Saytda təqdim olunan yazıların mövzusuna yad olan şərhlər yazan bəzi
azarkeşlərə nə qədər xəbərdarlıq olunursa da onlar inadkarlıqla işlərinə
davam edirlər. Bu səbəbdən belə şərhlərə münasibət bildirmək istədim.
İlk növbədə xatırlatmaq yerinə düşərdi ki, bu sayt
siaysi mövzular üçün nəzərdə tutulmayıb. Amma həmin şərhlər
diqqət çəkirsə o zaman al gəldi…
Azərbaycan futbolunda baş verən ədalətsizliklər
siyasi hakimiyyətdən çox bizim özümüzdən, bu ölkənin insanlarından asılıdır.
Ədalətsizliyin
hər hansı forması ;
yaradana qarşı
çıxaraq onun əmrlərinə məhəl qoymamaq, qumar (koffiçent ) oynamaq, istənilən formada haqsızlığa
yol vermək, sələmçilik etmək (vermək ,almaq və ya vasitəçilik etmək), tərəzidə və
ya sayda və ya həcmdə aldatmaq , donuz ətini yemək və ya satmaq, rüşvət vermək
və ya almaq, əhdinə naxələf çıxmaq və ilaxır…
bunlar hamısı eynidir.
Sadalananların
hansı birisinin konkret olaraq Rövnəq Abdullayevə, Ramin Musayevə və ya Xaqani
Məmmədova aid olduğunu bilmirik. Amma hər
gün görüb salamlaşdığımız insanların böyük əksəriyyəti bu keyfiyyətləri ilə
seçilirlər. Bəzən hətta onlar da bizə qoşulub ədalətsizliklərə güya etiraz etmək istəyirlər. Edirlər də…
Baxmayaraq ki, yuxarıda sadalananlar onların gündəlik məşğuliyyətinə çevrildiyindən onlar özləri də
deyək ki, günahlandırdıqlarından pisdirlər. Rövnəq Abdullayevin geniş imkanları belələrində
olsaydı vay dədə vay…
Siyasi söhbətlərə
gəlincə;
Bu Naxçıvanlı…
və ya neftin qazancını xəyalda sayıb bölüşmək nə bilim daha nələr…
Bəlkə əvvəlcə
öz aramızda olanları həll edək sonra isə iddialı danışaq.
Öz aramızda olan ədalətsizliklərə qarşı
çıxmağa cürət tapmasaq da bəzən biz əslən
Naxçıvandan olan vəzifə sahiblərinin çoxluğunu qabardırıq. Biz elə həmişə
ədalətimizlə həqiqətimizlə birgə belə olmuşuq da … Bu Naxçıvanlı vəzifə sahibləri
indiki hakimiyyətə mailk olmayanda məgər firavanlıq idi ki… Elə eyni vəziyyət idi də… O
vaxtın da öz günahkarlarını tapırdıq…
Kim nəyə
layiqdirsə ona da qadirdir !
Məgər Lənkəranda
azmı haqsızlıqlarla rastlaşırıq. Xəstəsini ölümdən xilas etmək üçün aldığı pulu
qaytara bilməyən bir kasıbın üzərinə gedən və
pulu qaytarmaq üçün vaxt qoyan "Pristupnıy
Mirin qaqaşları”nı görəndə həmin kasıb üçün "Zastupat” etməmək ədalətsizlik deyilmi ?
Məgər belə hallar baş vermirmi ?
Biz hər gün ədalətsizliklərə
göz yumuruq, bizim aramızda olan "Demon”lar da bu işlərin
mərkəzindədirlər.
Müəllim həkimin
pulgirliyindən şikayət edir, həkim polisin rüşvətə meyilli olduğundan danışır,
polis müəllimin süftə etmək arzusuna rişxənd edir, sürücülük vəsiqəsinin qiyməti
neftin qiymətindən fərqli heç aşağı düşmür, ”Sabez” işçisi ünavanlı yardımın hesabına "inomarkada”
gəzir, inventar büroda çalışan forma 2-dən qazanaraq ehsan verəndə, xörək bişirlən qazan bir gündə 5-dəfə aşır, icra hakimiyyətinin
işçiləri ucuz kostyumlarla, bahalı "yollar”da
gəzirlər, "Qarabağ”I qaytarmaq haqqında
ağız dolusu danışan əsgər gedən oğlunu paytaxta saldırmaq üçün nələr etmir
ki.., qaz idarəsinin əməkdaşları qaz borusu belə olmayan bir evdən qaz pulu tələb
edir və s.
Şair isə onların hamısından yazıb, şerlərini də elə onların özlərinə 3-manata
satıb gününü keçirir.
Biz buyuq, müəllimimiz
də həkimimiz də polisimiz də o birisi də bu birisi də, lap elə şairimiz də …
Deməyin ki,
onları məcbur edirlər. Çünki, "Sobez”də
çalışan şəxs, ondan tələb olunan "haqqı” çatdırandan sonra da ünvanlı yardım
hesabına "inomarka” almaqla qələt edirsə, həkim xəstəni qazanc məqsədi ilə dərmanlara
qurban verirsə və biz də bunu vəzifədə olanların
ayağına yazırıqsa, deməli öz aramızdakı "Satana”lara
bəraət qazandırırq.
Biz biri-birimizə
etdiyimizin cavabını və cəzasını yuxarıdakılardan alırıq. İndi isə yuxarıda nə
bilim haralılar oturub…
|