www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 14 » Həqiqətləri deməmək kimə laızmdır ?
22:22
Həqiqətləri deməmək kimə laızmdır ?

Premyer liqanın son turlarına nəzər saldıqda məlum olur ki, bizim əvvəlcədən dediyimiz fikirlər getdikcə həqiqətə çevrilir. "Neftçi”nin çempionluğuna nail olmağa az qalıb.Elə bu minvalla da çempionatda  "Bayraqdar”  adlandırılan komandanın vahid liderliyini təmin etmək üçün ilk növbədə  "Xəzər Lənkəran” – "Neftçi”  oyununda ev sahibi komandanın qapısına penalti təyin olunacaq.Hətta qapımıza ofsayddan qol vurulsa belə baş hakim bunu qeydə alacaq.Baş hakimdən söz düşmüşkən,bu oyuna təyinat alacağı ehtimal olunan hakim Elçin Məmmədovdur ki, o adətən  "Xəzər Lənkəran”ın səfər oyunlarına təyin olunurdu və aldığı  təlimatlara uyğun olaraq cənub komandasının məğlubiyyətinə 100% nail ola bilirdi.

Sentyabrın 25-də keçiriləcək oyunda  "Xəzər Lənkəran”  futbolçularının bütün qol vurmaq cəhdləri boşa çıxacaq.Çünki,yan xətt hakimləri, yenə təlimatlara uyğun olaraq hücumda olan Lənkəranlıların ya ofsayd olduğunu iddia edəcəklər ya da xırda foullar qeydə alaraq istəklərinə çatacaqlar.Bu yolla komandamızın hücumçularının qol vurmaq arzusunu söndürmək mümkün olacaq.Futbolçularımıza nəinki qırmızı, hətta sarı kart belə verilməyəcək,çünki tribunaları ən çox narazı salan hal futbolçularımıza haqsız kart verilməsidir.

Böyük oyunu AFFA və PFL rəsmiləri izləyəcək və azarkeşlərin hər hansı artıq hərəkəti sonrası növbəti turdakı  "Bakı”  ilə oyun azarkeşsiz keçiriləcək.Hələ  "Neftçi”  ilə oyunun texniki məğlubiyyətlə sonuclanması versiyası da gündəmdədir.Oyundan dərhal sonra Elnur Əşrəfoğlu telekanallarda idman verilişlərinin bəzəyinə çevriləcək,ondan geri qalmayan Tahir Süleymanov isə təmsil etdiyi klubun prezidentinin şəninə təriflər yağdıracaq.

İdman portalları təbliğat işinə qabaqcadan hazırlandırılıblar.Bir çox internet saytlarının əməkdaşları hər ayın 4,18 və 25-də  "Neftçi”  klubunun rəhbərliyindən xüsusi  "zəhmət haqqı”  alırlar ki,bunun müqabilində hər gün saytlarda 10-dəfə  "Neftçi”nin adı hallanır.

Televiziyalardan dövlət kanalının iş prinsipini bildiyimizə görə  "İdman Azərbaycan”ın əməkdaşlarını qınaya bilmirik.Çünki,orada işləmək üçün dövlətin komandasını tərifləməmək mümükn deyilsə  "Xəzər Lənkəran”a sataşmamaq da  qəbahət sayılır.

Yalnız  "Xəzər tv”  bütün həyasızlığı ilə irəliləyir.Beləki, "Qol saatı”  verilişində  "Xəzər Lənkəran”ın oyunlarını işıqlandırmayan kanal, hazırladığı verilişin tamaşaçılar üçün,yəni futbol azarkeşləri üçün olduğunu unudaraq zərif cinsin nümayəndələrinin hərəkətlərini telekanal olaraq nümayiş etdirir.Bu kanal cılız addımları ilə  bu qədər vaxt ərzində qazandığı hörməti artıq itirib.

Həmişə olduğu kimi  "Futbol+”  qəzeti öz gücünü göstərə bilib. "Qızıl orta”  mövqeyində yer  tutmağa çalışan qəzet öz adət ənənələrinə sadiq qala bilir.

PFL rəhbərliyi barmaq silkələyənlərin əlində avara qalıb.Ümumilikdə maraqlı mənzərə yaranıb.Çempionat başlamamış yuxarılar  "Bakı”  klubuna və  "Qarabağ”a üstünlük verirdilərsə,sonradan hər şey dəyişdi.Üstünlük verilənlər syahısında yalnız üçüncü yerdə olan "Neftçi”nin çempionluq məsələsi  ilk pilləyə keçərək PFL rəhbərliyinə çətinliklər yaratdı.İndi hakimlər komitəsinin də işi asan deyil.Artıq rəqib komandaların müdafiəçiləri  "Neftçi”nin hücumçularının penaltilərə meyilli olduğunu anlayırlar.Bu da öz növbəsində hakimlər üçün əlavə problemə çevrilib.Hakimlər komitəsi cənub klubundan öz  "qanarar”ını ala bilməyincə,hakim inspektorlar komitəsinin bu mövsüm üçün hazırladığı planla razılaşdı.

Bütün bu hadisələrin fonunda ən çox aldanan  "Neftçi”  komandasının məşqçiləridir.Beləki, oyun öncəsi taktiki planda qurduqları sxemlər oyun zamanı özünü doğrultmur.Çünki,gözlənilmədən onların xeyrinə verilən pelnaltilər,ağlasığmayan foullar,rəqib futbolçuların kart atəşinə tutulması və s. Komandanın oyun formasında tez-tez dəyişikliklər olunmasını tələb edir.Bəzən  "Neftçi”nin məşqçilər korpusu futbolçularından tam narazı qaldıqları oyunda qələbə qazanırlar.Əslində bilmirlər ki,hətta onlar komandayla oyun öncəsi iki-üç gün məşq etməsələr belə qalib gələcəklər. "Neftçi”nin hər oyunundan əvvəl matçın protokolunda hesab artıq qeyd olunur,qalanları isə oyundan sonraya qalır.

 

                                                                                                                      (Ardı var)

Bölmə: Premyer Liqa |Baxış sayı: 693 | Yazar: 12cioyuncu |
Всего комментариев: 1
15.09.2010
1. Muellim [Материал]
"Neftçi"-"Muğan" oyunu yağış üzündən təxirə salınmışdısa, zəif külək də oturacaqları süpürmüşdü. Lakin 100-150 nəfər deyəsən zəif küləkdən qoruna bilib oyuna tamaşa edə bildilər. Deyəsən hakim də oyundankənar vəziyyəti görməyib, bu vəziyyətdə yıxılan "Neftçi"linin "qeydinə qalaraq" penalti təyin etdi. Güclə, gəlib "Xəzər Lənkəran"a çata bildilər. Amma "Xəzər Lənkəran"la oyunda belə şeylər keçməyəcək. "Xəzər Lənkəran" bir müəllim kimi o şagirdlərin dərsini verəcək.
Gəl əlifba oxuyaq, sən şagird ol mən müəllim,
Bir de görüm A...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz