Ana Səhifə» 2010»Avqust»3 » “Fırtınalar Meydanı”nın ot örtüyü tədricən bərpa olunur.
01:15
“Fırtınalar Meydanı”nın ot örtüyü tədricən bərpa olunur.
Avqustun 7-də keçiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” oyunu öncəsi bütün azarkeşləri “Fırtınalar Meydanı”nın ot örtüyü narahat edir.Biz də narahatçılığımıza son qoymaq üçün və dəqiq informasiya almaq üçün stadionun direktoru Höccət Hacıyevə müraciət etdik.Onun dediklərindən məlum oldu ki,Lənkəranda son bir neçə gündür axşam saatlarından başlayan mülayim sərin hava gecə vaxtlarında daha sərinləşir.Bu da stadionun ot örtüyünə müsbət təsir edir.Beləki,meydançanın korlanmış yerlərində təbii bərpa olunma prossesi başlayıb.Bir neçə gün ərzində yəni, “Xəzər Lənkəran” – “Qəbələ” oyununa qədər eyni hal davam edərsə,stadionun ot örtüyü daha yaxşı vəziyyətdə olacaq.Qeyd edək ki,iyun və iyul aylarında havaların həddən artıq isti keçməsi problemin yaranmasına səbəb olmuşdu.
probleme qalalanda heç kim deye bilmez ki, onun problemi yoxdur, ele o cümleden de menim. problem hellini tapmasa bele ou helli uğrunda çarpışanlar varsa demeli hele dünyanın sonuna qalıb... men de başqa azarkeşler kimi çox isterdim ki, bu problem hellini tapsın ve xezer-lenkeran yeni mövsümde yam-yaşıl uğurlara imza atsın. hamınıza uğurlar dileyirem!
Stadionun ot örtüyü problemi bu günün problemi deyil. Stadionun açılışından bəri ot örtüyünün saralması həmişə olub. Bu problem qısa müddət öz həllini tapdı. Bu Mirzağa müəllimin bir mütəxəssis kimi bu işlə məşğul olduğu dövr idi. Mən bir şeyi başa düşə bilmirəm ki, yerli mütəxəssislərə bizim klubda niyə qiymət verilmir. Türkiyədən gətirilən mütəxəssisə yerli mütəxəssisdən qat-qat artıq əmək haqqı verilir. Amma yerli iqlimi, hava şəraitini bilən mütəxəssis isə naməlum səbəbdən işidən uzaqlaşdırıldı. Bax budur həqiqət.
Amma bu problem her il yashanir. Nese yeni bir sey elemek lazimdir. Adamin ureyi agriyir. Arxadaki ehtiyyat stadionun ot ortuyu cox gozel olur hemise. Bura ise korlanir . Sebebsiz hec ne yoxdu. Deyilene gore ordaki yerli ot bu ise xarici toxumdur. Yeqin ki sebeb budur. Kas bu problem hemiselik oz hellini tapsaydi