Ana Səhifə» 2010»İyul»31 » “Fırtınalar Meydanı”nda istefa şüarı…
21:39
“Fırtınalar Meydanı”nda istefa şüarı…
“Fırtınalar Meydanı”nda istefa şüarı…
*“Xəzər Lənkəran” yaranandan bəri komandanın baş məşqçilərindən yalnız üçü bir başa azarkeşlərin istefa tələbi ilə postunu tərk edib.Onlar arasında ilk pillədə Rasim Kara gedir. “Nistru” ilə T.Bəhrəmov stadionunda keçirilən cavab oyunundakı məğlubiyyətdən sonra tribunalara toplaşan azarkeşlər istefa şüarını səsləndirdilər.
Beləcə cənublu azarkeşlərin ilk böyük istefa tələbi doğma meydanda deyil, ən qatı rəqibimiz olan “Neftçi”nin ev oyunlarını keçirdiyi respublika stadionunda qeydə alındı. Türkiyəli mütəxəssis ona yönələn tələbi həmin andaca yerinə yetirmədi.Bir müddət sonra postunu tərk edən Rasim Kara, yenidən komandaya qayıdanda da eyni aqibətlə qarşılaşdı.Ağasəlim Mircavadovun qızıl dubllu mövsümü,növbəti ildə yalnız ölkə kubokuna sahib çıxmaqla davam edincə,avroliqadakı uğursuz nəticə sonrası gedişi, səs-küylə lakin istefa şüarı olmadan həyata keçdi.Rasim Kara isə onu əvəzləməklə, ikinci dönüşündə istefa şüarlarının yenilənməsinə xidmət etdi. “Fırtınalar Meydanı”n coşdu,10.000-azarkeş istefa tələbi ilə baş məşqçini istefaya yolladı.Bundan sonra heç kəsin gözləmədiyi və namizəd kimi qəbul etmədiyi İqor Ponamaryov komandaya baş məşqçi təyin olundu və qısa müddətdə azarkeşlərin antiqəhrəmanına çevrildi.
Qeyd etmək lazımdır ki,onu müdafiə edənlər var idi,amma əsas azarkeş kütləsi “Fırtınalar Meydanı”nı bir neçə dəfə vəcdəyə gətirməklə baş məşqçini qorxuya salmışdı.Nəhayət komandaya bir daha qayıdan Ağasəlim Mircavadov gəlişi ilə bəzi söz söhbətlərə səbəb oldu və qurduğu komanda ilə əvvəlki hücum futbolunu göstərə bilməyincə çempionat boyu çoxlu tənqidlərə məruz qaldı.Lakin son oyunlarda hər şeyi unutdurmaq şasnını qazansa da bundan yararlana bilmədi.Beləcə səhvləri bağışlamağı xoşlamayan “Fırtınalar Meydanı” yenidən etirazını istefa şüarı ilə ortaya qoydu.Amma yenə hər şey Mircavadov üçün avroliqa oyununda həll olundu.
Baş məşqçilərin qarşılanması isə indiyə qədər bir dəfə qeydə alınıb ki,bu xoşbəxt də Mirça Rednikdir.Məşqçiləri istefa şüarları ilə yola salmaqda azarkeşlərə yardımçı olanlar heç vaxt hansısa məşqçini qarşılamasını təşkil etməmişdilər.Təbii ki,yenə ilk olaraq “12-ci oyunçu” azarkeş qrupu fəal azarkeşlərin təklifi ilə qarşılanma mərasimini həyata keçirdi və bu işin öhdəsindən tam gələ bildi.Beləki,iyul ayının 21-də Lənkəran şəhərinin girəcəyində azarkeşlər komandanın baş məşqçisini qarşılayaraq ona sürpriz etdilər.
Bu addımla da “12-ci oyunçu” azarkeş qrupu, Azərbaycan futbolunda ilkə imza ataraq gözəl bir ənənənin təməlini qoydu.