Ana Səhifə» 2010»Avqust»8 » hanı “Fair-play” qaydalarına zidd olaraq vurulan qola sevinən azarkeşlər ?
18:30
hanı “Fair-play” qaydalarına zidd olaraq vurulan qola sevinən azarkeşlər ?
07 avqust. Saat 20:00. T.Bəhramov adına Respublika stadionu. 450 tamaşaçı
*********************
07 avqust 2010. Saat 20:00. Lənkəran şəhər mərkəzi stadionu. 9000 tamaşaçı
*********************
Bu iki çıxarışlar, premyer liqanın ilk turunda keçirilmiş “Bakı”– “AZAl” və “Xəzər Lənkəran” – “Qəbələ” oyunlarının,PFL-in rəsmi saytında təqdim olunan rəsmi protokollarından götürülmüşdür.Ölkəmizdə futbol çempionatının keçirilməsini təşkil edən PFL-in tətbiq etdiyi protokoldan aydın görünür ki, “Bakı” klubunun ev oyununda 450-tamaşaçı iştirak edib.Amma “Xəzər Lənkəran”ın ev oyununda paytaxt klubunun oyunundakından 20-dəfə çox yəni, 9000-tamaşaçı matçı izləmişdir.T.Bəhrəmov adına Respublika stadionunda keçirilən oyunda protokolda göstərilən tamaşaçı sayı stadionun ümumi tutumunun(29000) 1.5 % - qədər olmuşdur.Əksinə Lənkəranda isə stadionun (15000) 60%- dolmuşdu. İndi gəlin Azərbaycan kubokunun finalında əynində ağ-göy köynək olan və “Bakı”nın vurduğu qola sevinənlərin harada olduqlarını araşdıraq.Maraqlıdır deyilimi ?
Təbii sual yaranır;
-Hanı “Bakı”nın azarkeşləri,hanı “Fair-play” qaydalarına zidd olaraq vurulan qola sevinən azarkeşlər ?
Əslində o azarkeşlər virtual azarkeş sayılmalıdır.Ona görə ki,onlar həqiqətdə yoxdurlar.Azərbaycan kubokun final oyununda isə lotoreyada bir şey udmağa və konsertə baxmağa gedən insanların bəziləri ağ-göy köynəyin həvəsinə düşüb “Bakı” klubunun azarkeşi kimi tribunalrda yer tutmuşdular.Premyer liqanın ilk oyunuda isə köynək dostları olan o “azarkeş”lər komandaın yanında yoxdurlarsa, deməli onlar ümumiyyətlə yoxdurlar və ya virtualdırlar.Bizim “Bakı” fan klubu ilə bir işimiz yoxdur,çünki onlar fan klub yaradıb yaşatdıqlarına görə maaş alırlar.Düzdür biz belə bir işi heç də normal qəbul etmirik.Bizim stadiona gedib “Xəzər Lənkəran”a azarkeşlik etməyimiz futbola,komandaya olan sevgimizdəndir.Daha bəziləri kimi virtual azarkeş həyatı sürmürük.
P.S.Görəsən 23-mayda “Bakı”nın ağ-göy rəngli köynəyini geyib ləyaqətsiz şəkildə vurulan həmin qola sevinərək qoool deyə qışqıranlar, avqustun 7-də hansı rəngli geyimdə idilər və onları qışqırdan var idimi ?
o hemin kabuslu kubokun finalinin kechirildiyi gun gun 100 minlerle gozuyawli boyuklu-kichikli, gadinli-ushagli lenkeranli fanatlarin ah-nalesi Bakini hele de sarsitmagda davam edir. hele edecekde...
bravo,tamamile raziyam.baki-nin olke kubokunun finalinda halal olmayan gelebesi hele ona chox bawagrisi olacaq.avroligadaki gulmeli bedbextchilik, chempionatdaki bedbext bawlangic..... ve gelecekde hele sayacagimiz daha neler ve neler.WUkurler olsun Allaha ki, haqqi nahagdan nece ayirmagi bir daha bize aydin wekilde gosterdi.Baki komandasi---- sizlere meslehetimiz odur ki, gelecekde bir daha bele alchagliga, bele sherefsizliye qol qoymayin.ne edirsizse, kiwi kimi edin!!!