Nə
qədər çalışırıqsa da yenə internet şəbəkəsinin itməsi ilə əlaqədar saytımızda yaranan
problemlərdən yaxa qurtara bilmirik. Saytımızın fəaliyyətinin ilk günlərindən bəri Lənkəranın internet klublarını gəzir və əlimizə
düşən informasiyaları azarkeşlərə çatdırmağa çalışırıq. Bir çox hallarda isə bizdən asılı olmayan səbəblər üzündən çətinliklərlə rastlaşırıq ki, bu da saytımızın
fəaliyyətində fasilələrə yol verilməsinə səbəb olur. Premyer liqanın XX turunda
keçirilən "İnter” – "Xəzər Lənkəran” oyunu haqqında saytımızda bir başa stadiondan ötürülən
məlumatları təqdim edirdik. Matçın birinci hissəsinin sonundan başlayaraq
təxminən 25-dəqiqə ərzində Lənkəranın bütün internet klublarında internet
şəbəkəsi itmişdi. Biz də oyunun gedişi barədə saytımızı izləyən azarkeşlərə operativ məluamatlar çatdıra
bilmirdik.
Elə
ertəsi gün də eyni halla rastlaşdıq. Fevralın 28-də axşam saatlarında Lənkəranın müxtəlif internet
klublarını gəzərək eyni problemlə üzləşdiyimizdə saytın fəaliyyəti passivləşdi.
Əlimizdə
olan imkanlardan maksimum yararlanaraq saytımızın fəaliyyətində operativliyə
diqqətlə yanaşsaq da təəsüflər olsun ki, bütün dünyanın internetə bağlılığı
artan zaman ölkəmizdə hələ də bu biabırçı problemlər öz həllini tapmayıb.
Güman
edirik ki, saytımızı diqqətlə izləyən istifadəçilər problemlərimizi anlayışla qəbul edəcək və saytımızın
səhifələrində məlumat ötürücülüyündəki fasilələrə
görə bizi qınamayacaqlar.
|