www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 21 » Dünya dünyadır,iş də işdir,gizirlərin "ulduz"ları dəyişir amma...
17:48
Dünya dünyadır,iş də işdir,gizirlərin "ulduz"ları dəyişir amma...

"Futbol +” qəzeinin baş redaktoru Mahir Rüstəmliyə.

"Saxta hay-küy və faktların acı dili” adlı yazıya münasibət.


Bəribaşdan deyim ki,məlum oyunun yalnız ilk yarısına baxdığınız üçün( özü də televiziya vasitəsi ilə) və sonra yazınızda qeyd etdiyiniz kimi "Neftçi”nin oyununda hədiyyə paylamağa getdiyinizə görə,yəni matçı bütöv izləmədiyinz üçün sizi çox da qınaya bilmərəm.İlk yarının təəssüratı və obyektivliyinə inandığınız həmkarlarınızla söhbət əsnasında ümumi fikrə gəlmisiniz.Yəqin ki,oyunu bir başa stadiondan izləyən əməkdaşınız Amalın fikirlərinə daha çox üstünlük vermişsiniz.Təəssüf ki, obyektivliyinə şübhə etmədiyiniz həmkarlar sizə dəqiq informasiya verməyiblər.Çünki,Anar Salmanov heç də "Muğan” komandasına simpatiya göstərməyib.Əslində Anar bəy ölkəmizin ən yaxşı hakimidr və həmin gün də o yaxşı cəhətlərin göstərə bilərdi,amma...

Həmin oyunu Elçin Məmmədov idarə etsəydi heç bizim də narazılıq etməyimiz yersiz olacaqdı.Çünki Elçinin etdiyi artistliyi Anar bacarmır və onun ifasında hər şey çılpaqlığı ilə göründü.Sadəcə görmək lazımdır.Bunu görmək üçün isə obyektivliyinə inandığınız həmkarlarınızın gözü ilə yox, "Böyük oyun” adını ölkə futboluna gətirən,onlarla idman jurnalistini yetişdirən,Azərbaycanın ən böyük idman jurnalisti Mahir Rüstəmlinin gözü ilə baxmaq və görmək lazım idi.Həmin gün kaş "Neftçi”nin oyununda hədiyyə paylamaq olmayaydı.Axı bu "Neftçi” bizdən nə istəyir,hər işimizə mane olur.Kaş həmin oyunda siz Səlyan stadionunda oyunu canlı izləyəydiniz özü də bizim oturduğumuz tribunadan, görəydiz hər şeyi.Onu da qeyd edim ki,Azərbaycan futbolunun azarkeş hərakatında azdan çoxdan bizim də əməyimiz var,əlbəttəki sizin qədər deyil.Amma öz hesabına mütəqil fan klub yaradıb və öz hesabına avtobuslar sifariş edib səfər oyunlarına yüzlərlə insanı aparanın,minlərlə bilet alıb paylayanın,internet saytınmın xərclərini odəyənin,bayraqlar,atributlar alıb stadionları bəzəyənin və sair işləri görənin,futboldan qazanmayanın gözü ilə görmək mümkün olur bütün yuxarıda və aşağıda dediklərimi, Anarın çılpaq işlərini.


 Azərbaycan idmanını və xüsusən də futbolunu sizin baş redaktoru olduğunuz qəzet qədər işıqlandıran,söz azadlığına önəm verən ikinci qəzet tanımadığımızdan həmişə sadə futbol azarkeşlər olaraq biz sizə müraciət etmişik.Bəli biz sadə azarkeşlərik,çünki biz futbol klublarının nəzdində fəaliyyət göstərən fan klubların üzvləri deyilik.Şəxsən mənim bir neçə il əvvəl yaratdığım və rəhbəri olduğum "12-ci oyunçu” müstəqi fan klub da şəxsən mənim hesabıma maliyyələşirdi.Daha sonra fan klubun fəaliyyətini donduraraq fəal azarkeşlərin istək və arzuları əsasında fəaliyyət göstərən azarkeş klubunu(azarkeş qrupu) yaratdım.Onda da indi də mən və ətrafımdakılar sadə azarkeşlərik və biz öz iradəmizə uyğun hərəkət edirik.Elə sentyabrın 18-də də öz iradəmizlə, öz hesabımıza bir neçə maşının yanacaq xərclərini ödəyərək Səlyana yollandıq.Həmin oyun televiziya vasitəsi ilə yayımlanırdı və bizim "12”-rəqəmi də çəkilişin əks tərəfindəki tribunadan görünürdü.Dieqo Ruizin "Muğan”ın cərimə meydançası daxilində yıxıldığı epizodu biz daha yaxşı görürdük ,eyni ilə Emeka Oparanın da oyunun sonlarında əllə oynamadığını da biz tam aydın görmüşdük.Hər iki epizod çəkiliş gedən tribunadan, bizim tərəfdən görünən qədər də dəqiq görünə bilməzdi.Sadaladığım hər iki epizodda baş hakim düzgün qərar verməmişdi və hətta bir az da qabağa gedərək hücumçuları sarı kartla cəzalandırmışdı.Birində penalti,digərində isə təkbətək epizodu olduğunu nəzərə alsaq qol vurula bilərdi axı.

Oyunun ertəsi günü "Futbol+” qəzetinin manşetində meydanaçaya daxil olan azarkeşin AFFA nümayəndəsi tərəfindən polisin əlindən alınması yazılmışdı.Bunun tamamilə yalnış olduğunu biz özümüz stadionda görmüşük və saytımızda həmin azarkeşin də təkzib etdiyini işıqlandırmışıq.Ümumiyyətlə nə vaxtdan "Futbol+” qəzeti manşetə yalanları çıxarır...

"Cənubun bu gözəl şəhərində populyar qeybət mövzularından biri də "Xəzər Lənkəran”ın sıxışdırılması haqda deyilənlərdi.” –fikri doğrudanmı Mahir Rüstəmliyə aiddir ?

Axı komandamızın sıxışdırılmasını deyən minlərlə insanı siz qeybət edən adlandırmağınızla nəyə nail olursunuz.Bəlkə deyəsiniz ki, "Xəzər Lənkəran”ın sıxışdırılmasını 15.000-azarkeş yox bir neçə nəfər deyir ?

Mən sizə deyim, "Xəzər Lənkəran”ın sıxışdırılmasını nəinki 15.000-azarkeş hətta 100.000-insan deyir.Şübhəniz varsa bölgə müxbirinizin vasitəsi ilə sorğu keçirin,o zaman neçə min insanı təhqir etdiyinizin fərqinə vararsınız... 

İslam Cabbarlı.

P.S.Kimin kimə necə qorxu gəlməsindən asılı olmayaraq son anda qorxan gözə çöp düşür,çöpdən əvvəl isə hətta gizirlər də obyektivliyini itirə bilərlər...




Bölmə: 12cioyuncu Azarkeş Qrup xəbərləri |Baxış sayı: 790 | Yazar: ISLAM |
Всего комментариев: 2
23.09.2010
2. terlan [Материал]
Ölkede futbol sığarsa kölge düşmüş zallara,
Mahirin Rüstemliyi sığmaz o Rüstem Zallara...

ardı var.............................................................................. ...

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.09.2010
1. mr.aliyev [Материал]
Islam mellim sizinleyik.cox obyektiv yazmisiz ve cox da ustune getmemisiz Mahir beyin,belke sehvini basa duser.
Men xezerin deli azarkesiyem.Xezere haqsizliqlari gorurem.ama bezen tekce xezere deyil diger klublara qarsi da qerezler olub.ama onlarin feal,kutlevi azarkesleri olmadiqi ucun hec 1 ajiotaj yarada bilmeyibler ve hemin qerez sakitce unudulub.neceki oten movsuzm Tovuz alqi-satqisi.Tovuzlu azarkesler feal deyiller ve deyerdimki 1 az cesaret ve savadlari da catmadi.haqlarini teleb ede bilmediler ve ya etmediler.
Ama biz doqru yoldayiq.axi neye gore haqqimiz tapdalanmalidi,neye gore hansisa 1 hakimin sehvinden xal itirmeliyik?bu deyim moda minib-hakim de insandir,dunya cempionatinda da olur.ama niye olmalidir axi?demeli biz de sakitce bunlarin ustunden kecmeliyik?Xeyr ola?Teleb edirik hec 1 hakim Xezerin oyununda sehve yol vermesin!
P.S qeribedir hec esitmedimki Neftcinin oyununda hakim Neftcinin eleyhine qerar vermekle sehve yol vermis olsun.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz