Ana Səhifə» 2010»Dekabr»22 » harada qırılar- qırılar...
01:28
harada qırılar- qırılar...
Qırılma
nöqtəsi.
...Təəsüf
ki,hələ də kənardan primitiv, bəlkə də
adi görünə biləcək problemlərlə hər gün rastlaşırıq. Bu problemlər bizə, saytımızda
materialları yerləşdirmək işində böyük çətinliklər yaradır. Komandanın ("Xəzər Lənkəran"ın) Lənkəranda
keçirdiyi məşqlərdən sonra saatlarla
internet klubları gəzir, məşqdən hazırladığımız yazıları və çəkdiyimiz fotoları
saytda təqdim etmək üçün normal yer axtarırıq. Bəzi internet klublarındakı kompyuterlərlə
bizim fotoaparatın parametrləri düz gəlmir, bəzi internet məkanlarında
çalışanların davranış parametirləri "adam”lığa uyğun gəlmir...
Bir
çox internetklublarda oyun oynayan və "tanışlıq”la baş qatan, gələcyi indidən "parlaq” görünən bəzigənclərin
səs küyü, yazının hazır olub sayta ötürülməsi zamanında kəsilən elektrik
problemi, internet şəbəkəsinin " itkin gəlini”naxtarışına çıxarkən "qəzaya
uğraması” və sair və ilaxır...
Hər dəfə
də bir "köhlən” yeniliklə rastlaşırıq. Hər dəfə də bu "yenilik”lər, əlimizdə olan nə qədər yazıların
və fotolarınsaytda verilməməsi ilə nəticələnir. Bunların çarəsini
bank hesablarını açaraq, yenivə daha mükəmməl
internet azarkeş saytının açılması ilə
ofisdə çalışmaqla və avadanlığın alınması ilə həll etmək istədik, amma...
Hələlik
bu"amma”hesabına, bank hesablarımız "qan ağlayır”vəavadnlıqlar
alınması, saytın ofisində qurulmuş komyuterləsərbəst çalışmaq arzusuisə "Neftçi”
klubunun dövlətdən asılı olmayan kluba çevrilməsi qədər əlçatmazdır...
Bank
hesablarımzda yığılan məbləğə nəinki kompyuter almaq mümkün deyil, həttabu məbləğ, kreditlə alınan bir kompyuterin aylıq
bank ödənişinə də çatmayacaq qədər azdır...
Müraciət
etdiklərimizin bəziləri " Biz də nə var ki, onlarda var axı versinlər də”
dedikcə, onların nişan verdikləriisə "
Kimlərin müdafiəsinə qalxırdınızsa onlardan da dəstək istəyin”cavabını verərəkqarşılıqlı paslaşır və "qapıya vuracaq”gücü isə heç bir tərəf özündə hiss etmir...
Tərəflər
arasında seçilmək iddiasında olanlar isə "necə varsa belə də davam edin” deyə
alnımızda hansısa yazını görmüş olduqları düşüncəsindədirlər...
Öz
aramızdır, nə
yaxşı ki, biz varıq və biz hələkibu
missiyanı üzərimizə götürərək gedirik, harada qırılar- qırılar...
Sağdan,
soldan "Bir saxla” deyən də yox, "Saxla,
qarşıda "qırılma nöqtəsi”var !” nidası ilə xəbərdarlıq edən də yox...
Bizdən
qarşıda gedə bilən biri də yox ki, ondan soruşaq: " qarşıda nə var nə yox...”
mende bunun terefdariyam Xezer lenkeran resmi sayti ile elaqe saxlayin eger tayqun beye deye bilmirsizse stadionun rehberine muraxiyet edin onlar elinden gelen komeyi edecek...