www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyun » 11 » Kapitana məktublar silsiləsındən...
01:14
Kapitana məktublar silsiləsındən...
DƏNİZ VƏ BİZ
Mübariz Məsimova
(Kapitana məktublar silsiləsındən)
Bu gün dəniz çox fırtınalı,
bu gün
balıqlar çox süst,
balıqlar çox üzgün.
Bu gün
Ölən balıqların ağzının köpüyüdü
göyərtədə tapdalanan su.
Bu gün
qağayıların hönkürtüsündən
çat verən səmada
yosunlar didik-didik..
Üfüqsüzdü
quşların içindəki səma,
limansızdı
balıqların içindəki dəniz.
Bu gün
olduğundan
daha güclü, daha çılğın
çıxdığımız dəniz.
Heyyətimizdən böyükdü heyrətimiz;
bəlkə
balıqların ahıdı,
bəlkə
gəmidəkilərin günahıdı
bu fırtına?!
Bu gün
bir başqadır dəniz...
Səni
azdırmasın
sularda buraxdığımız iz.
Düşünmə ki,
sən varsan,
mən varam,
biz varıq,
vardır dəniz!
Bu gün
anlamaq zorundasan,
Nuhun gəmisi deyil
sərnişini olduğumuz bu gəmi.
anlamaq zorundasan,
səni də bir sərnişin kimi daşıyır
içinə su kimi dolduğumuz bu gəmi.
Bu gün
anlamaq zorundasan,
bütün gəmilərdə
bir tək kapitan var, bir tək kapitan, -
o da gəmisiylə batan dəniz...
TƏRLAN (ƏBİLOV)
Bölmə: |Baxış sayı: 717 | Yazar: ISLAM |
Всего комментариев: 16
12.06.2010
16. XLTural [Материал]
Flaqmançıya demək istərdim ki,niyə elə həmişə siz bizim Xəzər Lənkəranlıların işlərinə qarışırsınız.Biz heç bilımirik ki,sizin saytlarınız hansılardır,yəqin ki heç yoxdur da.Flaqmançılara niyə bizim söhbətlər belə maraqlıdır.
O ki qaldı şerə mən ikinci dəfədir müəllifin düşüncəsinin dərinliyinə heyran qalıram.Bir söz deyə
bilərəm,müıəllif bizi düşüncədə qabaqlayıb.Uğurlar arzulayıram.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
15. FlaqmanU_S [Материал]
Oz aramizdir sizin seviyyeniz adami heyran edir.Burda ser yazilib siz ise baslamisiz bir-birinizde sehv tutmaga.Men ser heveskari deyilem,amma Terlanin komentlerini oxuyub basa dusdum ki,o bu serde ne demek isteyib.Bizim yanimizda bele sair olsaydi biz onu elimizin icinde saxlayardiq siz ey Xezerliler ne etdiyinizi hec vaxt bilmemisiz.Sizden xahis edirem ki,ozunuzu futbol bilicisi kimi gostermeyin,cunki bu cur sairin qedrini bilmeyenler,futbolun da qedrini bilmezler.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
14. Samir [Материал]
deniz ve biz şerini beyendim,muellife minnetdaram ki,bele bir şer yazmaqla etrafimizdakilarin hansi veziyyetde ve hansi seviyyede oldugunu bilmekde biz yardim etdi.terlen sizden xahis edirem ki,bizi gulmeli veziyyetde qoymaq ucun novbeti bele bir şeri yazib burada oxuculara gostermesin,axi biz hele o seviyyeye catmamisiq.men o vaxtlar aganin gelisini isteyen insanlardan biri idim,hetta bu syatda da yazim bir defe gedib bu haqda,indi de bele basa dusurem ki,men o vaxti yanlis yolda olmamisam.ancaq klubun rehberliyi hedden artiq seviyyesiz oldugundan biz son iki oyunda meglubiyyetle qarsilasdiq.ağani yola salsalar ne olacaqgini dusunende adam dehsete gelir.yerine ya yunis huseynovu,ya ponamaryovu ya da rasim karani getire bilerler.baki kloubuna baxib aldanmaq lazim deyil onlar oz klublari ucun idealdirlar,bizimkilar ise yanlis yoldadirlar.men kimiler illerle bunlari anlada bilmirik ki bs mesqci yox klub rehberliyi gunahkardir nbunlar hele de anlamirlar,terlanin şerini nece anlasinlar.anlasalar da her seyi terse anlayirlar..........
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
13. Djek [Материал]
Şerə söhbət yox,bu komentariyalar isə lap yersi z olube.A bala şerə fikir yaza bilmizsizsə yaazmayın da.şeri başa düşməməkdə çətinlik çəkənlər isə səviyyə söhbətini etməyə haqq sahibi deyillər.Ağa adı ilə yazılanlar Ağasəlim Mircavadovdursa onu səviyyəsiz adlandıranlara bir sözüm var.--- siz nə vaxta qədər EŞŞƏYİ SAXLAYIB PALANI KÖTƏKLƏYƏCƏKSİZ ? Bilmirsiz məgər EŞŞƏK elə EŞŞƏKdir.necə deyərlər duxsuz çatır Mənsimovların cavabını verin,Ağaya ilişməklə vəziyyəti dəyişə bilməyəcəksiz.palanı kötəkləmək isə ən azı səviyyəsizlikdir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
12. terlan [Материал]
hörmetli qezene, her kes öz yaxşı işleriyle qürur duymalı, o cümleden men de, ele sen de! bu şeir parçasının altındakı şerhlerin birini çıxmaq şertile qalanlarının şeire heç bir dexlı yoxdur. o ki qaldı namusa... qeyreti meselesini heç vaxt uzaqdan-uzağa hell etmirler. menimçün bütün lenkeranlı (sizin dediyiniz kimi) seviyyeli azarkeşler hemişe qürur menbeyi olub ve olmaqdadır. eger bilmek isteyirsinizse şeirdeki setr altı bir-iki menanı size açıqlayım. "bu gün anlamaq zorundasan Nuhun gemisi deyil sernişini olduğumuz bu gemi" yeni Xezerde üzen çoxsaylı gemilerimiz ola bilsin ki, bu futbol fırtınasında bizi nicat yoluna çıxarmasın. tekce bu birce setrın altında komandamızda, klubumuzda olan çatışmamazlıqlar yeterince işıqlandırılıb. çox yazıq kı, menim sizlerle birge olmamı bir çoxları anlamır.hele bu azmış kimi meni Mübariz beyi teriflemekde ittiham etmek fikrine düşürler. amma biz bağışlamağı bacarırıq. çünki zamana ehtiyacı olan xestelikleri zaman özü müalice edir. size ve komandamıza yeni mövsümde yeni-yeni uğurlar dileyirem! yolunuz açıq olsun eziz hemvetenlerım!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
11. qezene [Материал]
Terlan, harada yazilib ki, seviyyesiz sozu tehqir sayilir? Senin qurur duydugun Aganin seviyyesi olsaydi choxdandir kishi kimi Lenkarandan getmishdi. Yuzminlerle soyushu de ozune goturmezdi. Ve ya birinci kere qovulan yere qayitmazdi. Gorunur Aga kimiler uchun pul her sheyden ustundur, hetta namusdan da.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
10. CABBARLI (ISLAM) [Материал]
Gördüm ki,şərh yazanların çoxu heç şerin əsasən də sərbəst şerin sətir altı fikirlərini anlaya bilmədi.Amma həqiqətən də bu şer çox gözəl sənət əsəridir.Bu şeri anlayan, nə şəxsən Mübariz haqda,nə də Ağa haqda heç nə yazmazdı.Çünki bu şer özlüyündə nəinki adları çəkilələrdən hətta Xəzər Lənkərandan da yüksəkdə duran məntiqə əsaslanmışdı.O məntiqə ki,yer kürəsinin öz oxu ətrafında fırlanmasına xidmət edir,o məntiqə ki,insanı heyvandan fərqləndirir,o məntiqə ki,Azərbaycan futbolu kimi AFFA,PFL və hakimlər komitələrinin qərarlarından asılı olmur, o məntiqə ki,onun müzakirəsi belə olmamalıdır.Çox təəssüf edirəm ki,mən bu bu şeri saytımızın ana səhifəsində təqdim edib belə şərhlərin yazılmasına şərait yaratdım ki,bu da şerdəki mənanın yox şer ətrafı müzakirələrə səbəb oldu.Nə isə məncə şərhlərə son vermək zamanıdır....
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
9. terlan [Материал]
hörmetli xl fanatı, xahiş edirem şerhleri diqqetle oxuyasınız, yazdıqlarımı semimi qebul edesiniz... men qezeneye cacab vererken doğrudan da "y"herfinin birini unutmuşam, ancaq mentiq yerindedir. söhbet bizden yaşca ve tecrübece böyük olan ağaselim mircavadova seviyyesiz demekden gedir. o ki, qaldı elik beye yazdıqlarım, mence siz elik beyin yazdıqlarında herfi ve mentiqi sehvlerin qederince olmasını danmazsınız. şexsen men seviyye sözündeki " y" herfinin birini unutsam da, seviyyenin özünün ne olduğunu size siz deye müracietle qoruyub saxlayıram. ve sizin mende sehv tutmagınıza pis de baxmıram. ve menim de yazdıqlarımdan kiminse netice çıxaracağı ümumi işin xeyrine olar zennimce. gözel mentiqli şerhinize göre size minnetdaram.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
8. XL Fanatı [Материал]
Terlan bəy, "səviyyə" sözündə 2 "y" hərfi var. Ona görə də sənin Elik_men-ə yazdığın öz sözlərinlə sənə cavab verirəm: "mütaliyenizi güclendirin. çünki ana dilimizde yazdığınız şerhde xeyli sehvler vardır! sehvlerinizi düzeltmeden başqalarında sehv axtarmayın" :-)
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
7. terlan [Материал]
seviye insanları tehqir ederken daha aydin seçilir. size de uğurlar!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.06.2010
6. qezene [Материал]
ubarizi artiq Xezer maraqlandirmir. Mubarzin komandasi olan Beshiktash Neftchi ile qardashliq protokulu imzalayirsa demek Mubarizi Neftchi maraqlandirir. Xezer uchn aldigi oyunlar ve seviyyesiz Agani saxlamasi bir daha bunu subut edir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.06.2010
SER YAXSIDI ANÇQ INDI SER VAXTI DEYIL.BİZİM ÜCÜN FUTBOL DAHA MARAQLIDIR !
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.06.2010
4. FLAQMAN än böyük. [Материал]
Sizin denizin bagrını Neftçi yarır,siz de qırın birbirizi.Onun haqqında şer yazın o da sizi...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.06.2010
3. terlan [Материал]
elik bey, evvela futbolla maraqlandığınıza göre, ve bu şeir parçasına şerh yazdığınıza göre size önceden teshekkür edirem. bu şeir parçasının müellifi men olduğum üçün sizin yazdığınız şerhe şerh yazmaq mecburiyyetindeyem. sual-1, hansı setre esasen siz bizim mübariz beyi teriflediyimize esas verirsiniz? sual-2, siz ne bilirsiniz ki, sizin istedikleriniz o şeirde teleb olunmur? size meslehetim-1, şeiri anlamaq üçün evvelce ana dilimizi mükemmel öyrenin, 2- mütaliyenizi güclendirin. çünki ana dilimizde yazdığınız şerhde xeyli sehvler vardır! sehvlerinizi düzeltmeden başqalarında sehv axtarmayın ve bir de bilmediyiniz, anlamadığınız yazılara şerh yazmayın(bu bir ricadır elbettde) bu sizi gülünc veziyyetde qoyur. size uğurlar!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.06.2010
2. Elik_men [Материал]
Siz de avarısız bex terifi vermekle.Teleb edin de,Bakı xaricden meşqçi alır,futbolçu alır.Bizimkiler ne edir ki ? Mübarizi teriflemekdense yazın ki,iş görsün.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.06.2010
1. Parsha [Материал]
Жаль что не понемаю...Хотя..()
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz