Mart ayının 17-də Azərbaycan kubokunun ¼ finalı çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” cavab matçından sonra Lənkəranda rəqib komandanın futbolçularının dopinq qəbul etmələri haqda söhbətlər gəzməyə başladı.Həmin oyunun son dəqiqələrində rəqib futbolçuların çox fəal olmaları və sanki heç yorulmadıqları hiss olunduğundan bu söhbətlər yaranmışdı.Əvvəlcə 7-qutunun güya stadionda rəqib komandanın soyunub geyinmə otağında tapıldığı deyilsə də sonradan bu xəbər təsdiqini tapmadı.Bir neçə gün üstündən keçəndən sonra yenidən bu xəbər yayılmağa başladı.Bu dəfə “Qarabağ” komandasının həmin günlərdə Lənkəranda məskunlaşdığı hotelin zibilxanasından tapılan yenə də 7-qutu söhbəti diqqət çəkdi.Hətta bu qutuların şəklini çəkdilər və bu şəkillər əldən ələ gəzdi.Amma Novruz bayramı insanların fikrini bir yana çəkdiyi məqamda “Xəzər Lənkəran” paytaxtda “İnter”ə şübhəli penal sonrası məğlub oldu ki, bu da dopinq hadisəsini kənara qoydu.Bir neçə gün sonra isə böyük oyuna olan maraq dopinq məsləsini kölgədə qoydu.Nəhayət “Neftçi” ilə qalmaqallı oyun ətrafında gedən müzakirələr bitəndən sonra və “Qarabağ’la oyun öncəsi bu söz söhbətlər yenə Lənkəranı bürüdü. Bəlkə bu söz söhbətlərə son qoymaq üçün hər iki komandanın üzvləri dopinq testindən keçsinlər...