Ana Səhifə» 2010»Noyabr»10 » Fəal azarkeşin toy günü...
18:47
Fəal azarkeşin toy günü...
Saytımızda
bir neçə dəfə maraqlı yazıları ilə çıxış edən Xaqani Məmmədovun bu gün toyudur. O həmişə fəallığı ilə seçlmiş və
qeyri adi yazıları ilə azarkeşlərin ürəyindən gələn fikirləri yazılarında qeyd
etmişdir.
Xaqani
bəy 2009-cu il noyabrın 8-də Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "Neftçi” oyununda polis
tərəfindən güya oturacaq sındırdığına görə 200-manat cərimə olunmuşdu. 2010-cu
il mart ayının 27-də yenə Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "Neftçi”
oyununda Xaqani Məmmədov bu hadisəyə etiraz əlaməti olaraq üzərində "200-manat" yazılan plakatla "Fırtınalar Meydanı”nın "K” sektorunda dayanmışdı. O bu
hərəkəti ilə azarkeşləri heyrətləndirmiş, onu cərimələyənləri isə utandırmışdı.
Bu
gün 2010-cu il 10-noyabr tarixində, fəal azarkeş Xaqani Məmmədovun şad günündə,
bu hadisəni yada salmaqla biz də fəal azarkeşlərə olan diqqətimizi bildirmək
istəyirik. Eyni zamanda saytımız adından onu ailə qurması münasibəti ilə təbrik
edirik.