Görüş Ağasəlim Mircavadovun təklifi ilə baş tutdu.Qalamaqallı “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra bu toplantı azarkeşlərin ürəyincə oldu.Beləki,xəbərin yayıldığı bir neçə dəqiqə ərzində stadionun ətrafında izdiham yarandı,hətta bazanın daxilində yerləşən toplantı zalında boş yer qalmadığından bir çox azarkeşlər stadiondan çöldə qalmalı oldular.
Görüşdə komandanın baş məşqçisi ilə yanaşı stadionun direktoru Höccət Hacıyev də iştirak edirdi.Baş verən olayların bir daha təkraralanmamasını arzulayan Mircavadov azarkeşlərdən komandanı “Qarabağ”la oyunda dəstəkləmələrini istədi.Oyun zamanı meydana yad əşyaların atılmaması xahişi diqqət çəkdi.Daha sonra zədəli futbolçularla bağlı sualları cavablandıran Ağasəlim bəy ümumilikdə komanadanın oyunu haqda da danışdı.
Görüşün sonunda “12-ci oyunçu” azarkeş klubunun “Xəzər Lənkəran” azarkeşlərinə ünvanladığı müarciətin mətni yazılmış vərəqlər iştirakçılara paylandı.