Ana Səhifə» 2010»Avqust»31 » Çempion məlumdursa niyə oynayaq.
21:11
Çempion məlumdursa niyə oynayaq.
Sentyabrın
11-də baş tutacaq "Neftçi" - "Muğan" oyununda bütün ölkə
yeni yaranmış bir fan klubu görəcək.Bu "UltraNeftçi" fan klubu
olacaq.İlk baxışdan qeyri adi heç nə
yoxdur bu məsələdə,yeni fan klubun fəaliyyətə başlamasını yalnız alqışlamaq
lazımdır.Amma fan klubun fəaliyyətə başlamasından öncə əldə etdiyimiz
məlumatlar bizi məsələyə başqa tərəfdən yanaşmağa məcbur edir.
"Neftçi”nin
çempion olmasına artıq qərar verilib.
Son
15-gün ərzində apardığımız araşdırmalar,ölkənin idman mətbuatında çalışanlar
ilə söhbətlərdən çıxarışlar və nəhayət AFFA və PFL-ə yaxın olan insanlardan əldə
etdiyimiz məlumatlar bunu qətiyyətlə deməyə əsas verir.Artıq "Neftçi”nin çempion olacağına inanmamaq sadəlöhlük olardı.Premyer liqanın qızıl
medallarına sahib çıxmaq üçün ilk növbədə komandaya iki güclü futbolçu və ən
azı bir ulduz dəvət olunmalıydı ki,bunu da etdilər.Telekanallar ölkənin ən
yaşlı klubu haqda informasiya yayarkən yeni qaydada çıxış etməli idilər,futbol
verilişlərində isə "Neftçi”nin
oyunlarını qabartmaq lazım idi,komanda üçün yeni avtobus alınmalı idi,yeni fan
klub yarnamalı idi və s.
Sadalananlar
məsələnin görünən tərəfləridir.İctimaiətdəın gizli saxlanılan və kabinetlərdə
həll olunan əsas iş isə odur ki,futbolumuzun "yuxarı”lar "Neftçi”nin çempion olmasına qərar veriblər.Görünməyən
tərəf bax budur.Hakimlər komitəsi,hakim inspektorlar komitəsi, dövlət
televiziyası başda olmaqla digər bir neçə telekanalın idman şöbələri də artıq təlimatlanıblar.İnternet portallarına
və qəzetlərə tam təsir etmək üçün isə premyer liqanın sonunu gözləmək lazım
gələcək.Amma indidən "Neftçi”nin potensial
rəqiblərinin vurulması işinə artıq start veriılib ki,bu işin də öhdəsindən
internet portalları və qəzetlər qismən də olsa gələ bilirlər.
"Neftçi”nin
çempion olması üçün lazım olacaq nə varsa ediləcək və bütün qüvvələr bu
istiqamətdə çalışacaq.Bir neçə il ərzində qızıl medallara həsrət qalan Azərbaycanın
ən köklü klubu çempionluq sevincini bu il yaşayacaq.Digər klublar komandalarında
baş məşqçi postuna kimi gətirməklərindən asılı olmayaraq,heyyətə hansı
futbolçunu dəvət etmələrindən asılı olmayaq Azərbaycan premyer liqasının qalibinin
kim olacağı artıq məlumdur.
ISLAM SUBT ETKI AFFA NEFTCI-ni cempion elemek isteyir delil-subtla yalan deyenin oglanin licni var yoxuna xezere azerkewi olmayan peyserdi ama delille subt ele havadan yox
“Oyunumuzun texire salınmasından istifade edib “İnter” - “Neftçi” ve AZAL - “Xezer-Lenkeran” qarşılaşmalarını stadiondan izledim. “Neftçi”nin oyunu çox xoşuma geldi”. Bu sözleri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş meşqçisi Vinfred Şafer deyib. Avro-2010-in seçme merhelesi ile elaqedar Unibank Premyer Liqasına verilmiş fasileden istifade eden almaniyalı mütexessis futbolçularına 4 günlük istirahet verib. Özü ise diger komandalarının oyunlarının lent yazısını izleyerek tehliller aparır: “Fasileden istifade ederek futbolçulara 4 günlük istirahet vermişem. Özüm ise Bakıda qalıb diger komandaların oyunlarını izleyirem, tehliller aparıram”. Şafer çempionatda çıxış eden komandaların hazırkı veziyyetlerini qiymetlendirerken “Neftçi”ni xüsusi vurğulayır: “İmkan tapdıqca, komandaların oyunlarını izleyirem. Canlı izlediyim oyunlara esasen onu deye bilerem ki, “Neftçi” inamlı tesir bağışlayır. Xüsusen 14, 9 ve 11 nömreli oyunçularını qeyd etmeliyem. Onların oyunu daha çox xoşuma geldi”.