Ana Səhifə» 2010»Oktyabr»16 » "Fırtınalar Meydanı"nda ot kökü üstə bitir...
20:19
"Fırtınalar Meydanı"nda ot kökü üstə bitir...
Oktyabrın
16-da Lənkəranın küçələri ilə "Fırtınalar Meydanı”na doğru gedəndə elə
düşünürdüm ki,yenə də yanmış ot örtüyünü görüb peşiman şəkildə qayıdacağam.Amma
sən demə bir neçə gün ərzində çoxlu işlər görmək olarmış...
Stadionun
qapısında məni qarşılayan mühafizəçilər rəhbərlikdən icazə almağı məsləhət
gördülər.Beləcə qapı arxasından bir başa telefon əlaqəsi yaradaraq klubun
icraçı direktoru və eyni zamanda stadionun direktoru olan Höccət Hacıyevlə əlaqə
saxladım.Gözlədiyim kimi müsbət cavab aldıqdan sonra meydana tərəf bir
mühafizəçinin müşaiəti ilə iri addımlarla irəlilədim.
Əvvəlcə
kənardan baxanda bir neçə gün bundan öncəki mənzərənin əksini gördüm.Deyəsən
burada əməlli başlı iş gedib...
Elə havaların da müəyyən qədər mülayim keçməsi ot
örtüyünün cüzi də olsa bərpa olunması üçün əlverişli şərait yaradıb desək yəqin ki,yerinə
düşər. Stadionda çalışanlardan bir neçə nəfər meydançanın kənarında oturub ot
örüyünə diqqətlə baxırdılar. Belə başa düşmək olurdu ki,onlar bir neçə saat
çalışıblar indi isə istirahət edirlər.Meydançaya diqqətlə baxanda keçən dəfə
meydançada rastlaşdığımız yoncaya oxşar
bitkilərin artıq olmadığını görmək mümkün oldu.
Belə
davam edərsə vəmeydançanın ot örtüyü
getdikcə normal səviyyədə olarsa "Xəzər Lənkəran”ın "Gəncə” ilə səfər oyunundan
sonrakı növbəti turda "Turan”la ev oyunu
burada keçirilə bilər.