Ana Səhifə» 2010»Avqust»27 » Ədalətsizlər baş qalıdrmaq istəyəndə...
23:23
Ədalətsizlər baş qalıdrmaq istəyəndə...
"İnter” fan klubu ilə hələ bir neçə il əvvəldən başlayan dostluq əlaqələrini ilk olaraq "Fırtına” fan klubu yaratmışdır.Beləki, bütün klubların fan klubları "Xəzər Lənkəran”a qarşı pis niyyətlərini gizlətmədiyi vaxtda "İnter”lilər sivil davranışı ilə Bakıda yaşayan "Xəzər Lənkəran”lıların diqqətini çəkmişdi.
Ümumilikdə "Xəzər Lənkəran” və "İnter” fanatlarının dostluq münasibətlərinin daha da güclənməsinin də öz tarixçəsi vardır:
Fəal azareşlərdən olan Vaqif Rəşidovun təşəbbüsü və təşkilatçılığı ilə "Xəzər Lənkəran” azarkeşləri arasında keçirilən "Yay əfsanəsi” adlı mini futbol turnirində "12-ci oyunçu” da təşkilati yardımı ilə iştirak etmişdi.Həmin turnir bitəndən sonra turnir iştirakçıları arasından güclülər seçildi və bir neçə heyyətdən ibarət yığma komandalar yartdıq.”Azarkeş-1” adlı ən güclü həvəskar futbool komandamız "Xəzər Lənkəran”ın əsas heyyəti ilə oyuna hazırlaşdığı zamanda o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov buna razılıq vermədi.Belədə 2009-cu il avqustun 21-də Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "İnter” oyununa bir neçə saat qalmış Lənkəran şəhər olimpiya kompleksinin mini futbol meydançasında "Azarkeş-4” komandası ilə "İnter” fan klubunun üzvlərindən ibarət komandanın yoldaşlıq görüşünü təşkil etdik.Görüşdən sonra çay süfrəsində səmimi söhbətlərdə qarşılıqlı xoş münasibətin davam etdirilməsi qərara alındı.Bu münasibətlər bu günə kimi davam edir.Bu il mart ayının 21-də Bakıda keçirilən "İnter” – "Xəzər Lənkəran” oyunun başlamasına 20-dəqiqə qalmış meydan sahibi komandanın fanatları Lənkərandan gələn azarkeşləri salamlayıb "Novruz” bayramı münasibəti ilə bayram təbrikini də unutmadılar.Lənkəranlı azarkeşlər də bunu cavabsız saxlamadılar. "Xəzər Lənkəran”ın rəsmi fan klubu və "Bosman” fan klubu da fəallıq göstərdilər.Hər dəfə Lənkərana "İnter”in oyununa gələn "İnter”li fanatları Lənkəran şəhərinin girəcəyində qarşılayır,oyundan sonra isə hörmətlə yola salırıq.Bu artıq ənənə halını almışdır.Təbii ki,dost arasında söz ola bilər,lakin bu anlaşılmazlıqlar ümumi dostluğa heç də zərbə vurmur.Necə deyərlər "Çəkişməsin bərkiməzsən”. "Xəzər Lənkəran” və "İnter” fanatları arasında dostluq münasibətləinin bundan sonra da davam edəcəyinə inanırıq.
Elnur Əşrəfoğlu kimi "Xəzər Lənkəran”lı azarkeşlərin qatı düşməni indi, "İnter”li fanatların qəzəbinə tuş gəlib.Nişangah olmağı əslində "Neftçi” rəsmisi özü seçib.Elə bir neçə ya əvvəl Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "Neftçi” oyunundan sonra ədalətsiz danışıqları ilə futbol verilişlərini bəzəyən Elnur Əşrəfoğlu, ölkənin cənubunda reytinqinə görə öz antirekordunu təzələyərək nəyinki "Qines”in hətta onun babasının da rekordlar kitabına düşüb. Daim ədalətsiz danışıqları ilə haqsızlıqları müdafiə edən Elnur Əşrəfoğlu kimilərə qarşı çıxan "İnter” fanatlarını dəstəkləmək lazımdır.