayıb imkanları qədər sona çatdıra bilirdilər. Oyunda kifayət qədər sürət, gözəl və ardıcıl ötürmələr, gözəl kombinasiyalar, təhlükəli hücumlar və nəhayət, qolların şahidi ola bildik. Deməli, Azərbaycanda futbol var, onu oynamağı bacaran futbolçularsa kifayət qədərdir. Bunu “Xəzər Lənkəran” bir komanda olaraq bu gün göstərmiş oldu.
“Xəzər Lənkəran”-“Simurq” qarşılaşması ilə təxminən eyni vaxtda digər telekanal vasitəsi ilə İngiltərə Premyer Liqasının “Tottenhem”-“Stok Siti” qarşılaşması da göstərilirdi. Bəzən həmin oyundakı hesaba nəzər yetirmək üçün kanalı bir dəqiqəlik dəyişib oyunu izlədikdə bizim oyunla həmin oyunun oxşar kombinasiyalı və təxminən eyni sürətli olduğunun şahidi olurduq. Deməli, bizim klubların oyunlarına səriştəli hakimlər təyin olunacaqsa və onlar tərəfindən oyunun gedişinə hər dəqiqə mənasız müdaxilələr olmayacaqsa, onda bizim klublar dünyanın aparıcı ölkələrinin heç olmasa ortababları ilə eyni səviyyədə oyun göstərmək qabiliyyətinə malikdirlər(buna “Qarabağ”ın bu ilki Avroliqa oyunlarını da misal göstərmək olar). Bu gün Azad Mütəllimov sübut etdi ki, Azərbaycanlı hakim oyunu idarə edə bilir. Lakin belələrinin sayı çox azdır.
Azərbaycan futbolunun inkişafı üçün çalışan hər kəsə, o cümlədən hakimlərə çox sağol, Elçin Məmmədov kimilərə isə ar olsun deyirik.
“Bosman” fanklubu 24/10/2009.
Bölmə: |Baxış sayı: 867 | Yazar: ISLAM |
Всего комментариев: 1
25.10.2009
1. Ramin Kosalar [Материал]
Heqiqeten de bu gunku hakim oyunu cox gozel idare etdi.Elchin Memmedovkimilerin yeri gozel stadionlar deyil.Bele hakimlerin caldigi fit cobanliq meqsedi ile collerde olmalidir,yashil meydanlarda yox!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz