Ana Səhifə» 2010»Dekabr»14 » "Droqba" Lənkərandadır !
19:18
"Droqba" Lənkərandadır !
Emeka
Opara məşqlərə başladı.
"Xəzər Lənkəran”ın dekabrın 14-də keçirilən məşqində,
çoxdan bəri qayıdışını gözlədiyimiz Opara
Emeka fərdi məşqlərə başladı. Əsasən
Mihay Tejanın rəhbərliyi ilə fərdi olaraq çalışan Nigeriyalı futbolçu artıq özünü
yaxşı hiss edir və zədəsini tamamilə
sağaldıb. Əməliyyatdan sonrakı bərpa prossesini da uğurla başa vuran Opara Emeka,
hələ bir müddət fərdi məşqlrələ kifayətləməli olacaq. Onu da qeyd edək ki, Oparanın
qayıdışına ən çox sevinən Uinston Parks olub ki, bu da anlaşılandır. Çünki Oparanın
yaşıl meydanlara dönüşü Parksın işini daha çox asanlaşdıracaq. Axı bu iki
futbolçunun tandem təşkil etdiyi hücum xəttinə çoxları həsəd aparır...