Ana Səhifə» 2010»Dekabr»5 » Gəncəlilər, diqqətli olun !
22:59
Gəncəlilər, diqqətli olun !
Dekabrın
8-də Gəncədə "Neftçi”nin bayrağı yandırılacaq ?
Gəncəlilər,
diqqətli olun !
Məlum olduğu kimi dekabrın 8-də Azəbaycan
kubokunun 1/8-final oyunları çərçivəsində Gəncə şəhər stadionunda "Gəncə” – "Neftçi”matçı keçiriləcək. Premyer liqanın Xturu çərçivəsində 23 oktyabr tarixində keçirilən "Neftçi”- "Gəncə” oyununda Gəncəli fanatlar , "Flaqman” fan
klubunun üzvləri tərəfindən təhqir edilərək döyüldüyü barədə informasiya vasitələrində
məlumat yayılmışdı. "Neftçi” fanatlarının bu vəhşiliyinə cavab olaraq Gəncəli
azarkeşlər də əvəzində "Flaqman” fan klubunun üzvlərinin Gəncədə keçirilən
oyunlarda iştirak etməmələrini məsləhət görmüşdülər.
Son günlər "Neftçi” fanatlarından bir
qrupun dekabrın 8-də keçiriləcək kubok oyunu ilə bağlı sürpriz hazırladığı barədə
məlumat əldə etmişik. "Flaqman” fan klubuna yaxın mənbəninverdiyi məlumatda bildirilir ki, kubok oyunun
sonunda "Neftçi”nin bayrağı yandırıla bilər. Sentyabrın 25-də Lənkəranda naməlum
şəxs tərəfindən bayrağın yandırılmasından sonra bir neçə mətbuat nümayəndəsi də
daxil olmaqla sonradan peşman olan bir
çox futbol adamı "Neftçi” fanatlarının hiyləsinə uymuşdu. Eyni hadisənin Gəncədə
də baş verəcəyi, ardıyca isə mətbuatın Gəncəli futbolsevərlərə qarşı çıxacağı
istisna olunmur. "Neftçi” nin "Flaqman” fan klubunun fəallarından olan bayraq
yandıracaq şəxsin oyundan bir gün əvvəl dekabrın 7-də Gəncəyə
gedəcəyi də məlum olub. Onun məhz Gəncəli fanatların daha sıx oturacaqları tribunada yer alacağı və bayrağı
yandıraraq dərhal oranı tərk edəcəyi qabaqcadan
hazırlanmışiyrənc planın əsas hissəsidir. Bu vasitə ilə "Flaqman”çılar
həmin gün stadionda istədiklərini edərək sonda isə ev sahibi komandanın
azarkeşlərini günahkar çıxarmaq istəyindədirlər. Axı sentyabrın 25-də Lənkərandakı
oyunda bayraq yandırılması olmasaydi oturacaqları sındırıb yerli azarkeşlərə
atan "Neftçi” fanatlarının heç bir bəhanəsi
olmayacaqdı. Beləki, oturacaqlar sındırılıb yerli azarkeşlərə atılandan
və dava dalaş düşəndən 5-dəqiqə sonra bayraq yandırılmışdı. Göründüyü kimi məhz
bayraq hadisəsi sındırılmış 150
oturacağı və xəsarət alan yerli azarkeşin əsaslı ittihamlarını kölgədə saxladı.
Gəncəli
futbolsevərlərin diqqətli olması lazımdır. "Neftçi” ilə oyunda hər hansı bir
xoşa gəlməz hadisə futbol ictimaiətində Gəncəli futbolsevərlərin haqqında qeyri
obyektiv fikir formalaşdıra bilər. Bunun üçün ilk növbədə kubok oyunu öncəsi mətbuatda
yanlş fikirlərin yayılmasına yol verilməməlidir. Oyun zamanı isə "Neftçi”
fanatlarının təxribatlarına uymamaqla iyrənc planların baş tutmamasına nail
olmaq mümkündür.
İstənilən
halqda biz həmin oyunda və digər matçlarda aqressiv davranmanın əleyhinəyik.
Hiyləgər planları ilə ölkənin futbol ictimaiətini çaşdıranların əməllərini də
pisləyirik.