Ana Səhifə» 2010»Oktyabr»7 » "Fırtınalar Meydanı"ndan fotoreportaj.
19:39
"Fırtınalar Meydanı"ndan fotoreportaj.
Bir
neçə gündür ki,aramsız yağan yağış Lənkəranın müəyyən hissələrində böyük
problemlər yaradıb,elə "Fırtınalar
Meydanı”nda da vəziyyət yaxşı deyil.
Bu gün saat 17:00-da "Fırtınalar Meydanı”na
yollandıq.Stadionun mühafizəçilərinin vasitəçiliyi ilə direktor Höccət Hacıyevdən
razılıq alıb bir başa ot örtüyünün vəziyyəti ilə maraqlanmaq üçün meydançaya
tərəf yollandıq.Gördüyümüz mənzərə heç
də ürək açan olmadı.Fotoşəkilləri çəkib,stadionun ərazisindəki "besedka”da
oturan Höccət bəyə yaxınlaşdıq.Bizi ilk maraqlandıran o idi ki,meydançanın bir
neçə yerində otun arasında qəribə yonca tipli bitkilər buraya haradan düşüb.Hacıyev
məsələyə aydınlıq gətirdi:
"-Keçən
ayın 11-də Lənkərançay öz məcrasında çıxıb ətraf ərazini ağuşuna almışdı.Stadion
da bizldiyiz kimi sel sularının altında qalmışdı.Baxın bu qəribə ot bitkiləri də həmin selin yadigarıdır.O vaxt
toxumları sel gətirib və indi yağışdan sonra cücərib.Bir neçə gün ardıcıl yağan
yağış da olan qalan ot örütyünü məhv edib.Burada əkilən bir neçə ot növləri vardır
ki,drinaj sisteminin işləməməsi nəticəsində onlar da yanırlar.”
Bəs
drinaj sistemi niyə işləmir ?
"-Drinaj sisteminin də incəlikləri var,sel
buranı basandan sonra sistem də korlanıb.Selin gətirdiyi gil və palçıq drinaj
sistemini demək olar ki,sıradan çıxarıb.Meydançadan suyun süzülməsi
mümkünsüzləşib.Buna görə də yenicə bərpa etmək istədiyimiz ot örtüyü gözümüzün
önündə yenə məhv olur,ot saralıb yanır.”
cox pis oldum ama inshallah duzelcek. Allah var herwey yaxsi olar birdeki yeni xeber var yeni wad xeber deye bilerik. oxuyun
Görünür, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov özü də hakimliyin bərbad vəziyyətdə olmasıyla razılaşıb. Həftənin ikinci günü Hakimlər Komitəsinin PFL prezidenti Ramin Musayevin də iştirak etdiyi ənənəvi iclasında hakim səhvlərindən danışan komitə sədri onlara belə davam edəcəyi təqdirdə, xaricdən hakim gətirəcəklərini bildirib. Deyilənə görə, bu addım əvvəllər də müzakirəyə çıxarılsa da, Ramin Musayev yerli hakimlərlə işləməyin tərəfdarı olduğu üçün məsələ gündəmdən düşüb. Lakin hakimliyin bərbad vəziyyətə düşməsi PFL prezidentini də fikrindən daşındırıb. Odur ki, Musayev hakimlərə və komitə sədri Xaqani Məmmədova vəziyyəti düzəltmək üçün son şansı verib.