“Bakı” klubunun rəsmiləri və futbolçularının nəzərinə:
Həyatın bütün sahələrində olduğu kimi futbolda da yazılmış və yazılmamış qaydalar vardır.Onların birincisinin təmin olunması məcburi olduğu halda, ikincisi insanların ixtiyarına buraxılır.Düzdür, bilirik ki, “Bakı”nın tarixində yazılmamış qaydalara saymazyana münasibət ilk dəfə deyil təsadüf olunur.Bir neçə il əvvəl Lənkəranlıları ədəbsiz jestlərlə təhqir edən Xalidu Sissokoya nə etdilər ki, “Bakı” rəsmiləri.Onlar üçün Lənkəranlıların mənliyi heç nə imiş yəqin...
Amma Lənkəranlıları təhqir edəni, sıralarında saxlayanlar, yazılamamış qaydalar haqda yəqin ki, məlumatsız və ya xəbərsiz deyildilər.Bəlkə də sadəcə onlar üçün ədəbsizlik adi haldır.
FAİR PLAY qaydaları da futbolun yazılmayan ədəb-ərkan qaydalarıdır.Çox təəsüüf ki, pis işlərə vərdiş edən “Bakı” klubu belə qaydalara məhəl qoymur. "Bakı" üçün bu qədər...
*
Telekanallar da “Bakı”nın qola sevinən futbolçularına bəraət qazandırır və hadisəni adi qəbul edirlər.Əslində bu ilk belə addım olmadı...
“İdman Azərbaycan” kanalı artıq çirkinlik girdabından qurtula bilmədiyindən belə edirsə,digər telekanalların da “İdaman Azərbaycan”dan nümunə götürməsi anlaşılan deyil.Kimlər nə edirsə öz səviyyəsini göstərir. Əksəriyyət ətərfindən təqsirli sayılan Kamran Ağayev bir Azərbaycanlı gənci olaraq final matçından sonra ağladı.Oyunda məğlub olduğu üçün deyil,insanların bu qədər ədalətsiz davranışına,rəqib komandanın bunca namərdliklərə əl atacağına inana bimədiyi üçün ağladı. “Bakı” klubunun ləkəli kuboka sahib çıxdığında sevindiyini görərək,paytaxtımızı təmsil edən klubun “böyük”lərinin cılızlığına təəsüflə baxaraq ağladı...
*
Marqlıdır,görəsən Kamran Ağayev milli komandanın heyyətində də eyni epizodla rastlaşarkən,topu tuta bilməyib qapıya buraxarsa,teleşərhçilər və futbol mütəxəsisləri buna necə reaksiya veərərlərmi ? O zaman görərik biz bir millət olaraq ədalət hissinə nə qədər yaxınıq .O zaman , FAİR PLAY qaydalarına qarşı münasibətimiz də aydınlaşardı...
hormetli Dr.Mirhafiz DUZ deyirsiz amma ay qardaw ne qeder olar... men vallah bezmisem , eybi olmaz vurdular qolu vurdular indi de biz bundan yaxsi bir ders goturek... belkem duz demirem? inwallah iyulun 1 ve ya 8-ne ele bir show duzeldek ki hemiseki kimi Azerbaycan klublari MAT qalsin... Axi biz Xezerliyik , Axi biz bir yumruguq , axi biz Cenubluyug , axi bizim azerkesler usaglar deyiller... Belkem teze movzu acag ??? Stadionu biraz BOYUTSUNLER???
idman azerbaycan kanali yarananda ele bildim idmanimiza tekan olacaq .amma tersine oldu onlar futbolumuza leke oldular.heqiqeti deye bilmeyen insan olume mehkumdur.
Hörmətli Emin Masallılı, əlbəttə biz nəinki Avrokuboklara hələ gələn çempionata da hazırlaşmalıyıq. Amma İnsan toz torpaqlı və ya palçıqlı yerdən keçərkən üstbaşı bulanıbsa, üstbaşının tozunu, palçığını təmizləmədən yoluna rahat davam edə bilməz əlbəttə.
Xəzər tv qara siyahıya düşmədi.Əksinə hər şeyi olduöu kimi göstərməyə çalışdı.Buna görə də onlara təşəkkür etmək lazımdır.verilişin qonaqları arasında olan FUTBOL + qəzetinin baş redaktoru Mahir Rüstəmli isə bu qəzetin Azərbaycan idmanında və xüsusən də futbolunda aparıcı rolunu bir daha təsdiqlədi.Azərbaycan futbolunun ədalət balansını mətbuatda qoruyan FUTBOL + qəzetinin rolu baş redaktorun ifasında bir daha bilindi. FUTBOL + qəzeti Lənkəranlı azarkeşlər ədalətli haqq səsinə səs verdi,deyə biz də o qəzetdə çalışanlara minnəttarıq.
Yazının saytda təqdim olunmasında cəmi bir sat keçməsinə baxmayaraq,Dr.Mirhafizin təklifini bəyənənlərin müraciətləri onlarladır.Hətta adlarını çəkməyəcəyim həmişə layihələrin həyata keçirilməsində maddi yardımını əsirgə məyən fəal azarkeşlərdən bir qrup,Mirhafiz bəyin təklif etdiyi kadrların hazırlanması üçün 300-manat artıq yığıldığını da bidiriblər. Məbləğin artacağı təqdirdə layihənin genişləndirilməsini də düşünmək olar.Telefon zənglərinin ardı arası kəsilmir.İdman Azərbaycanda efirə gedən verilişin video yazısı kimdə varsa təqdim etsin.Oyunun video yazısı artıq bizdə var.Bundan əlavə XəzərTv və ANS -in efirində olacaq futbol verilişləri yazılacaq.Kimin əlində nə materiyal varsa təqdim etsin.Belə gedərsə daha böyük bir iş görmək mükün olacaq.
Kamran Agayev deyanib 11-metrelik noqtqnin yaninda ve Baki oyunculari centlemen kimi bize topu oturmelidiler. Bu an Baki oyuncusu qashig zerbesiyle Kamranin ustunden topu qapiya vurur. Tebiyi ki oyun deyandiqdan sonra Kamran fikirleshib ki Baki centlemen kimi topu oturer. Amma???? Baki oyunculari utammaz casina sevinir??? Aztv-nin shetcisi tebiyi olarag Kamranin "kobud" sef etdiyini deyir. Siz anlamirsizmi hami bize qarshidir!?!?!? Butun klublar (Interden bashqa), AFFA (hakimlerin eliyle), Aztv, metbuat ve Biz yetim kimi tekiy!!! Ne olar? ALLAH bizi cox istiyer!!! Sizde dushmusun Agaselimin ustune vessalam. Size irad tutmuram, bu sizin haqqinizdir. Amma ilk novbede bu terefide gorun ki bize onsuzda imkan vermezler nese udmaga ister lap Maurinio gelsin. Burasi Azerbaycan!
Bir klub ki Azerbaycan xalqina qeyri etik jest gosteren ve Azerbaycan polisine tupuren ecnebini neyinki qovmadi, xetta ezizledi. Hemin klubdan ne FAIR PLAY gozleyesen??? Centlemenlik Baki fk-ya ayid deyil! Yazixlar olsun Baki fk-a!!!
. Bu yazı bir az reallıqdan kənardır. Çünki, İnanmıram ki, milli komandamızın qapısına belə qol vurulsun. Belə hərəkəti yalnız Afrikanın tayfa-qəbilə üsul-idarəsinin mövcud olduğu geridə qalmış bölgələrinin insanları edə bilərlər ki, təəssüf ki, onlar da futbol görməyiblər. Bu səbəbdən də biz onlarla futbol oynaya bilmərik ki, bizə buna oxşar qol vursunlar. :)
Bu çox gözəl təklifidir.Günü sabahdan Lənkəranın bütün fəal azarkeşləri ilə məsləhətləşmələr başlayacaq.Nə edək bir dəfə də gücümüzü göstərərik. Artıq bir neçə video apartura ilə çalışanlar,operatorlar və mütəxəsislər öz təkliflərini ediblər.İdman Azərbaycan kanalı qara siyahıdadır.Bu gün və sabah Xəzər tv və ANS hkanallarında efirə gedəcək futbol verilişləri də bu siyahıya düşə bilər.Bundan əlavə futbol mütəxsislərini biabır edə bilərik.Üstəgəl Bakı klubu Avroliqada oyunlarına başlamamış bütün dünya o qoldan xəbər tutacaq.Onsuz da bir müddət futbol yoxdur.Fəallar isə bilirəm ki,sakit qalan deyillər.Biz təxminən 1000-nəfəri bu işçə qoşacağıq. Daha kim bizimlədir ?
İnşaallah biz də həm bu qolun görüntülərini, həm bu qola Bakının necə sevinməsini və həm də buna bəraət qazandıran teleaparıcı və digər şərhçilərin çıxışlarından kadrlar hazırlayıb "Anti Fair Play" kimi YooTube də nümayiş etdirməliyik ki, qoy bütün dünya "Azərbaycanda Anti Fair Play" qaydalarının şahidi olsun. Tərəfdarsınızsa şərhləri davam etdirək.