Ana Səhifə» 2011»Yanvar»27 » Hər şey olduğu kimi...
01:27
Hər şey olduğu kimi...
Yanvar ayının 27-də gecə saatlarında Türkiyə ilə əlaqə saxlayaraq, Antaliya şəhərində "Qloriya" otelində məskunlaşan sevimli klubumuz barədə yeni xəbərlər əldə etməyə çalışdıq. Geca saat 01:00-da buna nail ola bildik. Əldə etdiyimiz məlumatları olduğu kimi oxuculara təqdim edirik:
Vobay
Julius yanvarın 27-də "Xəzər Lənkəran”ın düşərgəsində olacaq. Onun keçidində
olan bəzi detallar istisna olmaqla, artıq əminliklə demək olar ki, Vobay "Xəzər
Lənkəran”ı "Styaua”dan üstün tutdu və komandamızın qələbələri üçün tər tökəcək.
Futbolu Bundesliqada
öyrənən Jeraon Polens, uzun boyu hesabına bütün meydanı hamıdan yaxşı görüb
dəyərləndirən Adrian Mureşan, texnikalı
futbolu ilə rəgbət qazanan İbrahim Banqura, hava toplarının qənimi,həmçinin
etibarlı müdafiəçi sayılan Adrian Skarlatake,
özünü hələ İtaliyanın "Roma” klubundan tanıtdıran Adrian Pit ilə "Xəzər Lənkəran” klubu ilkin
razılıq əldə edib və adı çəkilən futbolçuların yaxın günlərdə klubla müqavilə
bağlayacaqları gözlənilir. Nikolaye Muşat və Aleks Piturça haqqında məşqçilər korpusu hələki qəti qərar
verməyiblər…
Mirça Rednikin
özünə məxsus həyat tərzi var, Beləki, o futbolçularla elə rəftar edir ki,
indiyə qədər komandada olmayan yüksək səviyyədə ab hava yarada bilmişdir.
Onu da qeyd
edək ki, komandanın düşərgəsinə baxışa yeni futbolçuların gəlişi davam edir. Mirça
Rednikin başçılığı ilə məşqçilər korpusu yeni futbolçuları fiziki və taktiki
planda baxışdan keçirir, sonda isə məşqçilərin bəyəndikləri və tələbləri ödəyən
oyunçular komandanın düşərgəsində qalırlar.