Ana Səhifə» 2010»Dekabr»1 » Çirkin yollara əl atmayın !
01:14
Çirkin yollara əl atmayın !
Bizə "Neftçi”nin
dəstəyi lazım deyil!
Operativ
informasiyalar yaymaq qabiliyyətinə mailk azarkeş saytının yaradılacağı barədə məlumat
vermişdik.
Ölkədə
ilk belə azarkeş saytının "Xəzər Lənkəran”
azarkeşlərinin ixtiyarında olacağı barədə də xəbər vermişdik. Artıq saytın veb
versiyasının hazırlanması üçün mütəxəssislərə müraciət etmişik. Ardıycasaytın vap verisyası da qurulacaq ki, hər iki versiya
2011-ci ilin ilk günlərində tam hazır olacaq.
Məlumat
verdiyimiz kimi saytın fəaliyyətini yüksək səviyyədə qurmaq məqsədi ilə müəyyən
avadanlıqların əldə edilməsi üçün "Bank Respublika” və "Bank OF Baku” da hesab
nömrələri də açmışıq. Bir çox azarkeşlər bu bank hesablarına müəyyən məbləğdə pul köçürmələri edərək "Dəstək
ol” kompaniyasında iştirak edirlər.
Maraqlısı
budur ki, "Dəstək ol” kompaniyasında fəallıq göstərmək istəyənlər arasında "Xəzər Lənkəran”ın əzəli rəqibi olan "Neftçi” klubunun
fanatlarının olması və gözlənilməyən qədər
fəallığı daha çox diqqət çəkir.
"12cioyuncu.com”
saytının e-mail ünvanına ardıcıl olaraq göndərilən elektron məktublarda "Neftçi” klubun fanatları, maddi yardım etmək
istəklərini ortaya qoymuşlar. "Neftçi” fanatlarının bu gözlənilməz addımı tərəfimizdən
anlaşılmazlıqla qəbul olunur. Eyni zamanda bu hadisə son günlər saytımızda təqdim
olunan yazılarla da əlaqəli görünə bilər. Beləki, iki gün öncə ""Neftçi” çempion ola bilməyəcək "sərlövhəli yazının saytımızda təqdim olunmasından dərhal sonra
adı çəkilən klubun bir sıra üzdə olan tanınmış fanatı və bəzi fan klub fəalları "Dəstək ol” kompaniyasına qoşulmaq istəyini elektron
məktublarla bidirmiş və beləcə bu vasitə
ilə bizi ələ almağa çalışmışlar. Halbuki biz yalnız "Xəzər Lənkəran” azarkeşlərinə
müraciət edərək dəstək olmalarını istəmişdik.
Yeni
saytın yaradılması işi ilə "12-ci oyunçu”
azarkeş qrupunun təşkilat komitəsiməşqul
olduğundan , bu məsələ ilə bağlı münasibət bildirmək hüququnu"12-ci oyunçu” özündə saxlayır.
Beləliklə,
"12-ci oyunçu” azarkeş qrupu olaraq, "Dəstək ol” kompaniyasında iştirak etmək istəyində
olan "Neftçi” tərəfdarlarını dərhal fikirlərindən dönməyə çağırırıq.
"Neftçi” klubuna azarkeşlik edənlərə müraciət edərək deyirik ki, bizə sizin maddi
yardımınız və ya hər hansı bir köməyiniz lazım deyil. Bu formada həyata keçirilən
hiyləgər addımlar tərəfimizdən pislənilir və rədd edilir.
Bir müddət əvvəl saytımızda şərh yazan iştirakçılara müraciət edərək, xahiş etmişdik ki, saytın şərtlərinə diqqət yetirsinlər və yalnız bundan sonra fikir bildirsinlər. 1.Bizim saytımız siyasi sayt deyil. 2.Biz hər hansı formada milli, dini, irqi və etnik ayrlıseçkiliyi pisləyirik. 3.Şərhlərdə səsləndirilən fikirlərlə belə ölkənin bölgələrə bölünməsinin qəti əleyhinəyik. 4.Saytımızda qeyri etik sözlərə, insanların təhqirinə və dövlət qanunlarına qarşı fikirlərə yer yoxdur. 5.Yuxarıda qeyd olunanlarla rastlaşdıqda saytın şərhlər bölümünün fəaliyyəti müvəqqəti olaraq dayandırılır. 6.Bir neçə ip ünvandan göndərilən şərhlərlə təxribatlara yol vermək istəyənlərin əməllərini pisləyirik.