Ana Səhifə» 2011»Fevral»25 » HK-nin sədri Xaqani Məmmədovdan tələb edirik !
16:50
HK-nin sədri Xaqani Məmmədovdan tələb edirik !
HK-nin sədri
Xaqani Məmmədovdan tələb edirik!
Dünəndən
bəri bəzi informasiya mənbələrində yayılan bir xəbər diqqətimizdən yayınmadı.
"Hakimlər komitəsinin məxfi planı” başlığı ilə yayımlanan xəbərdə 27 fevral
2011-ci il, XXII turda keçiriləcək "İnter” – "Xəzər Lənkəran” oyunundakı
hakimliklə bağlı araşdırmalar yer alır. Burada göstərilir ki; - "Ramiz Əsədov, Maya Nəbiyeva və Əli Əliyev
test-kuperdən keçə bilməyib və hər üçünün bu mövsümün sonuna qədər hakimlik
etməyəcəyi haqda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komitənin iclasında
bildirirb.”
Daha sonra mənbələr onu da bildirir
ki; - "İş təkcə Əsədovun bu oyuna təyinatıyla bitmir. İmtahandan keçə bilməyən
Əsədovla bərabər Munis Abdullayev də həmin oyuna təyin olunub… Cəzalı Əsədovu
bu oyuna təyin etmək ona işarədi ki, çıx, "günahlarını yu"... - Əgər
Cənub klbunu uduzdura bilsəz, onda test-kuperdəki uğursuzluğun əfv olunacaq.”
Bu birbaşa doğma klubumuz "Xəzər Lənkəran”la bağlı məsələ olduğundan
bizi narahat etməyə bilməz. O cümlədən xüsusən azarkeşləri dost münasibətdə
olan iki klub arasında bunun baş verməsi nələrəsə kölgə salmaq cəhdi ola bilər.
Əgər "Xəzər Lənkəran” əleyhinə hər hansı belə bir cəhd olarsa, "İnter”li
qardaşlarımızın bu yöndə obyektivliyi və ədaləti müdafiə edəcəklərinə indidən
əminik. Matçın teletranslyasiya olunmaması da şübhələrə və yayılan
söz-söhbətlərə haqq qazandıran kimi görünür.
Biz onu bilmək istərdik ki, Hakimlər
Komitəsinin sədri Xaqani Məmmədov niyə yayılan bu söz-söhbətlərə rəsmi
münasibət bildirmir. Əgər belə bir narahatçılıq yoxdursa, onda bu məsələyə
Xaqanıi Məmmədovun rəsmi olaraq münasibət bildirməsini tələb edirik.
Azərbaycanda
"2015-ci ilə qədər Futbolun İnkişafına Dair Dövlət Proqramının” hakimliklə
bağlı müddəaları da olduğundan Xaqani Məmmədovun bu məsələyə rəsmi münasibət
bildirməyə borclu olduğunu bir daha onun diqqətinə çatdırırıq.
Ümid edirik ki, yuxarıda
xatırlatdığımız "Dövlət Proqramının” tələblərinə uyğun olaraq nəinki bu matçda,
digər matçlarda da komandamız "Xəzər Lənkəran”a və ümumiyyətlə heç bir
Azərbaycan klubuna qarşı haqsızlıqlara rast gəlməyəcəyik.
NEFTCI_FOROVER sizin səmimiliyinizə tam əminəm. Sizin kimi azarkeşlər "Neftçi"nin tərəfdarları arasında kifayət qədərdir. Ona görə də biz bir-birimizi anlamağa çalışmalıyıq. Aramızı vurmaq istəyənlərə isə hər iki tərəf "Yox" deməlidir. Bizə və sizə Azərbaycanda futbolun inkişafı, Avropa arenasına çıxması daha maraqlıdır. Bəzi ünsürlər isə belə hərəkətlərlə futbolumuzu cılızlaşdırmağa "xidmət edir". Biz bu cılızlığa "Yox" deyirik! Hörmətlə: Dr. Mirhafiz
Dr.Mirhafiz ALLAHA and olsun men wexsen deyirem tfurum qelebeye ki onun hakim komekliyi qazanacagiq ALLAH haqqi bize lazim deyil bele wey... gece gunduz ALLAHA yalvariram ki Bir nefer cixsin Neftcini dovlet qrumunun elinden alsin
Bu bəyənatın verilməsinə səbəb "Footbalpress.az" və "Penalti.az" saytlarında gedən yazı olub. Orda da göstərilmişdi ki, "Neftçi"nin hakim köməyinə ehtiyacı yoxdu. Sadəcə kimlərsə kimlərin xoşuna gəlmək üçün belə şeylərə əl atırlar. Biz də bu fikirlə razıyıq. Ümumiyyətlə bu il "Neftçi"nin xeyli gücləndirilmiş heyətinin hakim köməyinə ehtiyacı olmadığını düşünürük və burada heç də "Neftçi" hədəf deyil. Biz münasibətlərin normaya salınmasına çalışan insanlarıq. İnşaAllah müəyyən qarşılıqlı addımlar da atılır. Sadəcə kiməsə yarınmaq istəyənlər olduğundan arada azarkeşlərin arasına nifaq düşür. Anlayışla qarşılanacağına əminəm.
ZAKIR puwk neyi duz qowulub edib ki Neftci dalbadan Baki inter Qarabag AZAL ile oyun kecirende xezer Simurq evde moik zeif komandalarla oynayirdi daniwanda eyer duz daniwaq kiwi kimideee beledeki onsuzda hami butun komandalar ile oynamalidida.. Neftci ne etsin xezer Genceye Qebeleye uduzub dal duwub Neftci-den