Mayın 15-də keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” oyunu Lənkəranda böyük həvəslə gözlənilir.Demək olar ki,Lənkəran əhalisinin son günlər əsas müzakirə mövzusuna çevrilən bu oyun, öz əhəmyyəti ilə bu vaxta qədər keçirilən bütün oyunları kölgədə saxlaya bilib.Bu da əbəs yerə deyil.Axı bu oyunda qalib gəlməklə “Xəzər Lənkəran” doğma meydanda çepionluğunu qeyd edə bilər.
Doğma divarlar arasında çempionluğu qeyd etmək şansı ilk dəfədir ki,yaranıb.Azarekşlər də öz növbələrində bu şansdan yararlanmaq üçün komandaya möhtəşəm dəstək verəcəklər.
“Fırtınalar Meydanı” oyuna tam hazırdır.Meydançanın ot örtüyü ideal vəziyyətdədir.
Çempionluğa aydınlıq gətirəcək “Xəzər Lənkəran” – “Bakı” oyununa 2-gün qaldı...
“Fırtınalar Meydanı”nın tribunaları isə azarkeşləri gözləyir...