www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Noyabr » 10 » Lənkəranlı azarkeşlər hücuma keçir...
01:29
Lənkəranlı azarkeşlər hücuma keçir...
“Xəzər Lənkəran” –“Neftçi” oyununda Lənkəranlı futbolsevərlərə qarşı baş verən özbaşınalıqlar Lənkəranlı azarkeşlərin hiddətinə səbəb olmuş bu da növbəti azarkeş qarşıdurmasına start verəcək fikirlərin yaranmasına səbəb olur.Biz həmişə demişik bu iki komandanın arasında keçirilən və böyük oyun adlanan skandallı oyunlarının özəyində Aztv-nin başladığı sonralar isə mətbuatın davam etdirdiyi birtərfli mövqe,ayrıseçkilik və bütün ölkə futbol ictimaiətinin marağında olduğu bizə qarşı düşmənçilik,iyrənclik və rəzalət vardır.Həmişə ölkə futbolunda müxtəlif səviyyələrdə bəzən layiq olmadığı qədər “Neftçi”yə üstünlük verilməsi haqlı olaraq Xəzər Lənkəran azarkeşlərinin narazılıqlarına səbəb olmuşdur.Biz “12-ci oyunçu” azarkeş klubu olaraq bütün fan klublarla yaxşı münasibətlər qurmağa çalışaraq,maariflənmə yolu ilə insanlara təsir göstərməyə can atsaq da hər dəfə növbəti maneəyə rast gəldik.Bu dəfə təəsüflər olsun ki,qarşımıza asayiş keşikçiləri çıxdı və ölkənin futbol fanatları arasında ayrıseçkilik salaraq Lənkəranlı azarkeşləri öz doğma meydanında mənən sındırmağa meyilli hərəkətlərə yol verilməsinə çalışdılar.Hadisələrin səbəbkarları kimi ölkə futbolunu idarə edənlərin qabına su tökərək onlara şərait yaradan klub rəhbərliyi dayanırsa bu həm ədalətsizlik həm də yol verilməzdir.Əgər ölkənin futbol ictimaiəti “Neftçi” fanatlarının əli ilə Lənkəranda “Fırtınalar meydanı”nda söyülməyimizə razıdırlarsa və belə hallara göz yumacaqlarsa eləcə də Lənkəranlı futbol azarkeşləri ilə müharibəyə çıxmaq qərarından dönməyirlərsə buyursunlar biz hazırıq. Saytımızda bu qədər vaxt ərzində etik normalar xatirinə bəzi azarkeş fikirlərini təqdim etmirdiksə bu gündən o senzuranı müvəqqəti də olsa aradan götürürük.

Bu dəfə təqdim olunan yazının müəllifi “Bosman” fan klubunun üzvüdür.
“Böyük Oyun” adı ilə tanıdığımız ”Xəzər Lənkəran” – “Neftçi” komandaları arasındakı bu oyunlar seriyasının daha biri arxada qaldı. Lənkəran səhər stadionunda 8 noyabr 2009-cu il saat 17:00- da baş tutan bu matç bir sıra məsələlərlə yadda qaldı. Əvvəla bu oyun bu komandalar arasında ilk qolsuz oyun kimi tarixə düşdü. Ikincisi, son dövrdə stadiona az azarkeş sayının gəlməsinə baxmayaraq, bu oyunda rəsmi məlumatlara görə 12.000 azarkeş sayının qeydə alınması faktı oldu. Rövşən Əhmədovun start fiti ilə oyun başladı. Insafən deyim ki, komandamız oyuna heç də pis başlamadı. Komandamızın hücum futbolu oyunu oynayaraq qələbə istəyində olduğunu sezmək çətin deyildi. Rəqib isə ilk dəqiqələrdən müdaxilə olunub əks hücumlara hesablanmış oyun taktikasını ortaya qoyurdu. Dəfələrlə hesabı açmağa yaxın olan ”Xəzər Lənkəran” bu epizodlardan istifadə edə bilməyincə oyun 0:0 hesabı ilə başa çatdı. Bu oyunda doğma komandasını tək qoymayan ”Xəzər Lənkəran” azarkeşi 90-deqiqə sakit durmayaraq komandamıza lazımi dəstək nümayiş etdirirdi. Azarkeşlərdən söz düşmüşkən, rəqib komandanı da 50-yə yaxın azarkeş dəstəkləyirdi. Amma necə?
Onlar öz komandalarını dəstəkləməkdən daha çox komandamızı ve onun azarkeşleri olan bizləri müxtəlif formada təhqir etməkdən belə cəkinmədilər. Sıx qoruma arxasında olmalarından istifadə edərək onlar müxtəlif söyüşlər yağdırır, əl və basqa bədən üzvləri ilə muüxtəlif jestlər edirdilər (Futbol+ qezətinin 09.11.2009 tarixli sayında da bu barədə məlumat getmişdir).
Bu barədə bir az sonra danisacağam. Qaldı ki, oyunun vaxtının itirilməsinə calişan “Neftçi” futbolçuları gah topu oyuna gec daxil etməklə, yerdə uzun-uzadı qalmaqla, məşqçilər korpusu isə oyunu yubatmaq baxımından ləng əvəzetmələrlə (bu futbolda tez-tez rast gəlinən mənfi haldır) 0:0 hesabının qorunmasına calışırdılar. Oyun bu hesabla bitincə “Neftçi”nin baş məşqçisi, məşqçilər korpusu, vitse prezidenti və futbolcuları meydanda əl-ələ verərək həmin bu öz azarkeşlərinin önündə beş dəqiqəyə yaxin atılıb-düşməklə şadyanalıq etməyə başladılar (“Neftçi”nin baş məşqçisinin rəsmən bildirdiyi kimi, məğlubiyyətdən başqa digər hesablar onları qane edir ?).
Sanki hansısa final oyununda onlar “Barselona”ya və ya “Liverpul”a qalib gelmişdilər. Biz bunu qəbul edirik, onların gözundə ”Xəzər Lənkəran”la oyunda 0:0 hesabı əldə etmək Avropanın tanınmış komandasına qalib gəlmək kimi bir şey idi.
Amma onlar bununla bir şeyi de təsdiqlədilər: artıq onlar tarixi Flaqman komanda deyillər.. Azərbaycan futbolunun yeni flaqman-I ”Xəzər Lənkəran”dir və onlar bizimlə mübarizə aparırlar, heç-heçeyə nail olublarsa bu, bu böyük bayramdır onlar üçün. Keçək bir az əvvəlki jest məsələlərinə. Müxtəlif tərbiyəsiz jestlərdən biri də, onların arxalarını meydana çevirərək qəribə görkəm alır, və barmaqlari ilə “arxa”larına işarə edərək ”Xəzər Lənkəran”a söyüşlər yağdırırdılar. Burada bir lətifə yadima düşdü: Avropasayağı bir “oğlan” son zamanlarda futbolla məşğul olmağa başlayır. Onu görən tanışları onu bir az da ruhlandırmaq üçün deyirlər nə yaxsi ki, futbolla məşğul olursan,deyəsən daha “mavi” işlərdən cəkilmisən? Həmin “oğlan” onlara belə cavab verir: “hə, istəyirəm məşhur, çox məşhur bir futbolçu olam, hamı məni tanısın və oyunların birində topu elə keçirib rəqib futbolçuları bir-bir keçərək qapıya yaxınlaşım, hətta qapıçını da aldadıb boş qapı ilə üz-üzə qalım. Lakin sonda topu qapıya yox, kənara vurum. Bu anda stadiona toplaşmış 100.000- adam bir ağızdan sənin (arx..)nı belə belə… desinlər. Mənə zövq verən bu sözləri eşitmək üçün fotbolçu olmaq istəyirəm…”
Bizim stadion isə 100.000 deyil, 15.000 azarkeş tutumuna malikdir. Bu yerdə “Fırtına” fanklubunun bu oyundakı şüarı yerinə düşür: “Rəngləriniz ağ-qara, siz hara, futbol hara!”, yəni gedin …
Ağamir Dadaşzadə.

Bölmə: |Baxış sayı: 1060 | Yazar: ISLAM |
Всего комментариев: 1
10.11.2009
1. Dr.Mirhafiz [Материал]
Futbolda həm hücum həm də müdafiə anlayışları var. Əvvəlcə "Neftçi"nin azarkeşləri hücuma keçərək Lənkərana bir neçə avtobusla 120-150 nəfərlə gələcəklərini bildirirdilər.Sonradan isə göründüyü kimi 50-nəfərdən az bir tərkiblə tribunada əyləşmişdilər.Burada iki hal ola bilərdi onlar tərbiyəsiz olduqları qədər də yalançıdırlar və ya dedikləri 150 nəfərdən 100-ü onların bu tərbiyəsizliklərini görüb Lənkəran azarkeşlərinə qoşulmuşdular.Daha sonra oyun başladıgında komandamız olan "Xəzər Lənkəran" hucumda oynadı.Bundan sonra isə həmin tərbiyəsiz 50 nəfər bizlərə söyüş yagdırmaqla hücuma keçdilər.Onların müdafiəsini təşkil edən polis ve daxili qoşun hissələri ( onlar yeqin ki, legionerlər idi) öz işlərinin öhtəsindən pis gelmirdilər, futbol dili ilə desək verilən tapşırıqları layiqincə yerinə yetirirdilər.İndi biz sozlə və digər sivil üsullarla əks hücuma keçib bu tərbiyəsizləri yerində oturtmaq üçün özümüzü həm də müdafiə etmiş oluruq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz