Ana Səhifə» 2010»May»22 » Cənubdan paytaxta 2000-yaxın azarkeş gedir.
22:54
Cənubdan paytaxta 2000-yaxın azarkeş gedir.
Azərbaycan kubokunun final oyununda cənubu təmsil edən “Xəzər Lənkəran”ı dəstəkləmək üçün “12-ci oyunçu” azarkeş qrupunun vasitəçiliyi ilə Lənkərandan ümumilikdə 1100,ətraf rayonlardan isə ümumilikdə 400-azarkeş paytaxta yola düşür.Bundan əlavə “Xəzər Lənkəran”ın rəsmi fan klubu bütün heyyəti ilə səhər saatlarından bir neçə avtobuslarla gedəcək.Paytaxtda yerləşən “Bosman” və “Fırtına” fan klubları bütün güclərini ortaya qoyacaqlar.Bundan əlavə dost “Zadəgan İnter azarkeşləri dərnəyi” dostluq jesti olaraq bizə dəstək olacaq. Bakı və Sumqayıtda yaşayan cənublu azarkeşlərin də “Xəzər Lənkəran”ın yanında olacağını nəzər alsaq, T.Bəhrəmov satdionunun tribunalarına toplaşacaq futbol azarkeşlərinin 60%-nin “Xəzər Lənkəran”lılar olacağının indidən demək olar.Düzdür bu rəqəmin daha böyük olması mümkün ola bilərdi.Lakin məlum 15-may məğlubiyyətindən sonra hələlik bu qədər azarkeş komandanın kuboku qazanmağa çağıracaq. “Xəzər Lənkəran” üçün bu rəqəmin az olduğunu qeyd etməklə yanaşı onu bildirməliyik ki,digər klublar bu qədər azarkeş sayına da həsəd aparardılar.
Sumqayitda Lenkeranlilar coxdu. Lenkeranli olmayanlardan da Xezerin azarkeşleri kifayet qederdi. Amma ici men qarisiq bu oyunda istirak etmeyeceyik. Xezer Lenkeranin zeif oyunlari ve Mubarizin tikanli sozleri bizi komandadan küsdürüb.