Saytımızın e-mail ünvanına Zaqatala
azarkeşləri tərəfindən imzlananməktub daxil
olub. Lakin bir neçə gün ərzində diqqətimizdən yayındığı üçün məktubu yalnız
dekabrın 24-də saytda təqdim edə bildik ki, buna görə də məktub müəlliflərindən
üzr istəyirik. Beləliklə Zaqatala azarkeşlərinin saytımıza göndərdikləri
məktubu olduğu kimi təqdim edirik:
Zaqatala azarkeşləri
tərəfindən müraciət
Səviyyəsiz legionerlər
Azərbaycandan qovulsun!
Ürək ağrısı ilə Tovuz rayonunda Turan-Simurq futbol
qarşılaşmasından sonra qonaq komandanın soyunub-geyinmə otağına olan hücumu
eşitdik və bu hadisəni Zaqatalaya, Simurq PFK azarkeşlərinə qarşı hörmətsizlik
kimi dəyərləndirdik. Bu başdan onu qeyd etmək istərdik ki, bizdə olan məlumata
görə insidentdə yerli Tovuzlu futbolçuların günahı olmayıb, əksinə, onlar aranı
sakitləşdirməyə çalışıblar. Hətta, olanlara peşimançılığını dilə də gətiriblər.
İnsidentin əsas günahkarları Turan PFK-nın aşağıda adları göstərilən səviyyəsiz
legionerləridirlər.
Rəşid
Həsənov (Dağıstan), Şamil Sayadov (Dağıstan), Məhəmməd Ərdoğdu (Türkiyə) və
Gürcüstan vətəndaşı………………..
Buna
görə də bu eybəcər hadisə tovuzlularla zaqatalalılar arasındakı uzun illər boyu
olan mehribançılığı və isti münasibətlərə təsir göstərə bilməz. Bir neçə nəfər
səviyyəsiz legioner kimdir ki, bizi qabaq-qabağa qoysun. Amma bizim
tovuzlulardan (uman yerdən küsərlər) incikliyimiz budur ki, niyə imkan veriblər
kənardan Azərbaycana gələn səviyyəsiz adamlar Tovuzda qoçuluq etsinlər, Tovuzun
adına ləkə gətirsinlər. Axı belə eybəcər hərəkətlər Tovuzun adına yazılır.
Onlar Tovuzu başqa regionlarla üz-üzə qoyurlar. Məgər tovuzluların bu cür
səviyyəsizlərə ehtiyacı var?
Belə hadisələr əslində çoxdan
gözlənilirdi. Azərbaycan klubları ağına-bozuna baxmadan futbol oynaya
bilən-bilməyən, səviyyəsi və şəxsiyyəti olan-olmayan əksər legionerləri (hamıya
aid olunmur) Azərbaycana gətirib heç bir xeyir tapmır. Bu cür legionerlərin
Azərbaycan futbolunun inkişafına heç bir xeyri yoxdur. Əksinə, çoxdan müşahidə
olunur ki, onlar özlərini meydançada çox həyasız aparırlar. Qəsdən ayaq
sındırır, yerli-yersiz hakimlərin üstünə hücum çəkir, yerli futbolçuları az
qalır meydançanın ortasında döysünlər. Onlar unudurlar ki, qonaqdırlar və özlərini
qonaq kimi aparmalıdırlar. Əks halda onlara həyatı başa salmaq lazımdır (biz də
başa salacağıq). Biz azərbaycanlılar yeri gələndə problemlərimizi öz doğma
dilimizdə danışa-danışa həll edəcəyik. Onların səviyyəsiz hərəkətlərinə və jestlərinə
bizim ehtiyacımız yoxdur.
Biz Zaqatala azarkeşləri bütün
Azərbaycan klublarına müraciət edirik:
- Hörmətli azərbaycanlılar! Gəlin
Vətənimizin patriotu olaq. Xahiş edirik klublar gətirdikləri legionerlərin
səviyyəsinə diqqət yetirsinlər. Yerli-yersiz azərbaycanlı futbolçuların
üzərində qoçuluq etməyə imkan verməsinlər. Bəyəm biz zəif xalqıq? Əgər qonaq öz
yerini unudubsa, ona öz yerini göstərmək lazımdır. Onlara səviyyəsiz
hərəkətləri ilə Aərbaycanın müxtəlif regionları arasındakı isti və mehriban
münasibətlərə xələr gətirməyə imkan vermək olmaz. Onlar bu gün var sabah
yoxdur. Azərbaycanın xeyri də, şəri də bizimdir. Heç kimə imkan verməməliyik
ki, Azərbaycandan istifadə edib Azərbaycana qarşı işlər görsünlər. Artıq çoxdan
zamanıdır ki, klublarımız ən azı
"6
azərbaycanlı + 5 legioner” sisteminə keçsinlər. Öz yerli futbolçularımıza bu
gün oynamağa daha böyük imkan versək, onlar legionerlərin 70%-ni
ötüb-keçəcəklər.
Biz AFFA-nın prezidenti Rövnəq
Abdullayev cənablarından, PFL-in prezidenti Ramin Musayev cənablarından xahiş
edirik ki, 19.12.2010 tarixində Tovuz rayonunda oyundan sonra xuliqanlıq və
səviyyəsizlik edən legionerlər ciddi cəzalandırılsın və Azərbaycandan
qovulsunlar. Qoy bu digərlərinə dərs olsun ki, Azərbaycan qaydalarına tabe
olmağı bacarsınlar.
seviyyesiz legionerlere misal kimi awagidakilari gostermek olar: Alan Lalin, Ehmed Hodzic, Branislav Cervenka, David Odikadze, Dari Nibombe, Viktor Ibekoyi, Ikedia, Qoqo Beraya, Abdul Kader Kamara, Vladimir Burduli, Paulius Paknis...