Ana Səhifə» 2011»Fevral»6 » Hər şey olduğu kimi...
19:32
Hər şey olduğu kimi...
"Xəzər
Lənkəran”ın məşqini izləmək üçün toplaşan azarkeşlər futbolçuların qeyri adi hərəkətlərini
alqışlarla qarşılayırdılar. Bu da öz növbəsində futbolçuları ruhlandırırdı. Kiçik
qapılarla iki tərəfli oyunlarda Mirça Rednik özü də müdafiəçi qismində oynayırdı. Baş məşqçinin
köməkçiləri xüsusi proqram əsasında futbolçularla
çalışırdılar. Komandanın yeni həkimi isə o qədər həvəsli görünürdü ki, məşq
zamanı meydançanın kənarına düşən topları futbolçulara qaytaran inzibatçılara
da yardım edir və mehriban kollektiv görüntüsünü yaratdığının fərqində belə deyildi.
Məşq bitəndən sonra yüzlərlə azarkeş əsasən yeni futbolçularla fotoşəkil çəkdirdilər.
Bu xəbəri saytımızın wap versiyasından da izləyə bilərsinizwap.12cioyuncu.info