XL-a gəlmişkən, "Muğan"-la keçirdiyi oyun daha çox nəticə ilə yox, sarı kartların sayı və hakimin qərarları ilə yadda qaldı. Görüşdə hakim 7 dəfə sarı vərəqə göstərdi. Onlardan biri "Muğan"-ın, altısı isə (!) XL-ın futbolçularına göstərildi. Əlbətdə ki, klub rəhbərliyi və üzvlərinin narazılığını baş düşmək olar. Çünki azı bir epizodda, baş hakim Anar Salmanov penalti nöqtəsinə göstərməli idi, lakin bunun əvəzinə o lənkəranlı Ruisə simulyasiyaya görə xəbərdarlıq verdi. Sırf oyuna gəldikdə isə, hər iki komanda yaxşı futbol göstərirdi. Əsasən də XL. Komanda çox baxımlı oyun göstərdi. Lakin buna baxmayaraq, lənkəranlıların hücum xəttində hələ də nəsə çatışmır. Hətta yaranan vəziyyətlər, hakimin səhvlərini nəzərə almasaq belə, XL vurmalı idi. "Muğan"-a gəldikdə isə, komanda ilk dəfədir ki, lənkəranlılarla oyunda heç-heçə qazandı. Və əgər "Muğan" bu oyunda bir xal qazandısa, "Xəzər-Lənkəran" iki xal itirdi. Bu da aydındır, çünki bu heç-heçədən sonra "Neftçi" çempionatın vahid lideri oldu. XL üçün uğursuz nəticəyə baxmayaraq, müsbət hal da var: Lənləran təmsilçisi çempionatda qol buraxmayan yeganə komandadır. azerisport.com