Ana Səhifə» 2010»Oktyabr»18 » Hər şey olduğu kimi daha gözəldir.
19:07
Hər şey olduğu kimi daha gözəldir.
Hörmətli oxucular, biz daim oxucu məktublarını və fəal azarkeşlərin
fikirlərini saytımızda təqdim edirik.Bu gün Sərraf adlı oxucumuz saytımızın e-mail
ünvanına məktub göndərib.Məktubu olduğu kimi təqdim edirik.
Fanat
olmayanın özəl düşüncələri.
Salam,
İslam bəy! Tez-tez saytınıza baxıram.Böyük iş görürsünüz.Vaxt darlığına,para
azlığına baxmayaraq.Yurdunuza,kluba sevginizi də alqışlayıram.Amma bəzi
nüanslar var ki,məni bu yazını yazmağa vadar etdi...”X-L” hamımızındır-mənim,
sənin və Onların!Bu səbəbdən gəlin ona ərköyün uşaq münasibəti
göstərməyək.Ətraflı təhlil aparaq.Üstün cəhətlərini göstərməklə
yanaşı,nöqsanlarını da çəkinmədən bildirək.Mən uzun-uzadı yazmaqla başınızı
ağrıtmaq istəmirəm.Amma hamının bildiyi və "X-L”-nın gələcəyini fikirləşənləri
daim düşündürən bəzi məqamlara toxunmaq zorundayam.
1-ci məqam.Milyonlarla
vəsait qoyulmuş klubun əvəzediciləri(sözə bax!-ƏVƏZEDİCİLƏR) nədən az qala
yoldan keçənlərə də uduzurlar? Və niyə klib yaranandan bu günə kimi buradan
əsas heyətə bir nəfər də olsun yerli futbolçu cəlb olunmur? Bəlkə bizdə istedad
yoxdu? Bəlkə bizdə futbola heç sevgi də yoxdu?! Necə ola bilir, bəyənmədiyimiz ”Neftçi”də,”Qarabağ”da,
"Qəbələ”də,”Bakı”da, hətta legioner yığnağı sayılan "İnter”də belə öz
yetirmələri oynayır,amma futbola məhəbbətin Xəzər kimi coşub-daşdığı "X-L”-da
yox? Niyə? Niyə əvəzedicilərin belə bərbad oyunu araşdırılmır?
2-ci məqam.Mən
güclü legionerlərin əleyhinə deyiləm.Əksinə.İstərdim ki, ən güclü legionerlər
sevimli klubumuzda oynasın. Bu gənclərimzin inkişafı üçün də güclü örnək
olardı.Necə ki,
İ.Svetkov,
D.Kalinkov, Juninyo, Dərəlioğlu, Denis Silva, Dieqolar "Xəzər”imizin
simvollarına çevrimişdilər.Bəs indi? Mən indiki legionerləri heçdə aşağılamaq
fikrim yoxdur.Əsla! Lakin onlar demək olar ki,yerli gənclərdən və bir də digər
klublara lazım olmayan (o cümlədən "X-L-a) oyunçulardan qurulmuş komandanın
qabağında duruş gətirə bilmirlərsə,onda nə deyəsən?. Dost, sən indiyədək
S.Allahquliyev adlı bir qolçunu tanıyırdınmı?.. Bəlkə Gəncədəki oyun bir
təsadüf idi komandanın başına gəldi? Onda gəlin, ötən oyunlara bir nəzər
salaq.Ən yaxşı oyun hansı klubla baş tutub?Yəqin, siz də etiraz
etməzsiniz:”Bakı”yla.Bəs nəticəsi?Cəmi 1 xal.Səbəb ? Qolsuzluq.Komanda ruhunun
olmaması.Liderin yoxluğu!
Bax,bunlardır
"X-L” kimi böyük klubun qeyri-sabit,inamsız çıxışlarının səbəbləri.
Dostum İslam, qapıçı zəif oynaya bilər,C.
Sultanov "əvəz çıxmaq üçün” dəridən-qabıqdan çıxa bilər,bəs böyük bəh-bəhlə və
ya böyük pullarla kluba gətirilənlər məgər Baham adalarına özlərini qaraltmağa
gəliblər? Buna nə deyirsən?...
Mən heç də Gəncə məğlubiyyətini qlobal bir
faciəyə çevirmək,komandanı ruhdan salmaq fikrində deyiləm.Bəli,doğru buyurursan
ki,belə bir anda hamı oyunçulara dəstək olmalıdır.Mən də səninlə razıyam.Amma
bu, baş məşqçi M.Rednik demişkən "dərs olacaqmı?”Təki belə olsun!..
P.S.1
Yerli oyunçulara şans verilməlidir.”Ot kökü üstündə bitər”-sən yazıların
birində bu gözəl atalar sözünü işlətmisən. Mən isə sualı bu cür qoymaq
istəyirəm:”X-L”-nin kökü varmı?
GENCELILERI ISE TEBRIK EDIREM!!! VE ONLARA MINNETDARAM KI BIZE BELE HORMET EDIB STADIONA DOLASHIBLAR. GENCELILERNEN DOSTLUQ ETEK LAZIMDIR!!! CUNKI GENCE KLUBUN REXBERLIYI NAXCIVALI-ERAZ DEQIL