Ana Səhifə» 2009»Oktyabr»23 » Ədalətin zəfər çalacağına ümid edirik
19:20
Ədalətin zəfər çalacağına ümid edirik
“Xəzər Lənkəran” ın əvəzedicilərinin keçmiş baş məşqçisi Fazil Əsədov haqda intizam komitəsinin qərarı ləğv olunacaq. Bu barədə saytımıza zərərçəkən özü məlumat verib.Fazil bəy AFFA ya apellyasiya şikayəti verib və bu yaxınlarda intizam komitəsinin qərarına yenidən baxılacaq. Xatırladaq ki, intizam komitəsinin qərarına əsasən Fazil Əsədov 2-il müddətinə futboldan uzaqılaşdırılmışdı.Qərarın yanlış olması isə bir müddət öncə Fanat.az saytında və Xəzər tv də təqdim olunan video materiyalda sübut olunmuşdu.Daha dəqiq desək 25 –sentyabrda Lənkəran olimpiya kompleksində keçirilən “Xəzər lənkəran” – “Muğan” əvəzedicilərinin oyununda,baş hakim tərəfindən qırmızı kartla cəzalandırılan Fazil Əsədov ehtiyat oyunçuların oturacağından 5-metr məsafədə kənarda,meydançanı ətraf ərazidən ayıran hasarın arxasından oyunu izləyirdi.Bu da təqdim olunan video materiyalda öz əksini tapmışdı.Lakin intizam komitəsi yanlış məlumatlar yayaraq guya baş məşqçinin qırmızı kart alandan sonra tribunada azarkeşlərin arasında olmasını və azarkeşləri hakimə təzyiq göstərməyə təhrik etməsini təkidlə bildirmişdi.Qeyd edək ki,həmin oyunu izləyən 1000-azarkeşin imzası olan müraciətə, Fazil Əsədovun şagirdlərinin,Lənkəranlı futbol veteranlarının və ziyalıların müraciətlərinə, “Bosman” fan klubunun və “12-ci oyunçu” azarkeş klubunun bəyanatlarına bu günə qədər nə AFFA nə PFL, nə də intizam və hakimlər komitələri məhəl qoymamışlar. Keçmiş baş məşqçinin öz hüquqlarının müdafiəsinə qalxmasını alqışlayır və ədalətin zəfər çalacağına ümid edirik.
edaletin zefer calmasi hemise herkese ve baslicasi olkemize basucaligi getirerdi.Bunun bele olmasi ucun, BOSMAN fanklubu yene de elinden geleni etmeye hazir oldugunu bildirir