Ana Səhifə» 2009»Noyabr»1 » “Fırtınalar meydanı”na gələn liderlər.
20:09
“Fırtınalar meydanı”na gələn liderlər.
“Fırtınalar meydanı”na gələn liderlər. I hissə. Hər mövsüm belə hadisənin bir neçə dəfə şahidi oluruq.Çempionat başlayar başlamaz bir komanda məğlubiyyətsiz irəliləyərək,qarşısına çıxan bütün komandaları qanına qəltan edir.Turnir cədvəlinə bir müddət başçılıq edəndən sonra məqam gəlir bu komandanın Lənkərana, “Fırtınalar meydanı”na gəlişinə.Ölkənin ən çılğın azarkeşlərinin təzyiqindən meydanda yaranan gərginlik qonaq komandanın futbolçularını çaş baş salır.Bir də baxırlar ki,90-dəqiqə sona çatdı və məğlub oldular.Rəqiblərin cinah futbolçuları stadionun İ,K.J və S,A,B-sektorlardakı azarkeşlərin,rəqib komandanın qapıçısı isə E və O sektorunda məskən salan azarkeşlərin təzyiqinə davam gətirə bilmədikcə, “Fırtınalar meydanı”nda baş gicəldən məğlubiyyətə qonaq olurlar.Bu mövsümdə də “Muğan”ı misal çəkə bilərik.Sentyabrın 26-da Lənkəranda aldığı məğlubiyyətdən sonra “Muğan” özünə gələ bilmir ki,bilmir.IX turda hətta turnir cədvəlinin aşağı pillələrində məskən salan “Turan” da “Muğan”dan üstün oldu.Xatırlatmaq yerinə düşər,bu ənənənin bünövrəsi 2004/2005 mövsümündə “Qarabağ”ın Lənkərana lider kimi gələrək 0:3 hesabı ilə məğlub olması və liderliyi əldən verməsi ilə qoyulmuşdu.Məhz həmin oyunda hələ tam hazır olmayan Lənkəran stadionunda sonralar qeydə alınmayan rekord sayda 18.000-azarkeş toplanmışdı.Məhz həmin gün stadiona daxil ola bilməyən 1000-yaxın azarkeş stadionun qarşısında qalmışdı.Bu tarixi oyundan sonra “Futbol +” qəzetində təqdim olunan və Anar Məmmədlinin müəllifi olduğu “Çayla dənizin birləşdiyi yerdə Fırtınalar meydanı” adlı məqalə vasitəsi ilə azarkeşlər tərəfindən arenaya “Fırtınalar meydanı” adının verilməsi rəsmiləşmişdi...(Ardı var)
Burası Fırtınalar meydanı. Rəqib komandaların dəhşətə gəldiyi məkan.Xəzər Lənkəranın qələbələri qeyd etdiyi,azarkeşlərin dalğalar yaratdığı arena.Azərbaycanın azarkeş şousu göstərilən yeganə stadionu.Fanatların coşqusundan qopan qulaq batırıcı uğultu,rəqib qapıçının heç zaman unuda bilməyəcəyi dəqiqələr,hakimlərin qərarlarına tribunaların reaksiyası və s.Burası təkrarı olmayan bir yer.
''Firtinalar meydani''na gelsin ''Baki'', ''Neftci'', ''Turan''.., ''Xezer''de var oyun quran, oyun qurub qollar vuran. Kimse varmi bu meydanin hele de adin bilmesin? Bizler ''Xezer''e dayaqken, meglubluq dadin bilmesin?
''Firtinalar meydani''nda hemise ''Xezer'' cosacaq, Azarkesler seve-seve ona negmeler qosacaq!..