www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 25 » “Fair Play” şüarları, onsuz da buna məhəl qoyulmayan Azərbaycan stadionlarından yığışdırılsın.
19:10
“Fair Play” şüarları, onsuz da buna məhəl qoyulmayan Azərbaycan stadionlarından yığışdırılsın.
FIFA prezidenti cənab Yozef Blatterə və UEFA prezidenti cənab Mişel Platiniyə.
Bilirik ki, hər iki qurum və onun rəhbərləri olan sizlər, yorulmadan dünyada və Avropada futbolun inkişafına çalışır və daim öz töhfələrinizi verirsiniz. Bunların sübutu üçün çoxlu misallar göstərmək olar. Dünyada futbol yarandığı gündən bu yana, bir çox qayda və qanunların tətbiqi nəticəsində müasir dövrünə qədəm qoymuşdur ki, indi sivil futbol qaydaları dünyanın hər hansı yerində eyni formada tətbiq olunur.
İnkişaf edərək bu günlərə gəlib çixmış futbol qaydalarından başqa, FİFA və UEFA-nın “No Racizm” , “Fair Play” və s. kimi tövsiyyələri də bu məşhur oyuna bir gözəllik və centlmenlik gətirmişdir. Bütün bunlarla futbol daha çox sevilir və kütləviləşir desək yanılmarıq. Futbola daha bir gözəllik gətirən onun milyonlarla azarkeşləridir. Onlar futboldan zövq alır, bununla yaşayırlar.
Biz “Xəzər Lənkəran” azarkeşləri də doğma klubumuzu sevir, onun həmişə var olmasını qəlbən arzulayırıq. Lakin doğma klubumuz zaman-zaman hakimlər tərəfindən və başqa təzyiqlərə məruz qalaraq layiq olduğu nəticələri əldə edə bilmir. Çoxlu misallar çəkib vaxtınızı almaq istəmirik. Ancaq son 2009/2010 mövsümünün son matçında, “Bakı”-“Xəzər Lənkəran” klubları arasında keçirilən Azərbaycan kubokunun final oyununda “Fair Play” qaydalarının pozulması nəticəsində doğma klubumuza daha bir haqsızlıq edildi. Aidiyyətli qurumların və şəxslərin isə burada heç bir “Fair Play” pozuntularının olmamasını bəyan etmələri sizlərə müraciət etməyimizə səbəb oldu.
Sizlərə müraciət edib bildirmək istəyirik ki, aidiyyətli qurumlar kimi tərəfinizdən, bütün dünyada stadionları bəzəyən və əməl edilən “Fair Play” şüarları, onsuz da buna məhəl qoyulmayan Azərbaycan stadionlarından yığışdırılsın. Onda biz də hansı qaydalar çərçivəsində futbol oynadığımızı bilərək narahat olmarıq. Sizlərə futbolun gələcək inkişafında uğurlar arzusu ilə bir qrup “Xəzər Lənkəran” azarkeşləri.
*
QEYD: Bu mətni hazırlayaraq “12-ci oyunçu” azarkeş qrupuna təqdim edən yüzə yaxın “Xəzər Lənkəran” azarkeşinin xahişi ilə,müraciət 1000-ədəd vərəqələrdə hazırlanaraq Lənkəranda yaşayan azarkeşlərin müzakirəsinə buraxılımışdır.Lənkərandan kənarda yaşayan azarkeşlərin də fikirlərini bilmək üçün, müraciətin mətnini saytımızda təqdim edirik.Yaxın bir neçə gün ərzində azarkeş rəylərini tam öyrənəndən sonra bu müraciətin ingilis dilində olan variantı FİFA prezidenti cənab Yozef Blatterə və UEFA prezidenti cənab Mişel Platiniyə göndəriləcək.
*
Azarkeşlərdən, münasibət bildirmələri xahiş olunur.
Bölmə: |Baxış sayı: 751 | Yazar: ISLAM |
Всего комментариев: 12
26.05.2010
12. mr.aliyev [Материал]
Destekleyirem.Qoy bayraq umumiyyetle yiqisdirilsin,ele reklamida-ona emel eden yoxdursa.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.05.2010
11. **Xezerli** [Материал]
Demir agaci-na (8) bildirmek isteyirem ki, Azerbaijan futbol resmileri artig oz munasibetlerini ele oyun gunu bildiribler. Ona gore de onlara bunu demeye ehtiyac yoxdur. Eksine elave etmek olar ki, Azerbaijan futbol resmileri Fair-play gaydalariinn pozulmasini destekleyirler.

Sami-ye (10) ise bunu demek isteyirem ki, bu ishde yalanchi vetenperverlik lazim deyil. Eger Azerbaijan futbolu ciddi sanksiyalarla uzleshmese bu omru boyu bele davam edecek. Sene futbolda alvermi lazimdir? Azerbaijanda futbol gormek isteyirikse bele de etmek lazimdir, hetta men deyerdim muraciet bir geder yumshag tonda yazilib.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.05.2010
10. Sami [Материал]
Mence biz bunu baki klubuna qarsi ede bilerik,ama dusunendeki,bu Azerbaycan futboluna zerer getirir etmek de olmur.Ama yenede nese duzelecekmi?Men inanmiram cunki bu qaydani pozan sirf futbolcular ve rehberlikdi.Onlarin leyaqeti yoxdusa buna UEFA ve FIFA neynesin.Bele bir seyi AFFA-ya yazmaq lazimdir ki bir Fair Play qaydalarini ozusun ve o pozulanda ne etmek lazim oldugunu Avropa ve dunya futbolunda oyrnsin.Eynile Bakili ve diger futbolcu ve rehberlik...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.05.2010
9. Dr.Mirhafiz [Материал]
Əlbəttə, ayrı-ayrı vaxtlarda "Xəzər Lənkəran"a müxtəlif üsullarla çox mane olub haqqını əlindən alıblar. Bu da bir yandan. "Xəzər Lənkəran"ı elə bu oyundan sonra medalları almağa gəlmədiyi üçün sayğısızlıq göstərmək bəhanəsiylə külli miqdarda cərimələdilər. Amma bununla "Fair Play" bayraqlarını stadionlarımızdan məcburi asdıranlar onun nə olduğunu bilmədiklərini də sübut etdilər.FİFA və UEFA da isə bu qaydaları bilməmiş deyillər.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.05.2010
8. Demir Agaci [Материал]
Mence 1 ci daxili instansiyalara muraciet olunmalidir, yox eger onlardan bir sey cixmazsa (bilirik ki cixmayacaq) sonra Fifaya ve Uefaya muraciet olunmalidir. Sehv etmiremse huquqda qayda beledir. Shikayetci birinci daxili instansiyalardan baslayaraq sona qeder (apelyasiya mehkemesine) muraciet edir alinmirsa son olaraq AİHM-e (Avropa insan huquqlari mehkemesine) muraciet edir. Futbolda necedir ? Azarkeslerimiz arasinda gozel huquqsunaslar var. Inaniram ki buna aydinlig getirercekler. Butun bunlarla yanashi men de bu muraciete qosuluram. Haqq Inshaallah yerini tapar
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
7. XezerLenkon [Материал]
men de sizleyem.

kimin kim oldugu bilinsin !!!!!!!!!!!!

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
6. Messi [Материал]
Blatter burani oxuyub cox meyus olacaq :)
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
5. AzerXezer [Материал]
Kimdir baki,üzdəniraq.

onların kuboka sevinən futbolçuları Bəxtiyar sultanovdan başqa hamısı (Bəxtiyar Xəzər Lənkəran azarkeşlərindən üzr istəmişdi) üzdəniraqdırlar.Düz edirsiz mən də qoşuluram.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
4. Djek [Материал]
Azərbaycan futbolunu biabır etmək,bu kimə lazımdır.Əşşi onsuz da biabır olmuşuq da.Nə olsune...
FİFA da UEFA da görsün ki,bizdə nə oyun çıxarırlar.Əməl olunmursa o zaman rədd olsun FAİR PLAY bayraqları,reklma şitləri
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
3. CABBARLI (ISLAM) [Материал]
Vərəqələri paylayan iki gənc azarkeşə mülki geyimdə olan polis əməkdaşı hədə qorxu gəlməyə çalışıb.Asayiş keşikçilərinin gəldikləri ağ rəngli jiquli markalı avto maşını idarə edən digər polis əməkdaşı isə belə deyib:

-Ayə sizün Xəzərüz uduzur,uduzajax da...

Daha sonra gənc azarkeşlər LDU-nun filologiya fakultəsinin tələbələri olduqlarını anlatmış və plois əməkdaşına fikirləri ifadə edərkən Azərbaycan dilinə hörmətlə yanaşmaqla düz danışmağı xahiş etmişlər.Öz ana dilində təmiz danışmağı dövlət məmurunun borcu olduğunu yada saldıqdan sonra polis əməkdaşları sakitcə yollarına davam etmişlər.Hadisə Lənkəranın Heydər Əliyev küçəsində baş verib.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
2. Rahim [Материал]
Alqislayiram ve imzalayiram.hami FİFA da UEFA da bilsinler ki bizim futbolda beledir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
1. Samir Şəfiyev [Материал]
Məncə tam düşünülmüş və ağıllı müraciətdir.Fair -play qaydalarına Azərbaycanda saymazyana münasibtə olduğundan FAİR-PLAY bayraqları stadionlardan götürülməlidir.Mən bu müraciəti imzlamağa hazıram.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz