Rumıniya mətbuatı, ayrı-ayrı mənbələrdə "Xəzər Lənkəran” və Mirça
Rednik...
Antalyadan qayıdan "Xəzər Lənkəran” Joren Polens və Dalton
Munarettodan da ayrılır. Alman futbolçunun ayrılmasına səbəb kimi Vobay
Juliusun gəlişi göstərilirsə, braziliyalı qapıçı təlim məşq toplantısında zəif
təsir bağışladığından məşqçilər korpusunun qara dəftərinə düşüb. Joren Polens haqqında olan məlumat artıq təsdiqini tapıb.
Bu arada Rumın jurnalistlər "Xəzər
Lənkəran” komandasının rəisi Səməd Mustafayevdən müsahibə aldıqlarını iddia
edirlər. Müsahibədə əsasən söhbət Anna Mariya Prodandan gedib və Mariya xanımın "Xəzər
Lənkəran”la iş birliyinə başlaması tarixinin incə məqamları da işıqlandırılıb...
Rumın mətbuatı Mirça Rednikin Buxarestdə əlində bir kisə pulla
gəzdiyini obrazla qeyd edib: "Rednik əlində bir kisə pullaBuxarestdə gəzir və özünə
yem axtarır. O elə futbolçuları almaq istəyir ki, belələrini hər
hansı məşqçi komandasında görmək
istəyərdi. Rednik bu qədər pulla sərhədlərdən o biri yana da keçib futbolçu
gətirə bilər. Rumıniyada o istədiyi futbolçuya istədiyi qiyməti qoyur, hətta
klub rəhbərləri də onunla məşqçi kimi deyil klub sponsorları kimi danışıqlar
aparırlar. İndi Rumıniyada bir çox məşqçilər Mirçaya həsəd aparır...”
" Bıstriça Qloriya” klubunun daha bir futbolçusu Rednikin diqqət
mərkəzindədir. Amma klubun prezidenti Jean Padureanu futbolçunun qiymətini böyüdüb. Bu səbəbdən
də açıqlamasında Mirça Rednik braziliyalı futbolçu Aluisio Chaves Ribeiro
Moraes Junior haqqında belə deyib: " Moraes çox yaxşı futbolçudur, o komandada özünü
yaxşı tərəfdən göstərə bilib. Yaya qədər mən də onu sərəncamınmda görmək
istəyərdim. Amma...”
aydeded vay nene bu nedir dede balasi Mirca ne edir dagidir oyanalri hele Ronaldinyonu getirerdilerde istediyi pulu ver sende cix gelde sabah trransfer baglanir eh eh eh