Ana Səhifə» 2010»Mart»30 » İntizam Komitəsinin qərarları.
20:56
İntizam Komitəsinin qərarları.
İntizam Komitəsinin qərarları. 27 mart 2010-cu il tarixində, Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş «Xəzər-Lənkəran» - «Neftçi» oyunu zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi – «Xəzər-Lənkəran» klubu 5000 (beş min) manat cərimə olunur (maddə 2). Oyun zamanı futbol meydanına və qaçış zolağına kənar əşyalar atıldığına görə meydan sahibi – «Xəzər-Lənkəran» klubu 2000 (iki min) manat cərimə olunur (maddə 3). Matçda «Xəzər-Lənkəran» klubunun məşqçiləri və klubun nümayəndələri texniki zona qaydalarını pozduğu üçün «Xəzər-Lənkəran» klubu 2000 (iki min) manat cərimə olunur (maddə 20). Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyi üçün meydan sahibi - «Xəzər-Lənkəran» klubu 8000 (səkkiz min) manat cərimə olunur (maddə 26). Oyunun 90+1-ci dəqiqəsində «Xəzər-Lənkəran» klubunun 7 №-li futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq kənarlaşdırılır, klub isə 2000 (iki min) manat cərimə olunur (maddə 41). Matçda «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır və «Xəzər-Lənkəran» klubu 4000 (dörd min) manat cərimə olunur (maddə 41). Oyunda «Xəzər-Lənkəran» klubunun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılır, klub isə 4000 (dörd min) manat cərimə olunur (maddə 41). Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılır və meydan sahibi – «Xəzər-Lənkəran» klubu 8000 (səkkiz min) manat cərimə olunur (maddə 49). «Xəzər-Lənkəran» klubunun növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə klub daha ciddi cəzalandırılacaq. «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, baş məşqçiyə qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.
cerime mebleqi 1 qeder cox oldu.amma stadion baqlanmamasi xeyrimizedir.dger qerar cixib onu da verin xahis edirem.PFL,Hakimler komitesi<MEsestanov ve Efqan da cezalandirilib