Ana Səhifə» 2010»Noyabr»9 » Komandanın doktoru sağaldı, indi qaldı futbolçular...
19:59
Komandanın doktoru sağaldı, indi qaldı futbolçular...
"Xəzər Lənkəran” futbol klubunda çalışan Boris
Xetaqurovun səhhətində problemlərin yarnadığı barədə xəbərlər yayılmışdı.
Məhz
bu səbəbdən, Xetaqurov "Xəzər Lənkəran”ın Premyer Liqanın XII turu çərçivəsində
noyabrın 6-da səfərdə "Qəbələ” ilə keçirdiyi qarşılaşmaya yollana bilməmişdi.
Boris
Xetaqurov 1965-ci
ildən 2003-cü ilə qədər "Neftçi”də, 1992-ci ildən 2006-cı ilədək Azərbaycan
millisində çalışıb. O, 2004-cü ildən "Xəzər Lənkəran”ın həkimidir. Xetaqurov
həm də 1989-cu ildən Azərbaycanın Əməkdar Həkimidir.
Noyabrın
9-da "Xəzər Lənkəran”ın məşqində futbolçuları diqqətlə izləyən Boris Xetaqurovu
görüb biz də sevindik: -"Həmişə ayaq üstə, doktor” deyə sevincimizi komandanın
doktoruna çatdırdıq. O da cavabında təşəkkür etdi.