Bu il keçirilən
və "Birlik kuboku” kimi ad qazanan MDB və Baltikyanı ölkələrinin klubları
arasında Rusiyanın Sankt-Peterburq şəhərində start götürən və 23.01.2011-ci il
final oyunu ilə yekunlaşan turnir nəhayət başa çatdı. Bildiyiniz kimi bu ilki turnirdə
Respublikamızı son çempionumuz "İnter” klubu təmsil edirdi. Təmsil edirdi
deyəndə ki, layiqincə futbol sərgiləyən və sonda turnirin qalibi adını qazanan
"İnter” klubu bu gün 24.01.2011-ci il saat təxminən 12:30 radələrində Sankt-Peterburq--Bakı aviareysi
ilə H.Əliyev adına hava limanında yerə endi. Böyük zəfərə imza atmış komandanı
hava limanında başda "İnter” azarkeşləri olmaqla digər klubların azarkeşləri
də qarşılamağa gəmişdi. Həmişə dost münasibətdə olan "Xəzər Lənkəran”
azarkeşləri də bu izdihamın içində "Bosman” fanklubunun nümayəndə heyəti
ilə təmsil olunurdu.
Hava
limanında dost klubun azarkeşlərinin səmimi olaraq təbrik edən "Bosman”
fanklubunun üzvləri bütün "Xəzər Lənkəran” azarkeşlərinin adından
"İnter”li qardaşlarımızı təbrik edərək qarşılanma mərasiminin sonuna qədər
iştirak etdilər. Onu da deyək ki, bir gün əvvəl "12-ci oyunçu” azarkeş
qrupundan dost tapşırığı alan "Bosman” fanklubu eyni zamanda bu qarşılanma
mərasimində onları da təmsil etmə hüququ almışdı və "12-ci oyunçu” azarkeş
qrupunun bütün təbriklərini ünvanına çatdırdı.
"İnter” klubunun bu il
turnirdəki çıxışını lazımınca işıqlandırdığına görə "İnter”
azarkeşləri "Bosman.tk” və "12cioyuncu.com” saytlarına xüsusi olaraq
təşəkkürlərini bildirdilər.
"İnter” klubunun turnirdəki çıxışına gəlincə, onların ölkəmizi
layiqincə təmsil etdiklərini düşünür və kuboku qazanana qədər keçirdiyi bütün
qarşılaşmaları bir daha yada salmaq istərdik. Belə ki, qrup mərhələsini nəinki
maksimum nəticə göstərərək 9 xal topaldı, hətta qrup mərhələsində rəqib
qapılarına 7 top vurmasına baxmayaraq, öz qapısında 1 top belə görmədi. Bundan
sonra ¼ və ½ final görüşlərini də parlaq
qələbə ilə top buraxmadan irəliləyən komandamız finala vəsiqə qazandı. Final
görüşünün əsas və ekstra vaxtında da hesab açılmadığına görə, qalibi müəyyənləşdirmək
üçün penaltilər seriyasından istifadə olundu. Beləliklə turnirin sonuna qədər
"İnter” klubu bütün oyunlar zamanı öz qapısında top görmədi. Bu turnirin
tarixində yadda qalan ilk oldu. Penalti seriyalarında 6:5 hesabı ilə qalib gələn
komandamız turnirin qalibi adını qazanaraq "Birlik kuboku”nu başı üzərinə
qaldırdı.
Bu
"Birlik kuboku”nun Azərbaycana üçüncü gəlişi olsa da, əvvəlki iki gəlişdən
yuxarıda göstərdiyimiz top buraxmamaq xüsusiyyətilə fərqləndi. Digər bir
xüsusiyyət isə ondan ibarət idi ki, "Neftçı” və "Xəzər Lənkəran”
kuboku yerli mütəxəssis olan Ağasəlim Mircavadovun rəhbərliyi altında
qazanmışdısa, "İnter” bu kuboku sükanı arxasında əcnəbi mütəxəssis olan
Kaxaber Tsxadadzenin rəhbərliyi altında əldə etdi. "İnter” azarkeşlərinə
bundan sonra da müvəffəqiyyətlər arzu edərək, turnir boyunca "İnter”in
keçirdiyi bütün oyunların nəticələrini aşağıda göstəririk:
Qrup mərhələsi
1. "İnter” 3-0 "Neftçi” (Qırğızıstan)
2.
"İnter” 3-0 "İstiqlol”
(Türkmən)
3.
"İnter” 1-0 "İskra Stal” (Moldova)
¼ Final mərhələsi
"İnter”
4-0 "Mika” (Ermənistan)
½ Final mərhələsi
"İnter”
5-0 "Zenit” (əvəzedicilər
Rusiya)
Final
"İnter”
0-0 "Şaxtyor” (Belarus) 6-5 (penaltilər seriyası)
Mənbə:
bosman.tk
|