Ana Səhifə» 2010»Oktyabr»8 » "Futbol+" qəzetinin əməkdaşı Antaliyada dubl etdi...
16:45
"Futbol+" qəzetinin əməkdaşı Antaliyada dubl etdi...
Hüseyn
Cəbrayıloğlu da " Xəzər Lənkəran”lı "oldu”.
İnzibati
heyətdə futbol oynadı.
Bu gün səhər məşqindən sonra " Xəzər Lənkəran”
klubunun inzibati və məşqçi heyəti kiçik meydanda " Dır-Dır” deyilən futbol
oynamaqla futbolçulardan geri qalmadıqlarını sübut etməyə çalışıblar.
Komandanın rəisi Səməd Mustafayev, qapıçılarla işləyən məşqçi Hafiz Əliyev,
inzibatçılar- Fərrux Ağayev, Bəhmən Heydərov və " Futbol+” qəzetinin Antalyaya
ezam olunmuş müxbiri Hüseyn Cəbrayıloğlu bir komandada, digər komandada isə
məşqçi Mihay Teja, tərcüməçi Elvar Quliyev, masajjist Rövşən Muradov,
fizioterapevt Ruslan Şərifov və türkiyəli personal çıxış ediblər. Əsas vaxt 6-6
başa çatdığından penaltilərdə Tejanın rəhbərlik etdiyi komanda qalib gəlib.
Oyun vaxtı dubl edən Hüseyn Cəbrayıloğlu penaltini dəqiq yerinə yetirə
bilməyib.
Masallı rayonunda stadion tikilir. Stadion "Xəzər Lənkəran"ın baş sponsoru "Palmali" Şirkətlər Qrupu tərəfindən inşa etdirilir. Masallıda stadionla yanaşı, Futbol Akademiyası da yaradılacaq. Hatta deyilənlərə görə, "Palmali"nin himayəsi ilə yenə klub da fəaliyyətə başlayacaq. Redaksiyamıza daxi olan xəbəri dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovla əlaqə saxladıq. Klub rəsmisi Masallıda stadionun tikilməsi ilə bağlı xəbəri təsdiqlədi: "Bəli, Masallıda yeni stadion tikilir. Amma bu barədə indi sizə ətraflı məlumat verə bilməycəm. çünki tikinti işləri ilə bizim tikinti şirkətimiz məşğuldu. Buna gördə işlərlə bağlı ətraflı məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, hazırda stadionun tikiləcəyi ərazi təmizlənir". Klub rəsmisi akademiyanın açılması ilə bağlı xəbəri də təsdiq etdi: "Masallıda Futbol Akademiyasının yaradılması da planlaşdırılıb. Bundan başqa da futbolun inkişafı ilə bağlı layihələrin olması mümkündü". Yeni klubun yaradılmasına gəlincə, Tuyqun bəy bunu mümkünsüz hesab edir: "Yox, bu mümkün deyil. Hazırda "Palmali"nin sponsorluq etdiyi bir klub var, o da "Xəzər Lənkəran"dı. İkinci klubun yaradılması nə gözlənilir, nə də mümkündü. Amma başqa klublar istəsə, gələcəkdə Masallı stadionunda oynaya bilər".