Ana Səhifə» 2010»Mart»30 » Kim kimdir və ya kim Azərbaycan futboluna xidmət edir.
00:52
Kim kimdir və ya kim Azərbaycan futboluna xidmət edir.
Kim kimdir və ya kim Azərbaycan futboluna xidmət edir.
Azərbaycan futbolu “Xəzər Lənkəran” klubu və azarkeşləri olmasa nə vəziyyətdə olar.Yəqin ki,bir çoxları bu suala konkret cavab verə bilər.Amma buna kim cavab verə bildi.Bilənlər və bilməyənlər.(Tam siyahı)
Bilənlər.
1.AFFA rezidenti Rövnəq Abdullayev . Son anda Azərbaycan futbolunun gözəlliyini və keyfiyyətinin təminatçısı olan “Xəzər Lənəran” klubunu və azarkeşlərini qorudu.Bu addımıyla ali futbol qurumunun rəhbəri ölkə futbolunun inkişafında maraqlı olduğunu və böyüklüyün nə olduğunu göstərdi.
2.Mətbuat .Telekanallar,Xəzər tv başda olmaqla .İnternet saytları,”Fanat.az”,”Apasport.az”,”qol.az”,”Azerisport.com” başda olmaqla.Idman və futbol qəzetləri,”Futbol+” qəzeti başda olmaqla.Burada “Futbol+” qəzetinin bölgə müxbiri Hüseyn Cəbrayıloğlunun futbol adına etdikləri və azarkeşləri müdafiə etməkdə rolu danılmazdır.
3.Azarkeşlər –Bütün “Xəzər Lənkəran” azarkeşləri və mübarizəmizdə bizə həmrəylik göstərən digər klubların fanatları başda “İnter” fanatları olmaqla.
Bilməyənlər.
1. Ramin Musayev,ümumilikdə bu işlərdə böyük pay sahibi oldu və hadisələrin baş iştirakçısı oldu.
2.AFFA nümayəndəsi Namiq Məstənov, həmin başı bəlalı oyunda meydana daxil olan azarkeşi vurdu və araqarışdıran hərəkətləri ilə azarkeşləri qıcıqlandırdı.
3.Xaqani Məmmədov,tapşırıqla göndərdiyi hakimlər briqadasına bəraət qazandırdı və haqqı nahaqqa verdi.
4. Əfqan Həmzəyev bütün oyunu bərbad vəziyyətdə idarə etdi insanları ələ saldı.(Sonradan onun yalnız icraçı olduğu anlaşıldı)
.
5.Elnur Əşrəfoğlu və Tahir Süleymanov “Neftçi” klubunun mövqeyini ortada qoymaqla təmsil etdikləri klubun apardığı siyasəti açıqladılar.Bu siyasət, futbolun inkişafına qarşı çıxan Ramin Musayev və Xaqani Məmmədovun siyasətinə tam uyğun gəldi.
6.İdman Azərbaycan kanalı.Matçı canlı yayımlamadı,video görüntülərdə montaj etdi ,oyunun video yazısını tam təqdim etmədi və hadisələrə birtərəfli yanaşdı.
7.”Neftçi” klubunun fanatları .Baxmayaraq ki,”Xəzər Lənkəran” azarkeşləri həmin oyunda “Neftçi” azarkeşlərinə heç bir fiziki təzyiq göstərməmişdilər və baş verən olaylarda paytaxt klubunun fanatlarını qınamırdılar.Lakin “Neftçi” fanatları bununla belə bizlərə məlum olmayan səbəblərdən azarkeşə xas olmayan tərzdə futbol rəsmilərini müdafiə edirdilər.Bax bu ən üzücü bir məqamdır.Həmrəylik göstərməmək onların haqqı idi, amma PFL –in və hakimlıər komitəsinin rəhbərləri ilə “Neftçi” azarkşlərinin həmfikir olması qəribədir və şübhəlidir.Digər klubların fan klubları və sadə azarkeşləri bu hadisədən nəticə çıxarmalı və “Neftçi” azarkeşlərinin hansı amala qulluq etdiyini anlamalıdırlar.
Ay qrdash kimden ne umuruq...Azerbaycanda musteqil fanat fanklub varsa o da yalniz XEZERE mexsusdur... Hamisi bunlarin klubdan maliyyelesir pula xidmet edir ne futbol. Belede aydindi ki klubun caldiqi havani oynayacaqlar da.......
Neftci fanklubunda kimlerdi bilmirik hamisi pulun qulu...ESL NEFTCHİ azarkesleri coxdan lap coxdan bele haqsizliqlari gorub cekilibler bir terefe . Onlar da bezib neftchinin bu cur hoqqalarindan..... Ama heyf insan gerek haqqi nahaqqa vermesin cunki 1 gun nahaqq gelib onun da qapisin doyecek.....
Qeyd etdiyiniz kimi Finlandiya ilə oyunda biz Neftçi fanatlarına Lənkəranda xoş münasibət göstərməklə heç də pis iş görməmişik.Biz Xan Lənkəranlıya yaraşan tərzdə qonaqpərvərlik etdik.O səbəbdən də məncə peşiman olmaq lazım deyil,biz belə etdik onlar isə təəsüf ki,matın 27-dəki oyundan sonra PFL-in və hakimlər komitəsinin rəhbərləri olan Ramin Musayevlə ,Xaqani Məmmədovun fikirlərini təsdiq etdilər.Məncə futbol azarkeşi azad olmalıdır.Hər hansı futbol azarkeşinin futbol rəsmiləri ilə fikir birliyi şübhə doğurur.Hər nə isə biz bir Xəzər Lənkəran azarkeşi olmaqla yanaşı həm də daha azad və müstəqil düşünə bildiyimizə görə fəxr edə bilərik.
nEftci fanatlari deyende, Islam muellim siz bu bedbaxtlara Finlandiyaynan oyunda yaxshi munasibet gosterende hele bilmirdiniz ki, onlar .....? Uzur isteyirem ifademe gore.