Bu gün təxminən saat 19:00 -dan başlayaraq 1-saat 30-dəqiqə ərzində saytımız xakerlərin hücumuna məruz qaldı.
Futbol qurumlarının ünvanına sərt bəyanatlar təqdim olunduğu üçün saytımıza təzyiqlər edənlər,saytımızın “forum”,”fotoalbom” və “qonaq otağı” bölmələrini dağıda biliblər.Beləki,bu bölmələrdə olan yazılar,komandamızın statistik göstəriciləri haqda olan bilgilər,fotoşəkillər tatamilə silinib.Hələlik saytımızın ana səhifəsi və xəbərlər bölməsi tam gücü ilə fəaliyyətdədir.Hücumu təşkil edənlərin kimliyi məlum deyil.
Konkret olaraq futbol qurumlarının və ya “Neftçi” tərəfdarlarının bu işlərin arxasında qaldığı haqda hər hansı bilgiyə malik deyilik.
”12-ci oyunçu” azarkeş klubu olaraq mübarizəmizdə davamlı olacağıq və geri çəkilməyəcəyik.
Yaşasın “Xəzər Lənkəran”,yaşasın ‘Xəzər Lənkəran” azarkeşləri !!!
Rədd olsun “Xəzər Lənkəran”ın düşmənləri !!!