Ana Səhifə» 2010»İyul»1 » Klubda bircə nəfər onun qədər sevəydi "Xəzər Lənkəran"ı,bircə nəfər...
03:00
Klubda bircə nəfər onun qədər sevəydi "Xəzər Lənkəran"ı,bircə nəfər...
May ayının 15-də "Xəzər Lənkəran" - "Bakı" oyunun başlamasına 5-dəqiqə qalmış "Fırtınlar Meydanı"nda azarkeşlərə köynək paylayan, 10-gün əvvəl isə "Olimpik Şüvəlan"la kubok oyunu zamanı stadion mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülən, "Öncə vətəni sonra səni sevdik, Xəzər Lənkəran " fikrini gündəmə gətirən Abbasov Hamlet.Bir neçə il öncə "Qarabağ"la oyunda "Xəzər Lənkəran"ın məğlub oduğunu qəbul edə bilmədiyindən huşunu itirən,sevimli komandasının bütün ev oyunlarında, oyunun başlamasına 4-5 saat qalmış stadionun qarşısında gəzişən,komandanın hər ev oyununda 25 bilet kassadan pulla alıb paylayan, "Neftçi" ilə oyundan əvvəl "Xəzər Lənkəran"ın qələbəsi üçün Lerik yolunun 40-cı kilometrində yerləşən "Baba ocağı"na ayaqla getməyi nəzir edib əhdinə sadiq qalan da odur. "Xəzər Lənkəran" yarananda ilk dəfə hələ 2004-cü ildə klubun hesabına səfər oyunlarına yola çıxmağın əleyhinə olub öz hesabına azarkeşləri səfər oyunlarına aparan,azad düçüncə ilə,klub rəhbərliyi ilə təmas qurmadan fanat hərakatının yaradılmasına qol qoyan,stadionun tikinsində pulsuz fəhləlik edən və s. sadalamaqla qurtaran deyil,Hamlet əminin "Xəzər Lənkəran"la olan sevgi məcaraları.
İndi Lənkəranda, komandadan və klubun fəxri prezidentindən küsən azarkeşlər onu qınayanda mübahisə edib :- "Xəzər Lənkəran"sız mənə həyat yoxdur ! - deyən bu ağsaqqal, "Xəzər Lənkəran"dan yalnız qələbə xəbəri gözləyir.
Onu anlamaq üçün onun yaşadıqlarını yaşamaq gərəkdir,onu anlamaq üçün onun qədər sevmək lazımdır...
Klubda bircə nəfər onun qədər sevəydi "Xəzər Lənkəran"ı,bircə nəfər...
"Xəzər Lənkəran", onun üçün,onun kimi sevənlər üçün oyna və qələbə qazan !