Bu onlardır, bu "Neftçi”nin muzdlu qaniçən, daş atan vəhşiləridir.
Biz bu görüntüləri bir daha təqdim etməklə kimin kim oldğunu diqqətə çatdırmaq və ikiüzlülərin içüzünü açmaq fikrindəyik. "Böyük oyun” öncəsi müxtəlif bəyanartlar verərək güya humanist olduğunu gözə soxmağa çalışan "Neftçi” klubu, öz daş atanlarına yiyə dursun !
Biz gizli görüşlərdən imtina edirik, gizli görüşlərə gedən azarkeşlər də bizdən deyillər, biz ikiüzlü deyilik, biz sifarişlə azareşlik etmirik !
Suallar necədirsə bir il yarım sonra cavablar da elədir: -Təzadlar həmişəki kimi sonsuzdur. Bunlar bir yana əsas maraqlı olan hal fəal azarkeşlərin indiyə qədər "Xəzər Lənkəran" klubuna bağlılığına qısqananların, paxıllıq çəkənlərin və hətta düşmənlərin alyans şəklində birləşməsinə səbəb olub. Bir müddət öncə uzaqdan - uzağa “Neftçi” nin ofisinə və rəhbərliyinə həsədlə baxan insanlardan bəziləri ofisi gördü, hələ bəlkə əlləri də prezidentin əlinə dəydi... belə "böyük nailiyyətlərə" görə kiminlə desən, hətta lazım gəldikdə şeytanla da alyansa girməyə dəyərmiş...