Ana Səhifə» 2009»Oktyabr»19 » Fatih Sonkaya daha "Xəzər Lənkəran"ın formasını geyməyəcək.
20:19
Fatih Sonkaya daha "Xəzər Lənkəran"ın formasını geyməyəcək.
Lankaranfc.com: “Xəzər Lənkəran” rəhbərliyi türkiyəli müdafiəçi Fatih Sonkayayla əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bu ilin qışda komandamıza gələn Fatih daxili nizam-intizam qaydalarını pozduğuna görə məşqçilər korpusunun istəyi ilə heyətdən kənarlaşdırılıb. Klubla müqaviləsi olan Türkiyə millisinin sabiq futbolçusunun karyerasının harada davam etdirəcəyinə qışda aydınlıq gələcək. Qeyd edək ki, türkiyəli legioner “Xəzər Lənkəran”ın formasında 13 oyun keçirmişdir.