Ana Səhifə» 2010»Oktyabr»22 » Bütün xəbərlər - hamı birlikdə...
20:37
Bütün xəbərlər - hamı birlikdə...
"Fırtınalar
Meydanı”nda oyun öncəsi son məşq.
"Xəzər
Lənkəran” – "Turan” oyunu öncəsi hər iki komanda son məşqinə çıxdı. "Xəzər
Lənkəran” yardımçı meydançada, "Turan” isə əsas meydançada məşq etdi.
Hər
iki tərəfdə əhval ruhiyyənin yüksək olması diqqət çəkirdi. Düzdür qonaq komanda
qapalı məşq edirdi, amma biz fürsət tapıb saytımız üçün uzaq məsafədən də olsa
bir neçə fotoşəkil çəkə bildik.
"Xəzər
Lənkəran” komandasının məşqi bitənə yaxın əvəzedici heyyətin məşqçisi Samir Ələkbərovla rastlaşdıq. Komandasının
məğlubiyəti onun kefini pozmuşdu.
Əvəzedicilərdən söz düşümşkən, Olimpiya kompleksinin əsas meydançasında
keçirilən oyunda gənclərimiz məğlub oldu. ”Turan”ın əvəzedicilərinin 2:0-lıq
qələbəsi ilə bitən oyun, Yuri Panfilovun gedişindən sonra Samir Ələkbərovun rəhbərliyi altında keçirilən ilk oyun oldu.
Klub
prezidenti Mais Mənsimov həmişəki kimi məşqi komandanın rəisi ilə birgə izləyirdi.
İcraçı direktor Höccət Hacıyev isə öz
ənənəsinə sadiq qalaraq stadionun həyətində elə hərəkətdə idi. Ot biçən maşını
idarə edənlərə və digər texniki işçilərə
müxtəlif işləri görmək üçün tapşırıqlarını verirdi. Hərdən bir azarkeşlər ona
yaxınlaşıb hər dəfə verdikləri sualları ardıcıl yağdırırdılar. O isə bir sualı
belə cavabsız qoymurdu. Mühafizəçilərin davranışını da xüsusi qeyd etmək
lazımdır. Çünki əvvəllər mühafizəçilərdən ən çox şikayət edənlər də həmişə
biz olmuşuq. Son zamanlar onların azarkeşlərə qarşı münasibəti yaxşı
istiqamətdə çox dəyişib.
Məşq
bitəndən sonra stadiondan qayıdan azarkeşlərin diqqətini daha bir məqam çəkdi.
Beləki, stadiondan uzaqlaşanda "Futbol+”
qəzetinin bölgə müxbiri Hüseyn Cəbrayıloğlunun maşını, onun qarşısında "xam"lıq
edən yaşıl rəngli polis serjantının idarə etdiyi mersedes markalı maşınla az
qala toqquşacaqdı. Hadisədən özünü itirən mersedesin sürücüsü maşınını yolun
kənarına çəkib narazılıq etdi. Arxadan gələn iki azarkeş isə "-Yol ver də qaqaş,
jurnalist adamdır, tələsir də” deyə serjanta
müraciət etdilər. Hüseyn bəy isə həmin anda artıq H.Əliyev küçəsinə tərəf istiqamət almışdı...