Ana Səhifə» 2010»Noyabr»10 » İnternet klubları gəzən saytın ən son məlumatları...
21:44
İnternet klubları gəzən saytın ən son məlumatları...
XXI
əsrin inkişaf dövründə yaşasaq da bəzən elə gülünc problemlərlə rastlaşırıq
ki...
Noyabrın
10-da "Xəzər Lənkəran”ın məşqindən
hazırladığımız yazı və fotorepotajı saytda yerləşdirmək üçün sevincək internet
klubların birinə özümüzü çatdırdıq. Bir neçə dəqiqədən sonra internet şəbəkəsi
yoxa çıxdı və biz də internet klubarı gəzməyə başladıq. Bu problemlə demək olar
ki, Lənkəranın bütün internet klublarında rastlaşdıq.
Nəhayət
şəxsən tanımadığımız bir "Xəzər Lənkəran” azarkeşi (sonradan bildik ki,
saytımızın daimi izləyicisidir) 3G Data kartını və noutbukunu bir neçə saatlıq
ixtiyarımıza verdi. Bu səbəbdən də saytımızda materiyalları çox gec və
ixtisarla təqdim edə bilirik. Beləliklə;
"Xəzər
Lənkəran”ın məşqində... (ixtisarla)
Noyabrın
10-da saat 16:15-də "Xəzər Lənkəran” komandası stadionun yardımçı meydançasında
məşqə çıxdı. Bir gün əvvəlki məşqə
qatılanlar eyni heyyətlə bu gün də Mirça Rednikin rəhbərliyi altında məşqdə iştirak
etdilər. Devid İmedaşvili artıq zədəsini sağaldıb və "Simurq”la oyunda iştirak
edə bilməsə də, növbəti oyunda komandaya kömək edə biləcək.
Allan Lalinin bel ağrıları azalıb, onun
sabahkı məşqdə iştirak edəcəyi gözlənilir.
Uinston
Parksın cümə günü həkim müayinəsindən keçəndən sonra yaşıl meydana dönəcək
vaxtı məlum olacaq.
Tural
Cəlilovla qısa söhbətimiz baş tutdu və öyrəndik ki, iki günlük məşqdən sonra özünü yaxşı hiss edir. Turalla söhbətimizin sonunda o öz üzərində
çalışdığını və tezliklə formaya düşəcəyinə inandığını bildirdi.
Klub
prezidenti Mais Mənsimov, icraçı direktor Höccət Hacıyev və komandanın rəisi
Səməd Mustafayev məşqi birlikdə izlədilər.