Ana Səhifə» 2010»Sentyabr»28 » "Futbol+" qəzetinin "minusları"...
00:34
"Futbol+" qəzetinin "minusları"...
"Futbol+ " qəzeti "qarabasma”ya düşüb, lap ağını çıxarıb.
Bu qəzeti Lənkəranda bütün futbol sevərlər alır oxuyur və sevirlər.Ancaq son günlər bayraq əhvalatını şişirdərək özünü gülünc vəziyyətə qoyan qəzet sanki ideya və prinsiplərini unudub.Biz anlıyırıq ki, "Futbl+” qəzeti ölkə futbolunun aparıcı mətbu orqanıdır. Hara apardığı da məlum deyil. Nəsə son zamanlar aparıcılar və lokomotivlər yollarından yaman çıxırlar ...
Bayrağı yandıran kimdirsə o bizim üçün ən azı bir çox məqamlara aydınlıq gətirdi.Düzdür "Futbol+” qəzeti öz satışı üçün can fəşanlıq edib, gündəmdə qalmağa çalışır və buna da nail olur.Yadınızdadırsa may ayında baş tutan kubokun final oyunundan sonra bu qəzet "Fair-play” qaydalarının pozulmasını necə iddia edirdisə o zaman da səmimi olmadığı qədər indi də səmimi deyil.Deməli "İdman Azərbyacan” televiziyası ilə tərs mövqe tutan qəzet özünü müqayisə edənlər kimi də səmimiyyətdən uzaqdır.Əslində bu mətbu orqan haqda hələ beş il əvvəl Lənkəranlı məşhur azarkeşlərdən biri onlara "bic qəzet” adı verərək deyə qiymət vermişdi.Amma bunu indi qabartmaq da yersiz olar.
Biz bu qəzetə embarqo qoyub almasaq nə olacaq,nə dyişəcək.Belə embarqoları zəiflər tətbiq edirlər.
Gəlin alaq bu qəzeti oxuyaq lazım gələndə hər yazının aşağısındakı müəllifi tərif edək və ya söyək.Amma dilə gətirmədən... Bilirsiniz bu qəzetdə çalışanların heç də hamısı pis adam deyil.Elə hamının da imkanı bir o qədər də deyil.Yox,yox yazmaq mənasında imkanlar genişdir.Söhbət maddi imkandan gedir.Qəzetdə çalışanlar arasında bir və ya iki nəfərdən başqa hamısı kasıbdır.Satışdan qazananların isə vecinə deyil o biriləri...
"Futbol+” qəzetinin bizim bölgə üzrə ilk bölgə müxbiri Anar Məmmədlini tanıyırdınız,elə indi də tanıyırsınız.Elə indiki bölgə müxbiri də öz obyektiv yazıları ilə hörmət qazanıb. "Futbol+” qəzetində gedən ədalətsiz yazılar da və o ədalətsiz yazıların müəllifləri də gedib qurban olsunlar Anar Məmmədliyə və Hüseyn Cəbrayıloğluna. Bir də "Xəzər Lənkəran” çemnpion olarkən bu qəzetin xüsusi buraxılışından qazandıqalrı deyilənlərə görə az olmayıb.Nə işimizə qalıb ki,güya o pullar bizı çatacaqdı məgər.Yəqin bu mövsüm də çemnpionluq şərəfinə klubumuz xüsusi buraxılış sifariş verəcək.Bəlkə də yenə onlara müraciət etdi.Ancaq sakit qalın, indidən səsə salmayın, "Futbol+”un qulağına çatar...
P.S.Az qala unudulacaqdı.Görəsən "Futbol+” qəzetində olan gizirin aqressiv fikirlərinə Gəray kişi "tələsmə gizir,tələsmə” deyirmi ?
Sentyabrın 25-də keçirilən “Xəzər Lənkəran”-”Neftçi” qarşılaşmasında komandasının minimal hesablı qələbəsinə görə, cənub klubunun fəxri prezidenti Mübariz Mənsimov futbolçuları mükafatlandırıb.
Asport.az-ın “azerifootball”-a istinadən verdiyi xəbərə görə, fəxri pörezident komandaya ümumilikdə 200 min manat mükafat ayırıb.