Ana Səhifə» 2010»Mart»28 » Lənkəran ziyalıları etiraz edir.
23:33
Lənkəran ziyalıları etiraz edir.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarına Lənkəran ziyalıların müraciəti. Hörmətli prezident,son illər ölkə idmanında qazanılan uğurlar cəmiyyətin digər ziyalıları kimi bizləri də sevindirir. İdman sahəsində qazanılan uğurlar ilk olaraq ölkənin daxili çempionatlarının səviyyəsinin yüksəlməsi hesabına əldə olunur.Bu yöndə də bir çox sahələrdə işlərin uğurla aparılmasını qeyd etməliyik. Futbolumuzda müəyyən uğurlar olsa da hələ də çatışmayan cəhətlər qalmaqdadır. Beləki, futbol üzrə Azərbaycan premyer liqasının XXV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyununda xoşa gəlməz hadisələr baş vermişdir. Bu hadisələrin səbəblərini araşdırmaq vəzifəsi ölkənin futbol qurumlarının üzərinə düşür. Lakin oyun günü Lənkəran şəhər stadionunda oyunu canlı izləyərək meydanda baş verənlərin şahidləri kimi biz ziyalılar hadisələrin baş verməsini bir ziyalı olaraq qiymətləndirməyə borcluyuq. Həmin günü meydanda AFFA hakimlər komitəsinin Lənkərandakı oyuna təyin etdiyi hakimlər briqadasının özbaşınalığı azarkeşləri təxribata çəkməkdə idi. Birtərəfli hakimlik stadiona toplaşan 14.000-insanın əsəbləri ilə oynadıqca bir neçə azarkeş meydançaya daxil olaraq hakimə hücum etdi. Biz Lənkəran ziyalıları hər hansı bir zorakılığın əleyhinə olduğumuz üçün bu işdə də meydana daxil olan azarkeşlərə bəraət qazandırmaq fikrində deyilik. Amma bu halın yaranmasında konkret günahkarlar kimi azarkeşləri deyil ölkə futbolunun inkişafına mane olan peşəkar futbol liqasının rəhbərliyini, hakimlər komitəsinin və hakim inspektorlar komitəsinin rəhbərliklərini görürük. Beləki Lənkəranlı futbol azarkeşlərinin çılğınlığını çox gözəl anlayan adları çəkilən futbol qurumalrının rəhbərləri Lənkəranda futbol oyunu adı altında bir komediya qurmuşdular. Bu yolla da istədikləri komandanı futbol birinciliyində irəli çəkməyə çalışır, təmiz idman mübarizəsinə şərait yaratmırlar. Bu vasitə ilə də bilərəkdən Azərbaycan futbolunun inkişafı dövlət proqramının müddəalarına zidd hərəkət etmiş olurlar. Belə əməlin bir adı var o da təxribatdır. Cənab prezident, biz aşağıda imza edən Lənkəran ziyalıları, sizə müraciət edərək, bu hadisədə günahkar olanların sərt və qəti şəkildə cəzalandırılması üçün tərəfinizdən göstəriş verilməsini xahiş edirik.
Məmmədov Qurbanəli - prokurorluq veteranı. Nüsrətov Nüsrət – prokurorluq veteran. Mirzəcanaov Mirzəcan.-polis veteran. Məmmədov Fazil - polis veteranı İlqar Ağayev - İş adamı Elşad Səfərli - filologiya elmləri namizədləri. Ayədddin Əliyev Kamran Kazımov Məmmədhüseyn Hüseynov Rəşad Əliyev - cografiya elmləri namizədi Ənvər Şahqubadbəyli Lənkəran dövlət universitetinin baş müəllimi Nicat İsmayılov – LDU-nun şöbə müdiri Qorxmaz Ağayev - LDU-nun şöbə müdiri Xandadaş Şahqubadbəyli - veteran həkim Tərlan Əbilov - yazıçılar birliyinin üzvləri.,şairlər. Oktay Zəka . Nurəddin Rəhimov. Məmmədov Fərahim - Azkomunallayihə Lənkəran filialının direktoru Məlikov Əfqan - iş adamı Məlikov Şahin - iş adamı Əliyev Ceyhun - iş adamı İlkin Atakişibəyli - İş adamı.Və s.
Saytımıza kənar müdaxilə olunarkən söyüşlü şərhlər yazmaqla yalnız müdaxiləçilərə yardım etmiş olursunuz.Bir daha xahiş edirik, etik normalarla fikir mübadiləsi aparın.
1937SEN 41-45SEN NESEN BİLMİREM HER P..SAN BİLMİREM.XEZER LENKERAN AZERBAYCAN CEMPİONU OLANDA 23 İL BUNDAN QABAQ SEN ONDA QARŞOGDA ULDUZ SAYİRDİN BElKE DE HEC YOX İDİN.GED BİR AZ FUTBOLNAN YAXŞİ MARAGLAN.XEZER LENKERAN İLLERDİ VAR OLUB OLACAQ DA BUNU BOSBASİZA SOXSUN DUSMENNERİ!!!!!!!!
XEZERIN 5-6 ILLIY YAWI VAR DA...GUYA O KLUB YARANMAMIWDAN EVVEL AZERBAYCANDA FUTBOL YOX IDI ? NEFTCHI , QARABAG, SHEMKIR, TURAN KIMI KLUBLAR AT OYNADANDA XEZERIN HELE IZI TOZU YOX IDI... OYUN ALQI SATQISINA DA GELENDE IMAMXAN SULTANIN NEFTCHINI NECE UDUZDURDUGUNUN HAMI SHAHIDIDI ! QEBELENI SON TURDA PULNAN MEGLUB EDEN DE SIZSIZ...TAK CTO TAPSHIRIG, PUL SOHBETINNEN HEC OLMASA SIZ DANISHMIYIN...
BU OYUN SADECE HAKIM BIABIRCILIGI IDI.YAXSI KI AZTV GOSTERMEDI BIABIRCILIGI BUTUN DUNYA GORSUN.AZERBAYCANDA HEC ZAMAN FUTBOL OLMUYACAQ,EGER BELE GETSE.
MEN UZUMU BUTUN AZERBAYCAN FAN KLUBUNA BUTUN FUTBOL BILICILERINE VE FUTBOL JURNALISTLERINE TUTUB DEYIREM.GELIN REAL DANISAQ EN COX HANSI KLUBUN OYNUNA GELIR,EN COX FUTBOLU SEVEN HANSI KLUB AZERKESIDIR?
BAX BU KLUBU MEHV ETMEK ISTEYIRLER.DAHA BILMIRLER KI BU KLUB OLMASA AZERBAYCAN CEMPIONATI KIM BAXACAQ ANCAQ EHTIYAT SKAMEYKA. DIQQETINIZE GORE COX SAGOLUN.
Vetenden uzaqda oldugumuz üçün ve telereportaj olmadıgı üçün oyuna baxa bilmedik.Amma her şeyden xeberimiz vardır.Türkiye metbuatı da hakimlikden yazıb.Türkiyede işleyib yaşayan Azerbaycanlı ziyalılar da bu meseleye etiraz edirler.Ölke prezidentine ünvanlanan müraciete qoşuluruq.Qoy edalet zefer çalsın.
Flaqman otur yerinde!bize edaletli oyun lazimdi,Neftci hal-hazirda futbolumuzda olan qara lekedi!-Turani aldilar,Karvana,Muqana,Intere haqsiz penallar.hele de danismaqadiliniz var?