www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Sentyabr » 15 » Kuezinqenin nağılı-yeni versiyada.
02:57
Kuezinqenin nağılı-yeni versiyada.

“Kuezinqe” ve ya qanadı sınmış serçe balasının nağılı. (Tercüme eden -Xaqani Memmedov)
-Xaqani, ay Xaqani, başın batsın ay Xaqani...
Qonşu arvad yene deyesen seherden başımızı xarab edecek axı,gerek cavab verem, yoxsa o biri qonşuların gözü önünde meni biabır eder.Bu da menim seherim,seher açılandan merdimezar qarı, “başı batmış” deye meni sesledi, bu günüm de bele başladı.Qapıya çatanda, poçt qutusuna yaxınlıqda yere düşmüş “Futbol+” qezetini görüb,her qezete göre 40-qepik elave verdiyim qezet satan Arifin ünvanına bir neçe dodaqaltı ifade yolladım.Ne edime, ayın axırında 20-qezete göre 8-manat evezine 16-manat verirem,bu qeder yolu getirib yere niye atır ki.Qezetin üst sehifesinde,manşetde Xaqani Memmedov...oxuyub-a bala biz Xaqaniler meşhuruq da qezetin harasında olmalıyıq axı özüm ve adaşımla fexretdim.
Qonşunun evine bizim su bakından su damıbmış,ne ede bilerdim,başladım qoca qadın üçün heyat bilgisi kitabından get- gel edib bitirdim Tolstoyda.Sonluq maraqlı idi, “herb ve sülh” deyen kimi :
-Ade sen mene ...altı gelmeya, ne herb ne sülh,bakın daşıb evimi su aparıb.Menim üçün niye “kuezinqenin nağılı”nı danışırsan.
-Ay arvad seher seher ne olub axı,Hamleti çağıraram gelib el çeker de.
-Ay başı batmış, Hamletin düzeltdiyini gerek bir de düzeldesen, o dure keçen defe turbaları da gelib remont eledi ,ne oldu yene damıre, göl emele gelib,xaraba qal ev eşiyim.Hamletin hesabına bütün atalar sözleri menim evimde öz eksini tapıb...
Qonşunun şerinden bir teher qurtulub, qezeti acgözlükle oxumağa başladım.Bu Hüseyn Cebrayıloğlu da lap ağını çıxarıb,ne eşidir götürür qelemi başlayır yazmağa. Deyirler o heç qelem işletmir,ele bir başa internet klublarda oturub kompyutere yazır.Maraqlıdır göresen niye hele de evinde kompyuteri heç olmasa noutbuku yoxdur. "Şefaet" qapısını niye bağlayıblar.Yeqin acı yazmaqdandır,ilişir baxmır kimdire.Bir deyen lazımdır ki, senin Xaqani Memmedovla ne işin var ,birden dalında duranlar esebleşer ya iş böyüyer, neft rövneqlener seni qaralayar.Ağ eleyenlıerin axırı qaralanır a ...
Divanda oturub öz fikirlerimi düz qoş edirdim,birden qapı döyüldü,ele bildim atamdır.Açdım gördüm qonşu arvad:
-Xaqani, seni görüm su deyesen çiyinlerini qapasan,o ne dir ede, getirdiyin o Hamlet gelib üzüme durur ki,su bizim eve axmır.Kor gözleri ile görsün deye gösterirem ki,bax bu trubanın dibi ile gedir su , deyir ki,bu suyu hesaba almaq olmaz.Çünki o biri divardan bu divara temas olub.Sonra da deyir ki,bizim kuxna ofsayta düşüb.Başı xarab olub nedir...

Naleyi qarğışların fonunda geden söhbetin qızğın yerinde qapının arxasından uzunluğu 25-sm olan, eni ise qalın kabeli xatırladan barmaqlar göründü,zehmetkeş ellerin sahibi olan Hamleti görüb sevindim. ”Xezer-Lenkeran”ın qollarını hakim saymadığı üçün o da iki gecedir esebden yata bilmeyir ve seher tezden bazara gedib orada Adile rast gelib o da gönderib menim üstüme ki,gelib menden bir xeber eşitsin,qonşu arvadda qappazlayıb onu.
-Xeber deyende, Hamlet emi, budure qezet yazır ki,Xaqani...
-Ay onun...ulduzlar menim -deyib Hamlet başını yeke elleri ile tutdu.Sonra da qonşunun elinden meni ala bildi.
-Ay nene, bax Türkiyeni baş bütövlü su aparıb ordakı insanlar bele şiven salmırlar,su du da aydınlıqdı,düzelderem.
Sonra birlikde bazara yollandıq,bazarda qiymetler od tutub yanırdı.hamlet tez o odda bir siqaret de yandırdı.Hamı hakimlerden ve Xaqaniden danışırdı,az qala 1-kilo evezine 700-qram alma satan Akife xala da Xaqanini günahlandıracaqdı.Amma men ayıq terpenib ilham perisi ile birge qafiye tutmağa uçan Terlan hele yere enmemiş tez onun terezisinde aldığım almanı yoxladım ve çekide aldanmadım.Biz Lenkeranlılar Xezerimizin vurduğu qolları hesaba almayan hakimlik terefinden aldanandan sonra daha çekide aldanmırıq.Bizim öz çekimiz var,çekisizlikde yaşayanlar bu meseleni anlamazlar, sözle de anlada bilmeyeceyimi bilib üstünden öteri keçirem.Siz de keçin.
Günortaya yaxın melum oldu ki,Xaqani müellim şerhçilik kurslarına gedirmiş ve ona göre de hakimin qulağından qulaqcığı götürüb.Aztv-nin şerhçilik mektebi böyük mektebdir,ne olar öyrenmek de heç vaxt gec deyil.Atalar bekar qalıb o vaxtlar sehven deyibler ki, qırxında öyrenen...
Bununla işimiz yox,esline baxsan heç ne ile işimiz yoxdur.Bu yazıdan sonra belke kiminse bizimle işi oldu.He bir de dünen baxdım idman saytlarına her yerde "Neftçi" haqda yazı gördüm.Bu paytaxt jurnalisleri el çekmirler de "Neftçi"den.Onları qınamaq da olar , olmaz da .Olar ona göre ki,düz de olar.Olmaz ona göre ki,ne etsinler Vaqif Cavadovun oyununu beyenen jurnalistlerinin savadı bu qederdir.Azerbaycanın futbol jurnalistleri reklam şitine benzeyir, üstündeki deyişilen rengli kağızlar onların futbol haqda düşünceleridir. “Futbol+” qezetini göresen "Neftçi"ye aid yazıya göre çox alırlar,ya "Neftçi"ya aid yazıya göre az alırlar .Bu qezet de deyirman kimi işleyir, Hesen adlı deyirmançının tecrübesi var onlarda.
Fanat.az ele hey “Xezer-Lenkeran”dan yazır,uşaqlar isteyirler yaxşı bir şey yazsınlar di gel ki...Onlar da ayağımız hara başımız da ora deyib gedirler.
Yazını teqdim etdiyim bu sayta da toxunmaq isterdim,ne edim özüm kirayedeyem kasıbçılığın acısını men de bilirem.Saytın admini olan Dünyamalıyev uşaq zalında komyuterde futbol oynayır...
Deyesen gecdir? vaxtın nece keçdiyini heç bilmedim, balaca da yatmır,gedim onun üçün bir nağıl danışım.Xaqani Memmedovun nağılını ya da Kuezinqenin nağılını ferqi yoxdur onsuz da ikisi de eyni menanı verir.
Xaqani Memmedov-Lenkeran dövlet universitetinin II kurs telebesi.

Bölmə: |Baxış sayı: 1644 | Yazar: Xaqani |
Всего комментариев: 1
15.09.2009
1. Savad Tapmalıyev [Материал]
Oxudum yaxşı nağıldır . Bunu yazan görünür çox savadlı adamdır Zarafat deyil LDU-nun telebesidir. Amma deyesen gec yazıb yuxusuz olub , bir az qarışdırıb fikirlerini .
Xülase nağıl danışdılar. Qulaq asın men de size bir tapmaca danışım , düzü tapmaca deyil amma tapmaca fason bir şeydir. Kim tapsa ona iki otaqlı bir menzil vereciyem.
Bir defe qoca bir kişi yolla gedirmiş bağlı busatlı bir evin kenarında iki uşaq görür onlardan biri eline qısa ağac parcası götürüb toyuq , cüce , ördek qabağına çıxan ne ev heyvanı varsa qatıb qabaqına qovalayır. O biri uşaq ise uzun bir çomaq ile meyve ağacını silkeleyib özü üçün armud toplayıb yeyir. Qoca heyvanların ses küyüne dözmeyib eline ağac almış uşağa acıqlanır ki, işin olmasın yazıqlarla get sen de yoldaşınla meyve ye. Eli qısa agaclı uşaq da kişiye qayıdır ki, menim uzun çomağım yoxdur ona göre de neye elim çatır onu da qovalayıram. Bu zaman meyve yeyen uşaq üzünü qocaya tutub deyir : Ay dayı onunla işin olmasın seherden men ona on defe demişem ki, gel meyve ye öz xasiyyeti beledir ağacı qısa olsa da hara geldi soxuşdurur. Başqalarının da ne işini ne de çomağını beyenir. Kişi uşaqlara baxıb ataların bir meselini beyninden keçirir ..... tapın görek hansı meseldir ?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2022
Используются технологии uCoz