Böyük "Xəzər Lənkəran" ailəsi hər zaman alqışa layiqdir. Onlar hər zaman bunu sübuta yetirmişlər. Türklər demişkən "iyi günde, kötü gündə hər zaman seninleyik"! Belə bəxtəvər komanda dünyada barmaqla göstərilən qədər azdır. Bütün əməyi olanlara Allah kömək olsun. Heyif ki, uzaqda olduğumuzdan biz iştirak edə bilməmişik. Çox sağ olsun belə azarkeşlər. Onlar əsl "Xəzər"sevərlərdir!
Biz sənə layiqik, sən bizə layiq.
Ayrı cür düşünən olar nalayiq!
Əl-ələ veririk çətin gündə biz,
Bu dostluq nümunə, dostluq misilsiz.
Kükrədi bol sular, selə dönərək,
Dənizə axmalı, bu sellər gərək.
Həm dənizə axdı, həm də ''meydana'',
Bir hikmət bəxş etdi, bu sel insana.
Dəniz də Xəzərdir, meydan da "Xəzər",
Sel yudu apardı, yoxdu bədnəzər.
Bu sel gəlmişdi ki, təmizlik etsin,
Bütün dərd-bəlanı aparıb getsin.
Əvəzində dostluq bəxş etdi bizə,
Azarkeş heyrandır "Xəzər"imizə!