www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyun » 20 » Istək və arzularınızı,irad və təkliflərinizi bizə deyin.
23:11
Istək və arzularınızı,irad və təkliflərinizi bizə deyin.
“12-ci oyunçu” azarkeş qrupu, “Xəzər Lənkəran” azarkeşləri ilə klub rəhbərliyi arasında bir başa əlaqə yaradır.
Bu yaxınlarda “12-ci oyunçu” azarkeş qrupu təşkilat komitəsinin nümayəndə heyyəti, “Xəzər Lənkəran” klubununn rəhbərliyi ilə görüşəcək.Görüşün məqsədi azarkeşlərin irad və təkliflərinin bir başa klub rəhbərliyinə çatdırılmasıdır.Beləki “Xəzər Lənkəran” ailəsinin daxilində öz həllini tapmalı olan məsələlərin kütləvi informasiya vasitələrinə çıxarılması,problemlərin aradan qaldırılmasına xidmət etməyə bilər.Düzdür elə məsələlər vardır ki,onların işıqlandırılması vacibdir,lakin hazırki vəziyyətdə azarkeşlərin istək və arzuları klub rəhbərliyinə bir başa çatdırılmalıdır.Biz bir “Xəzər Lənkəran” ailəsi olaraq öz problemlərimizi özümüz həll edə bilərik. Yaxın bir neçə gün ərzində “Xəzər Lənkəran” azarkeşlərinin bütün məsələlərlə bağlı fikirlərini öyrənməyə çalışacağıq.Istək və arzularınızı,irad və təkliflərinizi bizə deyin.
“12-ci oyunçu” azarkeş qrupu təşkilat komitəsi.
*
QEYD:Saytımızın şərhlər bölümündə azarkeşlər fikirlərini sərbəst şəkildə bildirə bilərlər.Eyni zamanda azarkeş qrupunun (12-ci-oyuncumfk@mail.ru) elektorn ünvanına da məktubla müraciət etmək və fikir bildirmək mümkündür.
Bölmə: |Baxış sayı: 913 | Yazar: ISLAM |
Всего комментариев: 271 2 »
23.06.2010
27. Dr.Mirhafiz [Материал]
Bu müsahibəni "Bakı" klubunun futbolçusu əvvəllər "Olimpiya"da forma geymiş Aleksey Savinov verib. Onun bu müsahibədə əsas üç məsələni qabartması diqqət çəkir və buna görə həmvətənlərinin şanslarının az olduğunu bildirir. Burda əsas "Xəzər Lənkəran"ın güclü futbolçuları, təcrübəli məşqçisi və çox güclü azarkeş ordusu olduğunu vurğulayıb.
Eyni fikirləri yəni bu üç məqamı komandamızdan yenicə ayrılmış Denis Kalinkov da öz müsahibəsində göstərib. Gəlin biz də nikbin olaq. Çünki deyilənə görə bu gün Hollandiyadan bir neçə futbolçu, əsasən hücumçular komandamıza qoşulacaq. Hələ transfer pəncərəsinin bağlanmasına xeyli vaxt var. Bu dönəmin komandamız üçün uğurlu olacağını arzu edək. Bir çox futbolçuların da baxışa gələrək bəyənilmədiyini bilirik. Görünür səviyyəli futbolçular transfer ediləcək. Ən azından gedənlərimizdən və bəyənilməyən futbolçulardan onların yerlərini daha səviyyəlilərlə doldurulacağı görünür. Məncə, Zaur və Xaqaninin gəlişindən narahat olmağa dəyməz. Bu qısa, qeyri-müəyyən indiki zamana hesablanmış addımlardır. "Xəzər Lənkəran" bir klub kimi bizim qəlbimizin fatehidir. Biz onu sevməklə, özümüz də fikirləşmədən Lənkəranımızı necə sevdiyimizi nümayiş etdiririk, məncə. Hamımıza uğurlar! Təki belə iş aparılsın ki, buradakı sualların əksəriyyətinə ehtiyac qalmasın.

«Xəzər Lənkəran»ın ən böyük özəlliyi onun azarkeşləridir» - MÜSAHİBƏ

Savinov həmyerlilərini qorxuya saldı

"Bakı"nın və Moldova yığmasının üzvü Aleksey Savinovun müsahibəsi

- Moldova «Olimpiya»sı Avroliqada «Xəzər Lənkəran»la qarşılaşacaq. Səncə, bu, uğurlu püşkdür?
- Düşünürəm ki, çox da yaxşı deyil. «Xəzər» yaxşı məşqçisi və futbolçuları olan güclü komandadır. Bu klub qarşısına həmişə yüksək vəzifələr qoyur. Bu mənada, «Olimpiya» üçün çox çətin olacaq. «Xəzər Lənkəran» xarici ölkələrdə təlim-məşq toplanışı keçirmək və «Şaxtyor» kimi komandayla yoldaşlıq matçı oynamaq imkanına malik komandadır.
- «Olimpiya»nın rəhbərliyi komandanın qarşısına «Xəzər Lənkəran» və «Dinamo» Buxarest səddini keçərək üçüncü mərhələyə çıxmaq vəzifəsi qoyub.
- Əgər komanda qarşısında yüksək vəzifələr qoyulmasa, o zaman avrokuboklarda oynamağın mənası yoxdur. Hesab edirəm ki, «Olimpiya» rəhbərliyi doğru addım atır. Bununla onlar öz komandalarına inandıqlarını ortaya qoyurlar.
- Rumınlar da «Xəzər Lənkəran»la oynamaqdan ehtiyatlanırlar, ona görə də «Olimpiya» ilə qarşılaşmaq istəyirlər.
- Ona görə ki, onlar «Xəzər Lənkəran»ın maddi imkanlarını yaxşı bilirlər. Bundan başqa, artıq bu komanda haqda ətraflı məlumat da toplaya biliblər.
- «Xəzər Lənkəran»ın özəlliyi nədədir?
- Onlar həmişə qələbəyə can atırlar. Hücum və texnikalı futbol nümayiş etdirirlər. Komandada yüksək səviyyəli və təcrübəli futbolçular az deyil. «Xəzər Lənkəran»ın ən böyük özəlliyi isə onun azarkeşləridir. Güman edirəm ki, «Olimpiya»nın futbolçuları Lənkərandakı oyundan sonra mənim bu fikrimlə razılaşacaqlar.
- «Olimpiya» Azərbaycan təmsilçisini keçmək gücündədir?
- Hansı rəqiblə oynamağın önəmi yoxdur. Meydana çıxanda tabloda hesab 0:0-ı göstərir, ona görə də hər iki komandanın şansı olur. Mən «Olimpiya»nın vitse-prezidenti Sergey Kisilyevin müsahibəsini oxudum. O, Azərbaycandakı matça maksimum beş min azarkeşin toplaşacağını düşünməklə səhvə yol verir. «Olimpiya» stadiondakı anşlaqa indidən hazır olmalıdır.
- Səhv eləmirəmsə, sən «Olimpiya»da da oynamısan.
- Bu komandayla mənim ən yaxşı xatirələrim qalıb. «Olimpiya»da oynayanda mən evləndim, Kişinyovda keçirilən toyuma komandanın bütün futbolçuları gəlmişdi. «Olimpiya» mənə çox şey verib. Bu komanda mənim üçün böyük təcrübə oldu. Ona görə də «Xəzər»lə oyunda mən keçmiş klubuma uğurlar arzulayıram.

Məbə: moldova.sports.md

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.06.2010
26. Samir [Материал]
Davanı düşmənlə edərlər.Xəzər Lənkəran bizim üçün düşmən deyil axı.azarkeşləri saymırlarsa heç saymasınlar.Öz işlərini layiqincə etsinlər bizə heç nə laızm deyil.Futbol + qəzetində Agasəlim haqda bir dənə yazı vardı.Super...Orada yazılanlardan anladım ki,zaur ramazanovun gətirilməsi və başqa işlərin heç Ağasəlimə aidiyyatı yoxdur.Sən demə biz bu qədər vaxtı düz yolda deyilmişik.Bir azərbaycanlı kimi biz EŞŞƏYƏ GÜCÜMÜZ ÇATNADIĞINDAN PALANI DÖYÜRÜK.Kim qəzeti oxumuyubsa əldə edib oxusun.Bütün hadisələr iki il əvvəlki hadisələrin təkrarıdır.Lüxlə oyundan əvvəlki ssenari.Oxuyun və mübahisə və davaların yeri deyil.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.06.2010
25. T.T [Материал]
qezene bir terfden duz deyir bir terefden duz demir.Yeni duz deyir ona gore ki,insanlar soyuyublar ona gore de munasibet bildirmirler.Gorurler ki onlari sayan yoxdur ve s.Ancaq soyusalar da eger soz demek istemirlerse onda basqa yerde deyinmek neye lazimdir.Yox eger xezere nifret edirlerse onda gelsinler birlesek cixaq klubnan davaya,davaya cixmaq istemirlerse onda fikirlesinler ki umumiyyetle ne isteyirler.Adam bir meshebe qulluq etmelidir.Ya oyanniq ya da bu yanliq olsun.Zulme qarsi cixmamaq ozu de zumkar olmaqdir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.06.2010
24. CABBARLI (ISLAM) [Материал]
Qezene, icazə verin sizinlə razılaşmayım.Çünki,bu şərhlər verilən yazının özündə də klub rəhbərlyinin sualları cavablandıracağı haqda heç bir şey deyilməyib.Biz 12-ci oyunçu azarkeş qrupu olaraq azarkeşlərin fikirlərinin bir başa klub rəhbərliyinə çatdırılmasına çalışırıq.Bunun üçün də saytımızda şərhlər verilməsi üçün mövzu açmışıq.Bizim klub rəhbərliyi ilə görüşümüz alınmasa belə onlar saytımıza daxil olaraq buradakı yazılanlardan artıq konkret məsələlərə azarkeşlərin münasibətini biləcəklər.Burada heç nə yazmaq lazım deyilsə,onda nə etmək lazımdır.Biz çayxanalarda,küçələrdə,iş yerlərində,məclislərdə gedən söhbətlərin,deyilən fikirlərin sivil qaydada klub rəhbəriyinə ötürülməsinə çalışırıq.Problemlərin həllinə necə nail olmanın daha ağıllı yolları sizin düşüncənizə görə vardırsa buyurun,təklif edin.Yəni əgər burada fikir demək düz deyilsə və bir şeyi inkar edən daha sonra təklif etməlidir məntiqi ilə sizin təklifiniz maraqlı olardı.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.06.2010
23. qezene [Материал]
Cabbarli qardash, hamimiz gozel bilirik ki, rehberlik azerkeshleri adam yerine qoymur ve yazilan suallari hech kim oxumayacaq ve cavab da yazmayacaqlar. Buna gore de azerkeshlerimiz oz vaxtlarini bosh serf etmek istemirdiler. Eger rehberlik uch gun yazilan 23 azerkeshin verdiyi cemi yuze yaxin olan teklif ve suallarindan hech olmasa birine cavab verseydi, inanin ki, burada suallarin sayi minlerle olacaqdi. Olimpiya komandasinin rehberliyine unvanlanan suallara her gun cavab verilir, amma biz bu seviyyeye chatmamishiq hele
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

22.06.2010
22. CABBARLI (ISLAM) [Материал]
Çox maraqlıdır görəsən niyə azarkeşlərin fikir bildirməsi bu qədər zəifdir.Deməyə sözmü yoxdur.Axı Lənkəranda hara çıxırsan bu haqda danışırlar,narazılıqlarını klub rəhbərliyinə bu vasitə ilə bir başa çatdırmaq istəyən isə azdır.Bununla belə irad və təkliflərini şərhlərlə bildirənlərə təşəkkür edirik.O biri azarkeşlərin də aktiv olması lazımdır.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
21. qezene [Материал]
Niye azerkeshlernen sert davranir klub resmileri&
Niye Xezerimizde Lenkeranli genclere shans verilmir ve bu tapshiriq kim terefinden verilir?
Niye komanda ugursuzlugun sebeblerini azerkeshlen bolushdurmur ve azerkeshlerden buna gore hech kim uzr istemir?
Vaxtilen komandadan qovulub-gedenler komanda haqda metbuatda verdikleri deqiq ve ecaib achiqlamalardan sonra hansi uzle yeniden komandaya qayidirlar? Qorxmursunuz ki, yeniden bu oyunlarin tekrarlamagindan?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
20. Elcin-Inter [Материал]
Hormetli Xezer azerkesleri.Men sexsen ele fikirdeyem ki,agaselimin bu komanda ile sexsi qerezliyi var.Avroliqa oyunundan qabaq Svetkov,Kalinkov qovulur onlarin yerine Xeqani ve Zaur getirilir.Bu hec bir cerciveye sigmir.Moldova komandasi kecilesi komandadir,amma bu heyyetle men Xezerin qelebesine subhe ile yanasiram.Allahdan size sebr ve ugurlar dileyirem.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
19. hemid [Материал]
Mence avroliqda komandaya ve baş meşqçiye şans verilmelidir.gelin Moldova klubuna qarşı Xezerimize destek olaq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
18. TALISHSTANLI [Материал]
Klubu normal seviyede idare etmek istemirsinnizse klubu satmaq haqda fikirleshirsiniz?
Ve ne vaxta qeder Mubariz bey bu klubu size(oz qardashina) iqrushka kimi hediyye edib?
Ege butun bu suallar ve iradlar xoshuvuza gelmirse klubun adindan LENKERAN adini pozun ve klubuvuzu TALISH zonasindan kenar yerleshdirin.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
Mence de Aga getmelidir,Düzdür problemlerin yaranmasi onluq deyil. Zaur Ramazanovun meselesi de onsuz hell olunub.Ancaq Aganin gedisinin labud oldugunu qetiyyetle ona gore deyirem ki,Aga komandada qelebe ruhunu mehv edib.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
16. Cavid [Материал]
uzur isteyirem evvelce sherhimi gormedim.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
15. Cavid [Материал]
Bes menim sherhim niye silinib?Men ki,tehqiredici bir soz yazmamisham ,xahish edirem cavab veresiniz.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
14. Cavid [Материал]
Bura qeder artiq yeter! Bunlar ne fikirleshirler bilmek olmur.Bele davam ederse yeni movsumden yeqin bosh tribunalarda oynayacaqlar ve bunu biz azarkeshler birleshib edeceyik.Soz coxdur,cixish yolu ise birdir,Agaselim istefa vermelidir vessalam.

P.S. Agaselim istefa deyende bezileri qiciqlanir.Onunla ne shexsi tanishligimiz ne de shexsiqerezliyimiz yoxdur,sadece bu admin muasir futboldan bashi cixmir nece deyerler naftalin iyi verir(neceki son "bomba" trasferlerden bu iy geldi)ona gorede Agaselim getmelidir tarixin arxivine.Kulub rehberliyini bilmirem,amma biz azarkeshler onu ne ozumuze ne de komandaya yarashdirmiriq.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
13. mr.aliyev [Материал]
kubok ve cempionatdaki son acinacaqli meqlubiyyetlerden netice cixarilibmi?ustelik hazirliq oyunlarinda da acinacaqli meqlubiyyetler almisiq rehberlik ne fikirdedi bu heyetle avroliqada neyese nail olmaq olar?mumkun uqursuzluq teqdirinde bas mesqcinin istefasi realdirmi?oten defeki kimi bas mesqci istefa verse onun yerine mumkun variantlar indiden gozalti edilibmi?bu haqda yaxsica dusunsunler.cunki Avroliqa oyunlarindan derhal sonra yene de Aqaselim komandani yarida atmaq mecburiyyetinde qalacaq.bu barede ciddi dusunsunler.komandaya kohne Cvetkov seviyyeli,Oktay,Ahmed Dursun seviyyeli hucumcu lazimdi.Zaurun ,Xaqaninin vaxti coxdan kecib.
ve son sual.ne vaxtsa lenkeranli futbolculari resmi oyunlarda azi 15 deqiqe meydanda ne vaxt gore bileceyik?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
12. Manfanat [Материал]
Əvvala 12-ci oyunçuya təşəkkür edirəm ki,bu şəraiti bizim üçün yaradıb.Ümidvaram ki,fikirlərimiz olduğu kimi klub rəhbərliyinə və Xəzər Lənkəran klubunun prezidenti Mais Mənsimova çatdırılacaq.

Neftçi və Bakı fan klublarının üzvləri bizə lağ edəcəklər.Heç kəsə lazım olmayan futbolçularla onların qarşısına çıxmaq olmaz.Hələ ayın sonuna qədər transfer pəncərəsi açıqdır.Hörmətli Mənsimov sizdən xahiş edirik,Xəzər Lənkəranın adına layiq transferlərin olmasına çalışasınız.Mübariz Məsnimov mayın 15-də mətbuata açıqlamasında dedi ki.-biz Azərbaycan futbolunun inkişafına xidmət edirik.
Məgər Xaqani Məmmədov və Zaur Ramazanovun Xəzər Lənkərana gətirilməsi futbolumuzn inkişafıdır.Yerli gənc futbolçuları artırması və ümumilikdə futbolumuzun inkişafı üçün Xəzər Lənkərana səviyyəli legionerlər dəvət olunmalıdır.azərbaycan futboluna gözəllik və rəqabə
t gətirən Xəzər Lənkəran başqalarına nümunə olmalıdır.
diqqətinizə görə minnətdaram.Hörmətlə Xəzər Lənkəranın fanatı Manaf.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
11. Namiq Nerimanov [Материал]
Mais muellim son hadiselere munasibet bildirsin.İster KİV vasitesi ile isterse de basqa yolla biz de gorek klubun prezidentinin movqeyi necedir.hansi oyuncunu almaq klubun oz isidir.Hercend ki,Xezer Lenkeranin UEFA da ve premyer liqadaki oyunlari zamani indi getirilen futbolçularin seviyyesinden asili olaraq ugur qazanmaq olar ve ya ugursuzluga ducar olmaq olar.Bax bunu klubun prezidenti nezere almali ve teleb etmelidir.Lenkerandan elave etraf rayonlardan da Xezer lenkerana azarkeslik edenler var.Onlarin da fikirleri nezere alinmalidir.Cunki Xezer lenkeran tekce lenkerani deyil butun cenub bolgesini temsil edir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
10. XLTural [Материал]
novbeti movsumde xezer zaur ramazanovun seviyyesinde olacaq ya zaur ramazanov xezerin seviyyesinde olacaq ???????????????????????????
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
9. Fariz [Материал]
1.Xəzər Lənkəran Klubunun muzeyi yalnız VİP lojanda məskunlaşanlar üçün nəzərdə tutulmamlıdır.Minlərlə azarkeş hələ də muzeyi görə bilməyib.
2.Komandada olan qapıçı problemi həll olunmalıdır.
3.Hər təlim məşq toplantısında kazım kazımlı,Amid Hüseynov heyyətlə birgə iştirak etsə də çempionat və kubok oyunlarında meydana çıxa bilmirlər.Bunu görən digər yerli futbolçular da həvəsdəb düşürlər.
4.Komandanın əsas heyyətində olan ransferlər bizi qane etmir.
5.Baş məöşqçi avroliqda da bir şey edə bilməsə getmək haqda özü qərar çıxarmalıdır.
6.Aşağı yaş qruplarının komandaları yalnız olimöiya komleksində məşqlərini günorta saat 15:00-da davam etdirirlər.Bu isə onların futbolçu yetişməsinə xidmət etmir.Lənkəranın təbiəti zəngindir.Ən azı dəniz sahilində məsələn Kənarmeşə kəndi yaxınlığında məşqlərin davam edilməsi və s. lazımdır.
7.Klubun mətbuat xidməti o biri klubların mətbuat xidmətlərinin praktikaslından yararlanmalıdır.
8.Stadion mühafizəçiləri qonaq və jurnalistlərə qarşı nacə davranmaq lazım olduğu haqda təlimatlanmalıdırlar.
Növbəti şərhlərimdə yenə irad və təkliflərimi qeyd edəcəyəm.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
8. Elman Dadaşov [Материал]
Baki ve diger komandalara guclu oyuncular getirildiyi halda bizimkilerin transfer etdikleri oyuncular zeifdir.Biz hemise olke futbolunda bizirnci olmusuq.Oktay Deleloglu,Ivan Svetkov,Mario Souza kimi oyunculari olke futboluna bexs eden Xezer Lenkeran geri qalmamlidir.
Ugurlar Xezerimize
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
7. AzerXezerL [Материал]
Bas mesqcinin istefasina nail olmaq ucun klub rehberliyine hansi muraciet olunmalidir.Biz stadionda istefa dedikde klub rehberliyin xosuna gelmir,bes onda nece eetiraz ede bilerik.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
6. Samir [Материал]
Daha bir sualım var.
Ötən mövsümün sonların həm çempionluq həm də kubokun əldən çəxmasında kim günahkar sayıldı.Mövsüm bitəndən sonra klub daxili toplantı keçirilib bu məsələ müzakirə olunmalı idi.Əgər belə bir toplantı keçirilibsə nəticəsi necə olub və əgər günahkarlar təyin olunubsa hansı cəza tətbiq olunub.Bu barədə mətbuata heç bir məlumat verilməməsi anlaşılandır.Ancaq azarkeşlərin bu hada məlumat almaq haqqı var.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
5. Samir [Материал]
1.Klubda seliksiyaner məşqçinin olması zəruridir.Neftçidə Bəxtiyar Musayevin olması faktı onlara Denis Silvanı və əlavə Braziliya A seriyasında oynayan ikinci futbolçunu qazandırdı.Bizim klubda bu boşluq doldurulmalıdır.
2.Komandada fiziki məşq prossesi çox pis qurulub,bu da həllini tapmalıdır.
3.Komandanın heyyətində Jaba kimi futbolçunun olmasını istərdim.
4.Komnadanın heyyətində pleymekr funksiyasını yerinə yetirəcək futbolçunun alınması işi niyə getmir.
5.Müdafiədə İneman və Pexa kimi hendür boylu futbolçuların olmaması komandada problemlər yaradacaq,bu işdə klub rəhbərliyi baş məşqçiyə təsir edə bilər.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.06.2010
4. Tural [Материал]
zaur ramazanovun transferində kim rol oynadı,Klubun prezidenti ya baş məşqçi.Hər halda Zaur özü apasporta müsahibə verənddə demişdi ki,Mais Mənsimov ona zəng edib komandanın heyyətinə qatılması üçün dəvət edib.Bilmək istəyirəm klub prezidenti özü zaurun komandaya gəlməsinə qərar veribmi ?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

20.06.2010
3. Aftandil Babayev [Материал]
Menim demək istədiyim Xəzər bu transferlərələ hara kimi getmək istəyir.Niye Xəzəri pis gunə qoyublar.Bizm Bakı və İnterdən nəyimiz ustun deyil.Xəzər nə vaxt axır ki avropafda sevindirəcək.Suallarım çoxdu
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

1-25 26-27
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz